Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

İmamın məktəbində dəyişməz prinsip

Amerika İslam alimləri və ruhaniyyətin iqtidarını dərk etdi!
Bizimlə orta əsrlərin qulları kimi rəftar edirlər. Mən belə bir həyatı istəmirəm!

İstiqlal, əsarət və asılılığın rədd olunması İmam Xomeyni (r) siyasi məktəbinin əsas sütunlarındandır. Bu prinsip İmam Xomeyni (r) düşüncəsində dəyişməz prinsiplərdəndir. Cənab Rəhbərin təbirincə, İmam Xomeyni (r) düşüncəsinin tanınmasında mühüm meyarlardan biri ona aid edilən prinsipin mənbələrdə təkrar şəkildə yer almasıdır. Ayətullah Xamenei İmam Xomeyni (r) məktəbinin yeddi prinsipindən biri kimi istiqlal prinsipini vurğulayıb. Bu mühüm prinsipin İmam Xomeyninin (r) mübarizə yolunda misilsiz rolu olub.
Ölkə daxilində zülmə qarşı mübarizə ilə yanaşı dünya miqyasında imperializmlə mübarizə, eyni zamanda müstəqillik istəyi İmam Xomeyninin (r) bəyanatlarında dəfələrlə təkrarlanmış bir həqiqətdir. İmam Xomeyni (r) 1338-1368-ci illərdə öz çıxışlarında min dəfədən artıq müstəqillik mövzusuna toxunmuşdur. İmam Rahil müstəqilliyi İslam İnqilabının əsası və idealı kimi tanıtdırmışdır. O həm də digər müsəlman ölkələri üçün müstəqilliyin əhəmiyyətini önə çəkmişdir.
İmam Xomeyninin (r) vəsiyyətnaməsinə ötəri nəzər saldıqda onun müsəlmanların müstəqilliyinə nə qədər əhəmiyyət verdiyi aydın olur. Müstəqillik sözü vəsiyyətnamədə 13 dəfə təkrarlanmışdır. Ümumiyyətlə müstəqillik mövzusunda vəsiyyətnamədə 40-a yaxın nöqtə mövcuddur. İmam Xomeyninin (r) müstəqillik mövzusunda danışarkən əhəmiyyət verdiyi mövzulardan biri Qərb və Şərqdən asılılığa son qoyub, özünütəminata çatmaqdır.
İran İslam İnqilabının Rəhbəri Pəhləvi rejimi ilə mübarizə dövründə bu rejimə müxalifliyinin səbəbi kimi şahın dünya imperializminə bağlılığını, xarici güclərdən asılılığını göstərmişdir. O, Pəhləvi rejimindən tələb etmişdir ki, dünya zorluları ilə rabitəyə son qoysun, millətin ləyaqətini əsas götürsün. İmam Xomeyni (r) 1342-ci il, 15 xordad qiyamının siyasi və ilkin məqsədlərindən biri kimi istiqlal və azadlığı göstərir. Amerikaya etiraz müstəqillik istəyindən qaynaqlanan bir hadisədir. İmam buyurur: “15 xordadda millətimizin İslam istəyi fəryadları Amerikanın qulağına çatanda, Amerika diplomatlarının toxunulmazlığına etirazlarla bu ölkənin qüruru qırılanda Amerika İslam alimləri və ruhaniyyətin iqtidarını dərk etdi. İran xalqının polad iradəsi azadlıq və istiqlal qazanmaq yolunda öz sözünü dedi. Amerika öz iradəsiz və vətəni satan alçaq nökəri Məhəmmədriza xana göstəriş verdi ki, millətimizin İslam istəyi fəryadını boğsun, şahdan vəd aldılar ki, Amerikaya qarşı çıxanlar məhv edilsin.”
