Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

Amerikanın öz müttəfiqlərinə xəyanəti

Washington Post yazırdı ki, iranlılar neft şirkətlərinə öz yoxsulluqlarının əsas səbəbkarı kimi baxır
Amerika şah dövründən İranda neftin milliləşməsini zahirən himayə edirdi. Amma bu işdə məqsədi İranın himayəsi yox, bu vasitə ilə Britaniyaya təzyiq göstərmək idi. ABŞ İran neft sənayesinin milliləşməsini himayə etməklə öz mənafelərinin İranda tanıtdırılmasına çalışırdı.
İran neft sənayesinin milliləşməsi prosesində Amerikanın fəaliyyətlərini nəzərdən keçirdikdə onun bu prosesin əvvəlində İranı himayə etdiyi nəzərə gəlir. Təbii ki, bu himayənin arxasında Amerikanın mənafeləri dayanıb. İran nefti üzərində nəzarəti almaq üçün Amerika ilə Britaniya arasında gizli savaş gedirdi. Amerika neftin milliləşməsini himayə etməklə İranda neftə nəzarət edən Britaniyaya təzyiq göstərmək istəyirdi. Amma Britaniya ilə öz mənafeləri müstəvisində razılaşdıqdan sonra İran baş naziri Müsəddiqin, neft sənayesinin milliləşməsinin təşəbbüskarının himayəsindən geri çəkildi. 28 mordadda çeviriliş üçün zəmin hazırlandı. Hansı ki Müsəddiq Amerikaya böyük etimad göstərib, arxalanırdı. Trümenin rəhbərliyi dövründə Amerika Müsəddiqə arxa çevirdi və Müsəddiq İrana əlil arabasında qayıtmalı oldu.
İkinci dünya müharibəsi başa çatandan sonra Amerika dünya neft sənayesinin 50 faizini nəzarətə götürmüşdü. O dövrdə neft istehsalçıları az idi. Ümumi neft ixracının 66 faizi Yaxın Şərqin payına düşürdü. Yaxın Şərq ölkələri arasında Ərəbistan, İraq və İran daha böyük neft yataqlarına sahib idi.
Amerika ikinci dünya müharibəsi başa çatandan sonra İran neftini də nəzarətə götürməyə qərar verdi. İran neftinə nəzarət Amerika üçün böyük əhəmiyyət daşıyırdı. Fars körfəzi məntəqəsindəki neft ucuz başa gəldiyindən Amerikanın diqqətini özünə çəkirdi. 1948-ci ilə qədər neftin Yaxın Şərqdən yalnız nəqlində maraqlı olan Amerika sonradan bu məntəqədə neft yataqlarına nəzarəti strateji məqsəd olaraq qarşıya qoydu. Amerikanın məqsədə çatmasına mane olan əsas səbəb İngiltərə ilə İran və İraq arasında bağlanmış müqavilə idi. Bu müqavilə əsasında İngiltərə hər iki ölkənin neftini ucuz qiymətə alırdı. Amerika hər üç ölkənin (İran, İraq və Britaniya) rəsmiləri ilə müzakirələr aparırdı. O Fars körfəzi neftinə sahib olmaq üçün yollar axtarışında idi.
Bu ölkələrdə nüfuz qazanmağa çalışan Amerika müəyyən məqamlarda onları himayə edirdi. Məqsəd Britaniyanı bu ölkələrdən sıxışdırıb çıxarmaq idi. Amerika 1950-ci ildə Xarici İşlər Nazirliyi səviyyəsində Amerikanın dörd beynəlxalq şirkətinin vergilərini azaltdı. Vergisi azaldılan şirkətlər Ərəbistan neftini daha münasib qiymətə ala bilirdilər. Amerika bu şirkətlərə verdiyi imtiyazı Ərəbistana yardım adlandırırdı.
İranda neft sənayesinin milliləşməsi prosesində də Amerika özünü himayəçi kimi göstərdi. Neftin milliləşməsi prosesi Britaniyaya böyük zərbə olardı. Belə də oldu. Britaniya bu prosesin qarşısını almaq üçün öz nüfuzunu Amerika ilə bölüşmək qərarına gəldi. Müsəddiq kimi nüfuzu artan şəxslər Amerikanın istəyinin əksinə olaraq kommunizmə qapı aça bilərdilər. Buna görə də Britaniya ilə Amerika əl-ələ verib Müsəddiqi bəzi anti-qərb addımlarına görə cəzalandırdılar.
