Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Peyğəmbər (s) sünnəsi: vaxtında evlənmək

Nikah təbii bir tələbdən əlavə, həm də din və İslam baxımından bir sünnədir
Məşhur bir hədisə əsasən Peyğəmbər (s) buyurub ki, nikah mənim sünnəmdir. Sözsüz ki, bu, yaradılış sünnəsidir, insanlar, millətlər və dinlər arasında sünnədir. Bəs nə üçün buyurub ki, mənim sünnəm? Burada hansı xüsusiyyət var? Bəlkə buna görə ki, İslam bu işə daha artıq təkid göstərmişdir və bu təkid digər ilahi dinlərdə nisbətən azdır. Siz baxın, İslamın nikah üzərində bu təkidi bu ictimai məktəblərdə, dünyanın geniş yayılmış ictimai fəlsəfələrində və adi siyasətlərində yoxdur. İslam oğlan və qızların nikah üçün hazır olduqları yaşda ailə qurmalarında israrlıdır.

Nikah təbii bir tələbdən əlavə, həm də din və İslam baxımından bir sünnədir. Odur ki, insanın təbiətinin və ehtiyacının tələb etdiyi bu addım və əməl vasitəsi ilə həm də savab qazanmaq çox asandır. Çünki sünnədir və Peyğəmbər (s) sünnəsini yerinə yetirmək, onun əmrini icra etmək məqsədi ilə bu işi görür.

Nikah təbii və ilahi bir sünnədir. Əziz Peyğəmbər (s) bunu öz sünnəsi adlandırır. Mənası budur ki, İslamda bu məsələ üzərində xüsusi təkid göstərilmişdir. Nə üçün? Bu məsələnin əhəmiyyətinə görə; ailə qurmağın insan tərbiyəsində, dəyərlərin inkişafında, duyğusal, etik, psixoloji və sonrakı tərbiyələr baxımından sağlam insan yetişdirməkdə dərin təsirinə görə.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


1859 بازدید