Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Araşdırma meyarı milli mənafedir

Cənab Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Vilayəti ilə söhbət
Vyana müzakirələrindən sonra milli və beynəlxalq mətbuatda, informasiya şəbəkələrində iki mövzu gündəmdədir. Mövzulardan biri budur ki, razılaşmadan sonra İranın regional siyasətləri dəyişəcəkmi? İranın silah və raket arsenalında ixtisar aparılacaqmı? Cənab Rəhbər fitr bayramı namazı xütbələrində hər iki mövzuya toxundu. Hər iki mövzuda bəyanatlar verildi. Cənab Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əli Əkbər Vilayəti ilə bu mövzularda, Qərb mətbuatının ictimai fikir yaratmağa cəhd etməsi barədə söhbətləşirik. (Khamenei.ir)

Sual: Cənab Rəhbər Fitr Bayramı namazı xütbələrinin bir hissəsində nüvə müzakirələri mövzusuna işarə ilə buyurdu: “Bu mətn təsdiqlənsə də, təsdiqlənməsə də, Allahın qüdrəti ilə, bu razılaşmadan heç bir sui-istifadəyə yol verilməyəcək.” Belə görünür ki, qarşı tərəf razılaşma əldə olunmasından sui-istifadə ilə ictimai fikir yaratmağa çalışır. Hansı mövzular, hansı sahələr barədə belə cəhdlər var?

Cavab: Düşünürəm ki, elə əvvəlcədən Qərb tərəfinin, xüsusi ilə amerikalıların həmişəki kimi müzakirələrin fəzası və mətnindən sui-istifadə etmək cəhdi ehtimal olunurdu. Bu işdə nəzərdə tutulan məsələlərdən biri budur ki, nəhayət iqtisadiyyat sahəsində təzyiqlər təsirli oldu, İran məcbur qalıb müzakirələr stoluna əyləşdi. Özləri də bilirlər ki, bu sözlər yalandır. Çünki İran inqilabdan sonra ardıcıl şəkildə sanksiyalara məruz qalıb. Amerikalılar elə əvvəldən İranı iqtisadi blokadaya salmaq üçün sanksiyalara əl atıblar. Belə bir nöqtəni də yada salmaq faydalı ola bilər ki, biz sanksiyaların çətinlik yaratdığını inkar etmirik, amma eyni zamanda bu özünəinam, özünütəminat, xaricdən asılılıqların azaldılması istiqamətində faydalı bir məşq oldu. Heç şübhəsiz, bizim hərbi və müdafiə sahəsində inkişafımız, ustadların, gənclərin, istedadların təlaş və bacarığı bərəkətindən tərəqqimiz sanksiyaların müsbət təsirindən sayıla bilər. Əgər sanksiyalara məruz qalmasaydıq, olsun ki, özünütəminatda bu səviyyəyə çatmazdıq. Bəzən bir iş insan üçün asan olur. O özünü çətinliyə salmır, məsələn raket, tank, təyyarə istehsalında sıfırdan istehsala cəhd göstərmir, ən sadə şəkildə bütün bunları əldə etmək yolunu tutur. Amma sanksiyalar səbəb oldu ki, biz bəzi sahələrdə sıfırdan istehsala başlayaq.
Nüvə məsələsi səbəb oldu ki, İrana qarşı sanksiyalar ağırlaşdırılsın. Təbii ki, biz də çıxış yolları axtarmağa başladıq. Bu yollardan biri qeyri-neft məhsullarının ixracını artırmaq idi. Məsləhət Şurasının qətnaməsində nəzərdə tutulurdu ki, biz tədricən ölkə büdcəsinin neftdən asılılığını azaldaq və bunu sıfra çatdıraq. Nə qədər ki sanksiyalar bu vəziyyəti almamışdı, nəzərdə tutulan istiqamətdə addım da atılmırdı. Amma şahid olduq ki, 1393-cü ildə (ötən il) qeyri-neft məhsullarının ixracı bütün ötən illərdəkindən artıq oldu. Cənab Rəhbər tərəfindən müqavimət iqtisadiyyatı siyasətlərinin elan olunması kömək edir ki, biz sanksiyalar şəraitində öz ayağımız üstündə dayana bilək, eləcə də, irəliyə hərəkət edək. Bu istiqaməti ciddi şəkildə izləmək lazımdır.
Eyni zamanda sanksiyalar şəraiti 8 illik müharibə ilə bir qədər də ağırlaşdı. Müharibə dövründə bizə sadə giliz də verən olmadı. Mən xarici işlər naziri olduğum zaman şahid idim ki, bəzi ölkələrdən çox çətinliklə silah-sürsat alırıq. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin həmkarlığı ilə böyük çətinliklərdən keçərək Liviya, Şimali Koreya və başqa ölkələrdən SKAD - B raketləri ala bildik. Nəhayət özümüz istehsala keçdik və çətinliklərdən adladıq.
İranın sanksiyaların təzyiqinə görə müzakirələr mizi arxasına əyləşməsi boş bir iddiadır. Əgər onların təzyiqlərinin təsiri olsaydı, bu gün İranın bir dənə də sentrafuqası olmazdı. Amma bu gün görürük ki, BMT-nin Təhlükəsizlik Şurası tarixdə ilk dəfə İranın 5-6 min fəal sentrafuqaya malik olmasını rəsmi tanıyır. Qəbul edirlər ki, uranın zənginləşdirilməsi həyata keçsin. Təbii ki, bu bizim nəzərdə tutduğumuz hədd deyil. Amma BMT-nin İran üçün uranın zənginləşdirilməsi hüququnu tanıması mühüm bir nailiyyətdir. Bu yalnız müqavimət sayəsində əldə olunub. Elə buna görə də müzakirələr mizi arxasında qorxu yox, iqtidarla əyləşdik. Necə ki, Cənab Rəhbər İranın nüvə müzakirələri aparan komandasını şücaətli adlandırdı.
Sui-istifadə mövzularından biri də İranla müzakirə qapılarının açıq olduğunu dilə gətirmələridir. Hansı ki Cənab Rəhbər əvvəlcədən ümumi və xüsusi görüşlərdə dövlət rəsmilərinə buyurub ki, müzakirələr yalnız və yalnız nüvə mövzusundadır. Biz bundan əvvəl də zəruri hallarda müzakirələr aparmışıq. BMT formatında İran və Amerikanın Əfqanistan və Taliban mövzusunda müzakirələri buna misal göstərilə bilər. Bizim BMT çətiri altında Amerika ilə İraq mövzusunda da müzakirələrimiz olub. Bu gün Amerika İranın köməyinə ehtiyaclı olduğundan bir çox mövzularda, o cümlədən Suriya və Yəmən mövzusunda İranla müzakirələr aparmaq istəyir. Amma dövlət rəsmilərindən kimsə regional mövzularda Amerika ilə ikitərəfli danışıqlar üçün Rəhbərdən icazə almayıb. Onlar əməldə sübuta yetiriblər ki, etibarsızdırlar. Demək, Amerika ilə müzakirələr İran üçün heç zaman çətin mövzu deyil.