Ərəbistan neftini tam nəzarətə götürməkdə olan Amerika İran neftinə nəzarəti ələ keçirmək üçün də çalışırdı. Amerika Xarici İşlər Nazirliyi Yaxın Şərqdə kommunizm təhlükəsini qabardaraq Britaniyaya təklif etdi ki, neft qazancından məntəqə ölkələrinin payını artırsın, bu ölkələrdə yoxsulluğun aradan qaldırılmasına yardım etsin. Təbii ki, məqsəd kommunizmin nüfuzunun qarşısını almaq idi. Müsəddiq üzünü Britaniyadan Amerikaya çevirmək istədi və onun istəkləri Britaniya ilə Amerika arasında gizli razılaşmalara təkan verdi. Britaniya neft qazancında İranın payını artırmaq istəmirdi. Bu isə İranla Britaniya arasında münasibətləri gərginləşdirirdi. Beləcə neftin milliləşməsi ideyası ortaya atıldı. Britaniyanın mövqeyini tənqid edən Amerika təklif etdi ki, Britaniya neft qazancının bölünməsi məsələsinə yenidən baxsın. Həmin dövrdə Amerikanın Ərəbistanla neft müqaviləsi Britaniyanın İranla müzakirələrdə mövqeyini zəiflətmişdi. Artıq Britaniya İrana öz prinsiplərini diktə edə bilmirdi.
Amerika mətbuatında İran Baş Naziri Müsəddiqi dəstəkləyən yazılar nəşr olunurdu. Washington Post yazırdı ki, iranlılar neft şirkətlərinə öz yoxsulluqlarının əsas səbəbkarı kimi baxır. Beləcə neftin milliləşməsi çıxış yolu sayılır. New York Times yazırdı ki, Amerika Müsəddiqi himayə etməsə İran və bütün Yaxın Şərqdə nüfuzunu itirəcək.
Amerika İranla İngiltərə arasında vasitəçi kimi ortaya çıxdı. O İranda kommunizm təhlükəsini şüar etsə də əslində öz mənafelərindən çıxış edirdi. Beləcə İngiltərə ilə əl-ələ verərək İranda 28 mordad çevrilişini həyata keçirdilər. 1943-cü ildə bəyanatla çıxış edən müttəfiqlər İrana yardımla bağlı öhdəçilik götürdülər. Amma Müsəddiq və şah neft quyularının genişləndirilməsi üçün Amerikadan kömək istəyəndə Amerika bu işdə məhdudiyyətlərlə üzbəüz olduğunu bildirdi.
Amerika İran nefti ilə bağlı Britaniya ilə razılaşdıqdan sonra Müsəddiqə arxa çevirdi. Bu razılaşmadan sonra Amerika nəinki neftin milliləşməsini himayə etmədi, hətta İrana vəd etdiyi kreditdən boyun qaçıraraq onu İngiltərə ilə razılşamağa vadar etdi. Britaniya ilə razılaşmadan imtina edildikdə 28 mordad çevrilişi planlaşdırıldı. 28 mordad çevrilişindən sonrakı neft müqavilələrində Amerikanın mənafeləri də nəzərə alınırdı.
Baş nazir Müsəddiq Amerika ilə ardıcıl danışıqlar aparır, onun köməyinə etimad göstərirdi. Müsəddiq Amerikada olarkən Trümen bir daha onu Britaniya ilə razılaşmaya dəvət etdi. Trümenin bu münasibəti Müsəddiqə pis təsir göstərdi. Müsəddiq Qahirə yolu ilə İrana qayıtdı. Qahirədə onu 10 min nəfərlik bir izdiham qarşıladı. Qahirədə olduğu zaman Müsəddiqin iqamətgahı qarşısında da izdiham olurdu. Müsəddiqin tərəfdarlarının əlində “Britaniyanın qənimi”, “İmperializmin düşməni” kimi şüarlar yazılmış plakatlar vardı. Bəzi qəzetlər bu insanların hətta anti-Amerika şüarları səsləndirdiyini yazırdı. Amerikanın ittiham olunmasının əsas səbəbi İrana vəd etdiyi kreditdən boyun qaçırması idi. Həmin arada Müsəddiqin səhhətində problemlər yaranmışdı və əlil arabasına oturmalı olmuşdu. Buna baxmayaraq Müsəddiq əlil arabasında xalqın qarşısına çıxaraq onların məhəbbətinə cavab verirdi. Müsəddiq Qahirədə bəyanat verərək bildirdi ki, iranlılar Britaniyanın Misirdən çıxması ilə bağlı bu xalqın istəklərini himayə edir. İranda neft sənayesini milliləşdirmək istəyən Müsəddiq Misirdən qəhrəman kimi qayıtdı.

Vilayet.nur-az.com


1155 بازدید