İmam Xomeyni (r) öz mübarizəsinin başlanğıcında elan etdi ki, şahın İslam alimləri və ruhaniyyətə qarşı olmasının əsas səbəbi inqilabçıların Qərb imperializminə qarşı olması, müstəqillik istəyidir. İmam xalq və alimlərə qarşı şah rejiminin repressiyalarının başlanğıcında buyurur: “Cinayətkar ünsürləri təhrik edirlər ki, alimlər və ruhaniləri təhqir etsinlər... Bizimlə orta əsrlərin qulları kimi rəftar edirlər. Mən belə bir həyatı istəmirəm. Ey kaş şah məmurları bizi həbs edə və bu cinayət qarşısında məsuliyyətimiz qalmaya. İslam alimləri və digər müsəlmanların yeganə təqsiri budur ki, Quran, müsəlmanların namusu, ölkənin müstəqilliyini istəyir, imperializmə qarşı çıxırlar.”
İmam Xomeyninin (r) mübarizəsində yer alan əsas məsələlərdən biri rüsvayçı kapituliyasiya layihəsinin qəbulu idi. Bu layihəyə əsasən amerikalı müşavirlər və vətəndaşlar İranda toxunulmaz sayılırdı, Amerikanın İranın daxili işlərinə müdaxiləsinə yol açılırdı, ölkənin müstəqilliyi ayaq altına atılırdı. Bu layihədən öncə də istismarçı güclər, biganələr İmamın etirazlarına hədəf idi.
İmam hadisələr zamanı çıxışına “İnna lillahi və inna iləyhi raciun” ayəsi ilə başladı. Kapituliyasiya qanununun rüsvayçılığından danışaraq buyurdu: “Mən qəlb təəssüratımı izhar edə bilmirəm. Ürəyimdə sıxıntı var. Məsələdən xəbərdar olduğum son günlərdə gözümə yuxu getmir. Narahatam, qəlbim sıxılır. Bu qəlb təəssüratı ilə günləri sayıram ki, nə vaxt ölüm gəlib çatacaq. Artıq İran üçün bayram yoxdur, İranın bayramını qara etdilər. Əzaya batırıb rəqs etdilər. Bizi satdılar, müstəqilliyimizi satdılar. Yenə də ayaqlarını yerə döyüb şənləndilər. Onların yerinə olsaydım, şənlik əvəzinə bazar və meydanlarda qara bayraq asardım. Evlərin üstünə qara bayraq taxar, qara çadır qurardım. Ləyaqətimizi alçatdılar. İranın əzəməti məhv oldu. İran ordusunu alçaltdılar. İran dollara satıldı. Bizim istiqlalımızı satdılar. Müsəlman İran xalqını dünyada vəhşidən pis tanıtdırdılar. 200 milyon borcun əvəzində 300 milyon ödədilər. Bu müsibət qarşısında nə edək? Ruhanilər nə etsinlər? Haraya sığınsınlar? Öz sözlərini hansı ölkəyə çatdırsınlar?”
İmam Xomeyni (r) bu çıxışında Amerikanın şah rejiminə iqtisadi yardımları müqabilində müstəqilliyin hərraca qoyulmasını qınadı. İran xalqının iradəsinə qarşı olan şah hakimiyyəti və parlamentin millətdən ayrı olduğunu dilə gətirib buyurdu: “Başqa ölkələr elə güman edir ki, özünü bu qədər alçaldan İran millətidir. Bilmirlər ki, bunu edən İran hakimiyyətidir. Bunu edən İran məclisidir. Bu məclisin xalqla heç bir əlaqəsi yoxdur.”
