Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2015

İŞİD və İsrailin bayrağına fərqli münasibət

Con Kerrinin etirafları
ABŞ xarici işlər naziri Con Kerri sionist rejimin Yaxın Şərqdə təcrid olunması ilə bağlı münasibət açıqlayıb. Farhangnews saytı xəbər verir ki, Con Kerrinin İsraillə bağlı etirafları gözlənilməzdir. Sionist rejim və onun baş naziri İranla 5+1 arasında müzakirələrinin ən qatı müxalifi olub. İşğalçı rejimin əsassız tənqidləri hətta Amerika və İsraildə birmənalı qarşılanmayıb. Buna görə də son günlərdə hətta Amerikadakı sionist lobbiləri, eləcə də işğal olunmuş ərazilərdəki bəzi cərəyanlar İranla nüvə razılaşmasını himayə ediblər.
Nüvə müzakirələrində iştirak etmiş ABŞ xarici işlər naziri Con Kerri son günlərdə bir neçə dəfə İsraili nüvə razılaşmasına qarşı olduğu üçün tənqid edib. Onun bu tənqidləri təkrarsız sayıla bilər. Konqresin Respublikaçı senatorlarının iştirak etdiyi görüşdə senator Bob Kruqer ABŞ xarici işlər naziri, enerji naziri və maliyyə nazirini ittiham edib ki, danışıqlar İranın xeyrinə başa çatıb.
Eyni zamanda Kerrinin İsrailə yönəli tənqidləri dünya mətbuatında yer alıb. Bu tənqidləri onun etirafı da adlandırmaq olar. O açıq şəkildə bildirib ki, əgər ABŞ Konqresi İranla razılaşmanı qəbul etməsə İsrail tam təcrid ediləcək.
Con Kerri Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışında deyib: “Qorxuram ki, razılaşma rədd edilsə bunun nəticəsi İsraildəki dostlarımızın təcridi ola və tənqidə hədəf olalar.” Bu sözlər elə bir şəraitdə səslənib ki, ABŞ İsrailin ən böyük müttəfiqi olaraq işğalçı rejimin rəsmi tanınması istiqamətində təlaş göstərir. Təbii ki, beynəlxalq səhnədə İsrailin dəstəklənməsi fəaliyyətləri o qədər də uğurlu olmayıb.
Con Kerri NBC televiziya şəbəkəsinə verdiyi müsahibədə İsrailin İrana hücumu ilə bağlı ehtimallara münasibət bildirib. O ehtimal edilən belə bir addımın böyük səhv olacağını vurğulayıb. Kerri deyib ki, əgər İsrail birtərəfli qaydada İranın nüvə mərkəzlərinə zərbə vurmaq istəsə səhvə yol verəcək. Kerri belə bir hücumun bütün məntəqə, ilk növbədə İsrailin özünə zərbə olacağını bildirib.
İşğalçı rejimin baş naziri Benyamin Netanyahu Vyanada razılaşma hazırlanan zamandan müxalif çıxışlarını artırıb. O deyib ki, İsrail dövləti bu razılaşmanın yerinə yetirilməsinə özünü vəzifəli bilmir. Razılaşma əsasında BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları aradan qaldıran qətnamə hazırlayıb. Netanyahu BMT-nin bu qətnaməsinə əməl etməyəcəklərini bildirib.
İsrail dövləti yaranan dövrdən bu işğalçı rejimin qərbli müttəfiqləri onu ikinci dünya müharibəsində haqsızlığa düçar olmuş məzlum kimi göstərməyə çalışıb. Onlar yəhudi soyqırımı əfsanəsini şişirtməklə İsrailin qanuni tanınmasına nail olmağa səy göstəriblər. Amma elə o vaxtdan bu günə qədər ictimai rəy işğalçı rejimin ziddinədir. Yarandığı gündən regionda müxtəlif hərbi, təcavüzkar əməliyyatlar keçirən İsrail dünya ictimaiyyətinin nəzərində mənfi imic qazanıb.
