Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Xəyanət

İmam Kazim (ə) buyurdu: “Bir gün atamın hüzurunda idim ki, dostlardan bir gəlib dedi: “Bir neçə nəfər çöldə dayanıb, içəri girmək üçün icazə gözləyir.”

Atam buyurdu: “Bax gör kimlərdir.”

Çölə çıxanda sandıqlarla yüklənmiş dəvələri, bir də süvari şəxs gördüm. Ona dedim: Sən kimsən?

Dedi: Hindistanlıyam! İmamı (ə) ziyarət etmək üçün icazə gözləyirəm.

Qayıdıb deyilənləri atama çatdırdım. Buyurdu: “Bu pak olmayan xainə icazə vermə!”

Onlara İmamı (ə) ziyarətə etməyə icazə vermədim. Onlar bir müddət elə burada qalmalı olurlar. Sonradan Yezid ibn Süleyman və Məhəmməd ibn Süleyman vasitə olduqdan sonra onlara içəri girməyə icazə verdilər.

Hindistanlı kişi içəri girərək dizi üstə oturub dedi: İmam sağ olsun, mən hindistanlıyam. Padşah məni bir qədər hədiyyə ilə sizin hüzurunuza yollayıb. Neçə gündür ki, bizə içəri girməyə icazə vermirsiniz, görəsən Peyğəmbərin (s) övladları beləmi edir?

Atam başını aşağı əyib buyurdu: “İcazə verməməyimin dəlilini sonra başa düşəcəksən.”

Atam göstəriş verdi ki, onun məktubunu alıb açım. O məktubda hindistanlı padşah salamdan sonra yazmışdı: “Mən sizin sayənizdə hidayət olmuşam. Mənim üçün gözəl bir kəniz hədiyyə gətirmişdilər. Onun kimi layiqli kəniz görməmişəm. Ona görə də biraz libas və ətirlə sizə təqdim edirəm. 1000 nəfərin arasında 100, 100 nəfərin arasında 10 və 10 nəfərin arasından da ən etibarlısı olan Mizba ibn Xəbbaba tapşırdım ki, kənizi sizə çatdırsın.”

İmam (ə) üzünü onu tutub buyurdu: “Qayıt ey xəyanətkar. Heç vaxt xəyanət olan hədiyyəni qəbul etmərəm!”

Hindistanlı kişi and içdi ki, xəyanət etməmişəm.

Atam buyurdu: “Əgər sənin libasın kənizə xəyanət etdiyinə şahidlik etsə, müsəlman olarsan?”

Dedi: Məni üzürlü hesab edin.

Buyurdu: “Onda gördüyün işi Hindistan padşahına yaz!”

Kişi dedi: Əgər siz bu haqda bir şey bilirsinizsə yazın.

Hindli kişinin əynində qoyun dərisi var idi.

İmam (ə) buyurdu: “Əynindəkini at yerə. Atam iki rəkət namaz qıldıdıqdan sonra alnını möhürə qoyub dua oxudu. Səcdədən qalxıb üzünü dəri libasa tutub buyurdu: Bu hindli kişi haqqında nə bilirsənsə de.”

Dəri libas eynən qoyun kimi İmam yaxınlaşıb dedi: Ey Allahın Rəsulunun övladı, padşah bu kişini etibarlı bilirdi və kənizi və hədiyyələri qorumağı ona israrla tapşırdı. Bir az yol getdikdən sonra, səhraya çatdıq. Səhrada bizi yağış tutdu. Hər nə var idisə islandı. Bir az keçməmiş buludlar getdi və gün çıxdı. Bu xain kənizi qoruyan qulluqçunu çağırıb bir şey almaq üçün şəhərə yolladı. Qulluqçu getdikdən sonra kənizə dedi: Bu xeymədə həm libasını və həm də bədənini qurula.

Kəniz libasını qurulamaq üçün xeyməyə keçdi. Beləliklə xain kişi kənizi xəyanətə razı saldı.

Hindistanlı kişi dəri libasın dediklərini eşitdikdə onu qorxu, iztirab bürüyur və bağışlanmasını istəyir. Dəri İmamın göstərişi ilə əvvəlki vəziyyətinə qayıdır və kişi onu geyinir. Kişi dəri libası geyinən kimi dəri burulub onun boynuna dolanır və kişi az qalır ki, boğulsun.

İmam (ə) buyurdu: “Ey dəri libas, onu burax ki, öz padşahının yanına qayıtsın. O etdiyi xəyanətə görə, bundan da ağır cəzaya layiqdir.”

Dəri əvvəlki vəziyyətə qaydır.

Hindli kişi qorxu içində hədiyyələri qəbul etməsini istəyir. İmam (ə) buyurdu: “Əgər müsəlman olsan, kənizi sənə verərəm.” Amma o bunu qəbul etmədi.

İmam (ə) hədiyələri qəbul edir, kənizi isə qaytarır. Hindistanlı kişi ölkəsinə qayıdır.

Bir aydan sonra padşahdan məktub gəlir. İmama ehtiramdan sonra yazır: Dəyəri olmayan şeyləri qəbul etmisiniz, amma kənizi qəbul etməmisiniz. Sizin bu işiniz bizi nigaran etdi və öz özümə dedim: Peyğəmbər övladları ilahi istedadlara malikdirlər. Ola bilsin ki, kənizi aparan xəyanatə yol vermiş olsun. Ona görə də sizin adınızdan özümə məktub yazdım və o kişiyə dedim: Sənin xəyanətin haqda İmamdan məktub gəlib. Düz danışmaqdan başqa heç nə səni xilas etməyəcək. O da hadisəni olduğu kimi mənə danışdı. Əmr etdim ki, hər ikisinin boynunu vursunlar. Mən də Allahın bir olmasına və Peyğəmbərin risalətini şahid gətirirəm ki, sizin hüzurunuza gələcəm. Çox keçmir ki, padşah tax-tacı buraxıb Mədinəyə gəlir və həqiqi müsəlman olur.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1236 بازدید