İslam hərəkatı gedişində İran xalqı və inqilabın başında dayanan İmam bu inqilabın Şərq və Qərb imperializminə bağlı olmadığını bildirirdi. O zaman kimsə təsəvvür edə bilməzdi ki, ya Amerika, ya da Sovetlər Birliyinin köməyi olmadan inqilab etmək olar. Kommunist və millətçi mübarizlər buna etiraz edirdi. Onlar düşünürdülər ki, təpədən-dırnağa silahlanmış Pəhləvi rejimini boş əllə yıxmaq olmaz. Amma bütün bu sözlər İmam Xomeyninin (r) əzmini qıra bilmədi. İmam millətin iqtidarına inanırdı. Mübarizənin ən çətin dönəmlərində imperialist qüvvələri şah rejimini inqilaba qarşı silahlandırmaqda ittiham edirdi. Açıq şəkildə bildirirdi ki, İrandakı gələcək quruluş Şərq və Qərb imperializminə bağlı olmayacaq. Bu barədə xəbərdarlıq edirdi. İmam buyururdu: “Dünyada nə qədər inqilab olubsa ya Şərq, ya da Qərbə bağlı olub... Amma İran inqilabı müstəqil inqilabdır... Bu inqilab, tarixdə baş vermiş peyğəmbər inqilabları kimidir, heç bir asılılıq yoxdur. Yeganə asılılıq vəhy mənbəyi, Allah-Taaladan asılılıqdır...”
İmam Xomeyninin (r) alovlu çıxışlarından biri 1343-cü il, aban ayında baş tutub. O zaman İmam şah rejiminin Amerikadan asılılığını gücləndirən müqaviləyə etiraz edib. İmamın tarixi çıxışı Amerikanın şaha təzyiqi, nəhayət İmamın Türkiyəyə sürgünü ilə nəticələnib.
İran İslam İnqilabı daxili və xarici istibdadı rədd edir, azadlıq və müstəqillik şüarları ilə çıxış edirdi. İnqilabın qələbəsindən sonra da biganələrin ölkənin daxili işinə müdaxiləsinə yol verilmədi. “Nə Şərq, nə Qərb” şüarı İmam Xomeyninin (r) diqqət mərkəzində saxladığı şüar idi. Müvəqqəti dövlət qurulduqdan sonra Tehrandan Quma qayıtdığı zaman İmam öz bəyanatında 14 maddə açıqladı. İmam bu bəyanatında xəbərdarlıq edirdi ki, şücaətli xalq şah rejiminin süqutundan arxayınlaşmamalı, hələ də ölkədə Amerika, Sovetlər Birliyi, Britaniya, sionizm və başqa quldurların əlaltılarının olduğunu yadda saxlamalıdır. İmam buyururdu ki, əcnəbilərin ölkədəki nüfuzuna qarşı xalq birləşməlidir. Yada salırdı, şah ölkəni elə bir şəkildə əcnəbilərin ixtiyarına verib ki, uzun illər bunun zərərlərinə qarşı mübarizə aparmaq lazım gələcək. İmam buyururdu ki, Amerikanın iqtisadi, hərbi, siyasi, ideoloji nüfuzu qarşısında dayanmaq, bu nüfuza qarşı mübarizə aparmaq lazımdır.
İmam bu məsələyə o qədər əhəmiyyət verirdi ki, əslində casus yuvası olan ABŞ səfirliyinin inqilabçılar tərəfindən ələ keçirilməsini ikinci inqilab adlandırmışdı. 1357-ci ildə inqilabda ilk böyük addım atıldı, casus yuvasının ələ keçirilməsi imperializmə qarşı ikinci addım oldu. Bu casus yuvası ələ keçirildikdən sonra İmam buyurdu: “Bu müstəqillikdir. Amerika, o böyük şeytan başına şeytanları yığıb ona görə haray salır ki, əlindən bir iş gəlmir. Bu ölkənin sərvətlərindən, bu ölkədəki mənafelərdən əli çıxıb. Qorxur ki, birdə vəziyyət dəyişməyə. Buna görə də fitnəkarlıq edir. Bu gün bizim gənclərin ələ keçirdiyi mərkəz casusluq mərkəzi, fitnəkarlıq mərkəzidir.”