Sual: Amerika rəsmiləri belə bir görüntü yaradır ki, Vyana müzakirələrindən sonra və son mətnin yazılması ardınca İranın müdafiə imkanları azalıb. Bu nə dərəcədə düzgündür?

Cavab: Mən açıq şəkildə bildirirəm ki, İran İslam Respublikası heç bir halda müdafiə sahəsində güzəştə getməyəcək, nüvə başlığı üçün nəzərdə tutulmuş raketlər istisna olmaqla, bütün növlərdə lazım olan raketləri istehsal edəcək. İstər maye, istər bərk yanacaqla, istər qısa mənzilli, istərsə də uzaq mənzilli!
Cənab Rəhbər Hərbi Qüvvələrin Baş Komandanı olaraq dəfələrlə elan edib ki, ölkənin hərbi sənayesinə, müdafiə sənayesinə müdaxilə üçün kimsəyə icazə verilməyəcək. Kimsəyə icazə verilməyib ki, bizə nəyin lazım olduğunu, nəyin lazım olmadığını diktə etsin. Necə ki, Deytonda bosniyalılara bunu qəbul etdirdilər. Klintonun dövründə Deyton razılaşmasında təyin olundu ki, Bosniya hökumətinin neçə hərbi maşını, neçə topu, neçə silahı ola bilər. Yəni hər şeyi nəzarətə götürdülər. Amma İran hərbi sənaye baxımından müstəqildir, özünü təmin edir. O müstəqil şəkildə qərar çıxarır və kimsə ona diktə edə bilməz ki, hansı silahı olsun, hansı silahı olmasın. İslam Respublikasının müdafiəsi üçün hansı silah lazımsa qərar çıxarıb istehsal edəcəyik. İstər raket, istər hərbi təyyarə, istər tank olsun!
Müdafiə sahəsi, raket istehsalı ilə bağlı onların bəyanatları olsa da, İran heç vaxt icazə verməz ki, onlar bizim hərbi mərkəzlərimizə nəzarət həyata keçirsin. Yol vermərik ki, bizim hansı növ müdafiə silahına malik olmağımıza qarışsınlar. Cənab Rəhbərin fitvası əsasında nüvə silahı haram elan olunub. İran nüvə silahı istisna olmaqla, kütləvi qırğın silahları istisna olmaqla zəruri saydığı silahları istehsal edəcək. ŞƏHAB, SİCCİL və digər raketlər nüvə başlığı daşımaq üçün nəzərdə tutulmayıb. Buna görə də bu raketlər Vyana razılaşmasındakı məhdudiyyətlərə daxil edilə bilməz.