İsrail işğal olunmuş torpaqlarda yarandığı gündən özünə müttəfiqlər tapmağa çalışır. Hərbi baxımdan üstünlüyü ələ almağa çalışan rejim bu istiqamətdə müəyyən məqsədlərə nail olub.
90-cı illəri sionist rejimin beynəlxalq səhnədə nüfuzdan düşməsinə başlanğıc saymaq olar. Müxtəlif danışıqlarda üzərinə götürdüyü öhdəçiliklərə, eyni zamanda BMT qətnamələrinə əməl etməyən bu rejim təcavüzkar rejim olaraq tanınmaqdadır. İsrail hətta Qərbdə öz təcavüzkar hərəkətlərinə görə hər gün nüfuzdan düşməkdədir. Qərb cəmiyyəti son 30 ildə əmin olub ki, bu rejim hərbə söykənərək Fələstin xalqının hüquqlarını tapdayır.
Livanın cənubuna, Qəzzə zolağına son onilliklərdə təcavüzlər, qadağan olunmuş silahlardan istifadə, dinc əhalinin qətliamı dünya ictimaiyyətinin gözü qarşısında baş verən cinayətlərdir. Sülhməramlı Mavi Mərmərə gəmisinə hücum İsrailə münasibətdə dözümsüzlüyü daha da artırdı.
İsrailin təcrid olunması ilə bağlı Kerrinin etirafları əvvəllər dilə gətirilməyən sözlərdir. Kerri öz çıxışı ilə İsrailin təcrid olmasını möhürləmişdir. O açıq şəkildə bildirib ki, İsrail bu siyasətləri davam etdirəcəyi təqdirdə onun təcrid olunması da güclənəcək. Qərb cəmiyyətində aparılan son sorğular göstərir ki, sionist rejimin nüfuzu sürətlə enməkdədir. Təbii ki, beynəlxalq cəmiyyətin rəğbətini itirən bir rejim siyasi səhnədə də müvəffəqiyyət qazana bilməz.
Amerikalı komediya ustalarından olan rejissor Horvits maraqlı bir təcrübə keçirib. O, Kaliforniya Universitetinin qarşısında eyni zamanda İŞİD və sionist rejimin bayraqlarını qaldırıb. O universitet tələbələrinin buna münasibətini öyrənmək istəyib. İŞİD-ın bayrağı bütün dünyada bədnam bir bayraqdır. Komediya ustası İŞİD-ın bayrağını əlində yelləyərək bir İŞİDçi kimi tələbə izdihamına üz tutaraq deyib: “Siz İŞİD-ı səhv anlamısınız. Biz yalnız öz dövlətimizi istəyirik. Nə üçün Amerika bizi bombalayır? İŞİD yox, Amerika və Qərb imperializmi məsuldur.” Komediya ustası öz vebloqunda yazır ki, mənim bu sözlərimi izləyən tələbələr heyrət içində tamaşa edir, mənə qarşı etiraz bildirmirdilər. O deyir ki, əlimdə İŞİD-in bayrağını görən və İŞİD-in xeyrinə çıxışımı dinləyənlər demək olar ki, mənfi münasibət nümyiş etdirmirdilər. Komediya ustası Horvits bu dəfə İsrailin bayrağını əlinə götürüb və onu əlində yelləməyə başlayıb. O deyir ki, əlimdə İsrail bayrağını görən tələbələr mənə nifrətini gizlətmədi və İsrailə lənət oxumağa başladılar. Tələbələr mənə üz tutub qışqırırdı ki, siz uşaq qatillərisiniz, bütün israillilər qatildirlər, sənin əlindəki bayraq qatillərin bayrağıdır... Horvits deyir ki, İsrailin Yaxın Şərqdə yerləşdiyini bilməyən bir tələbə dedi ki, İsrail Avropanın ən çirkin ölkəsidir. Amerikalı rejisor bildirir ki, bu təcrübənin nəticələri onun özünü də heyrətə gətirib.

Vilayet.nur-az.com


1277 بازدید
در حال ارسال اطلاعات...