Ən ağır sanksiyalar, iqtisadi təzyiqlər şəraitində İmam “nə Şərq, nə Qərb” prinsipini gündəmdən çıxarmırdı. Amerika və Qərb, casus yuvasının tutulmasından sonra və təcavüzkar müharibə illərində öz fitnəkarlığını davam etdirirdi. Əgər ağır müharibə zamanı İran Sovetlər Birliyi ilə münasibət qursaydı, hərbi və maliyyə baxımından dəstək qazanardı. Amma İmam müstəqilliyi əsas götürərək Sovetlər Birliyinə yaşıl işıq yandırmadı. İran böyük problemlər yaşayırdı, müharibə şəraitində idi. Sovetlər Birliyi İranla əlaqə qurmağa çalışırdı. Amma İmam Əfqanistana təcavüz etmiş Sovetlər Birliyinə etirazla buyurdu: “Biz istəyirik ki, müsəlman məmləkət olan Əfqanistanda problemlər İslam yolu ilə həll olunsun. Sovetlər Birliyinin bu ölkəyə müdaxiləsi İrana da təsirlidir. Biz Sovetlər Birliyindən tələb edirik ki, Əfqanistana müdaxiləni dayandırsın. Təkrarlayıram ki, biz dostluq əlaqələrinin tərəfdarıyıq. Bu gün gənclərimiz “nə Şərq, nə Qərb” deyirsə, bunun mənası müstəqillik, kimsənin İrana müdaxilə etməməsidir.”
İmam Xomeyninin (r) bəyanatlarından aydın olur ki, onun xarici siyasət kursunda müstəqillik pozulmaz prinsip olub. İmperializm isə kiminləsə onun müstəqilliyinə ehtiramla əlaqə qurmur. İmam dəfələrlə buyurub ki, gələcəkdə xarici siyasət azadlıq və müstəqillik prinsipləri üzərində olacaq. İmam xatırladırdı ki, bütün qərarlar bu prinsip əsasında qəbul olunmalıdır.
İmam müstəqilliyin qorunması şərti ilə bütün Şərq və Qərb ölkələri ilə rabitəni mümkün sayırdı. Xarici ölkələrin nüfuzuna yol açan bütün müqavilələri rədd edirdi. İslam Respublikasının müstəqilliyinə zərərli olan əlaqələrdən imtina edirdi. İmam buyururdu: “Bütün xarici ölkələrlə əlaqələrimiz qarşılıqlı hörmət prinsipi üzərindədir. Bu rabitələrdə nə zülmə baş əyər, nə də kimsəyə zülm edərik. Bütün müqavilələrdə əsas prinsip millətin siyasi, iqtisadi, ictimai, ideoloji mənafelərini gözləməkdir.”
Elə bu əsasla da İmam öz ilahi-siyasi vəsiyyətnaməsində ölkənin gələcək rəhbərlərinə tapşırırdı ki, müstəqillik məsələsinə diqqətli olsunlar. İmam buyururdu: “Hazırkı və gələcək xarici işlər nazirlərinə vəsiyyətim budur ki - onların məsuliyyəti çox ağırdır, nazirlik və səfirliklərin yenidən qurulmasında iş ağırdır - xarici siyasətdə müstəqilliyin, ölkənin mənafelərinin qorunması şərti ilə, ölkəmizə müdaxilə məqsədi olmayanlarla normal rabitələr qurula bilər. Ölkəni biganələrdən asılı edəcək bütün işlərdən qətiyyətlə çəkinsinlər. Bilsinlər ki, bəzi işlərdə asılılıq zahirdə aldadıcı ola bilər, müəyyən faydalara malik ola bilər. Nəticə isə ölkənin əsasları üçün sarsıdıcı ola bilər.”
Aydın məsələdir ki, İmam Xomeyninin (r) vəliyyi-fəqih, inqilabın rəhbəri mövqeyində vəsiyyətnaməsi sadəcə bir möizə deyil