Sual: Bəziləri informasiya vasitələrində fikir yaratmağa çalışırlar ki, bu razılaşmadan sonra İranın regional siyasətləri dəyişəcək. Buna münasibətiniz necədir?

Cavab: İranın siyasətləri heç bir halda dəyişməyəcək. İran İslam Respublikası regionun müqavimət xətti mehvərində mübarizə qüvvələrini himayə edəcək. Bu işini gücləndirəcək də. İran İslam Respublikası israrlıdır ki, terrorizmlə mübarizədə İraq dövləti və xalqına kömək etsin. Terrorizm dedikdə amerikalıların təbirincə, həm mötədil terrorçuları, həm də ifrat terrorçuları nəzərdə tuturuq.
Buna görə də İran regionda terrorizmin genişlənməsi qarşısında İraq, Suriya, Livan, Yəmən xalqlarına kömək edəcək. Bu terror bütün ölkələrin, o cümlədən İranın, hətta Qərb ölkələrinin zərərinədir.
Bizim əqidəmiz budur ki, bu bizim insanlıq və dini vəzifəmizdir. Ölkə sərhədlərindən xaricdə terrorla mübarizə əslində İslam Respublikasının ərazi bütövlüyü və siyasi həyatının müdafiəsi sayılır. Siz qonşu ölkələrdə, ətrafınızda baş verən hadisələrə necə biganə qala bilərsiniz?! Gözləyəsiniz ki, düşmən sizin sorağınıza gəlsin!! Biz önləyici hərəkət etməli, regionun müştərək məqsədləri istiqamətində terrorla mübarizə aparmalı, Amerika və biganələrin regionun məsələlərinə müdaxiləsinin qarşısını almalıyıq. Bu, İran İslam Respublikasının strateji vəzifə və addımlarındandır.

Sual: Cənab Rəhbər Fitr Bayramı günü görüşdə buyurdu ki, dövlət rəsmiləri milli mənafelərə diqqət yetirsinlər, bu mənafeləri nəzərə almaqla Vyana mətnini yekunlaşdırsınlar. Araşdırmalarda milli mənafenin meyar olması nə deməkdir? Ola bilərmi ki, İran İslam Respublikası müəyyən mənafeləri nəzərə alıb, pis deyilən bir razılaşmaya imza atsın?

Cavab: Heç bir halda! Pis razılaşma yükü altına heç bir ağıllı məsul şəxs getməz. Bir qədər öncə Cənab Rəhbər də elan etdi ki, amerikalıların yaxşı razılaşma ardınca olduğunu deməsi düzgün sözdür. Biz də bunu qəbul edirik. Amma onların məqsədi öz nəzarət dairələrini genişləndirməkdir. Biz isə öz milli mənafelərimizi qoruyuruq. Onlar dedilər ki, pis razılaşmaya getməyəcəklər. Onların nəzərincə pis razılaşma bizim nəzərimizdəki pis razılaşmadan fərqlidir. Söz müştərək olsa da, məfhumlar ayrıdır. Bizim nəzərimizcə, pis razılaşma elə bir razılaşmadır ki, bizdən nüvə sənayesini alsın, bu sahədə araşdırma və inkişaf imkanlarımız məhdudlaşsın, müdafiə sənayemizə zərər olsun, dünya ilə azad iqtisadi mübadilələrdən məhrum olaq, beynəlxalq səhnədə elm və texnologiya rabitələri qırılsın, bu müqavilə İranın inkişafa doğru gedən gələcəyini əngəlləsin. Pis razılaşmanın bizim üçün belə xüsusiyyətləri var.
Bizim müzakirə aparan komandaya göstəriş budur ki, milli mənafelərimizə zidd razılaşmaya yol verilməsin. Ölkə daxilində razılaşmanı təsdiqləyəcək qanunverici orqan üçün də meyar milli mənafelərdir. Bununla belə danışıqlarda alış-veriş olur. 5+1 ilə ölkəmizin müzakirələrində çalışmalıyıq ki, maksimum qazancımız olsun. İran xalqının mənafelərinin qorunduğu razılaşma müsbət razılaşmadır. Mən bir daha vurğulayıram ki, İran İslam Respublikası heç bir halda pis razılaşmaya getməyəcək. Bu mətni araşdıran, təsdiq edən distansiyalar üçün meyar budur.

Sual: Müzakirə aparan komandanın fəaliyyətlərini necə qiymətləndirirsiniz?

Cavab: Nüvə müzakirəsi aparan komanda üzvlərini, cənab doktor Zərifi 30 ildən artıqdır tanıyıram. O, inqilabdan sonrakı illərdə həm etiqad, həm İslam Respublikasına bağlılıq, həm çalışqanlıq baxımından irəli gedib. Ölkə üçün həssas məqamlarda, o cümlədən 598 saylı qətnamənin müzakirəsində bizim həmkarlarımızdan idi. Müzakirə komandasının üzvləri də uzun illər Xarici İşlər Nazirliyində çalışan insanlardır. Onlar ölkəmizin beynəlxalq səhnədə təcrübəli şəxsləridir. Onlar bacardıqlarını ediblər. Əgər bir iş alınmayıbsa, buna gücləri çatmayıb. Mən uzun illər diplomatiya sahəsində olmuş bir şəxs kimi deyirəm ki, bundan güclü bir komanda tanımıram. Bu komandanın təşkilində ən üstün şəkildə seçim aparılıb.
Eyni zamanda, şübhəsiz ki, komandanın fəaliyyətlərində güclü və zəif nöqtələr var. Onlar özləri də iddia etmir ki, əldə olunmuş razılıq ideal və nöqsansız razılıqdır. Müzakirənin, razılaşmanın xarakteri budur. Razılaşma bu deyil ki, biz qarşı tərəfə nə deyiriksə qəbul olunsun. Oturmalıyıq, müzakirə aparmalıyıq, elə bir həddə çatmalıyıq ki, hər iki tərəf razı qalsın. Həm qarşı tərəf, həm də biz bu razılaşmada hansısa məqsədlərə çatırıq. İstənilən halda razılaşmada hər iki tərəf üçün faydalar olur.
Son mətni araşdırdım və onun nöqsansız olmadığını gördüm. Bu mətndə zəif nöqtələr var. Amma şübhə etmirəm ki, nüvə müzakirəsini aparan komanda milli hüquq və mənafelərin təmini üçün əlindən gələni edib.

Sual: Razılaşmadan sonra Amerika informasiya vasitələrinin işini necə dəyərləndirirsiniz?

Cavab: Onlardan bəziləri həmişəki şeytani işini görür. Onlar informasiya vasitəsindən rəqib və müxalifə qarşı silah kimi istifadə edirlər. İnformasiya vasitələri və ya inoformasiya müharibəsi düşmənin əlində bizə qarşı imkanlardandır. Onların informasiya imkanları bizdən genişdir. Bəzən informasiya şəbəkələrində elə sözlər yazılır ki, İran tərəfinin narazılığına səbəb olur. Yəni bundan alət kimi istifadə edirlər. Bir mövzunu ədalətlə təqdim etmək əvəzinə yalnız öz mənafelərini qorumaq istiqamətində hərəkət edirlər.

Sual: Belə bir vəziyyətdə İslam Respublikasının informasiya öncülləri hansı mövzuları gündəmdə saxlamalıdır?

Cavab: İran İslam Respublikasının beynəlxalq səhnədəki fəaliyyətləri heç şübhəsiz yüksək səviyyədədir. 5+1 üzvlərindən zəif deyilik. Regionda 5+1 üzvlərindən heç biri İran qədər nüfuzlu deyil. İran İslam Respublikasının güclü nöqtələri kifayət qədərdir. İran İslam Respublikası bu razılaşmanı həm təsdiqləyə, həm də rədd edə bilər. Əgər mətni araşdıranlar belə qənaətə gəlsələr ki, məsləhət deyil, rədd edərlər. Bu iqtidara malikdirlər ki, rədd etsinlər. Əgər görsələr milli mənafeyə uyğundur, təsdiqləyərlər. Buna görə də informasiya fəalları yaddan çıxarmasın ki, İran İslam Respublikası iqtidarlı və beynəlxalq səhnədə nüfuzlu ölkədir. Regionda ilk söz İslam Respublikasınındır. Müasir tarixdə bir ölkənin, hazirkı halda İran İslam Respublikasının dünyanın alt