Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Düşündürən ayələr

Gözün həyası

“Ruhul-bəyan”-da nəql olunur: Bir şəhərdə üç qardaş yaşayırdı. 10 yaşlı böyük qardaş məscidin minarəsindən azan deyərmiş. Həmin uşaq on ildən sonra dünyasını dəyişir. Ondan kiçik qardaşı ömrü başa çatana kimi qardaşının vəzifəsini yerinə yetirir. Üçüncü qardaşa deyirlər: “Bu işi qəbul et ki, minarədən azan səsi kəsilməsin.” O isə qəbul etmirdi.

Deyirlər: Bu işinə görə sənə pul da verərik!

Deyir: Nə qədər pul versəniz də bu işi qəbul etməyəcəyəm.

Soruşurlar: Məgər azan demək pis işdir?

Deyir: Xeyr, amma minarədən azan demək istəmirəm.

Səbəbini soruşurlar.

Deyir: Minarə elə bir yerdir ki, mənim iki bədbəxt qardaşımı bu dünyadan imansız aparıb. Böyük qardaşım can verəndə başının üstündə dayanıb Yasin surəsini oxumaq istəyirdim ki, asan can versin. Amma o məni Quran oxumağa qoymurdu. Kiçik qardaşım da elə bu vəziyyətdə dünyadan getdi. Bu hadisənin səbəbini bilməyim üçün Allah-Taala mənə lütf etdi və qardaşımı yuxuda əzab içində gördüm. Dedim: Siz qardaşlırmın dünyadan imansız getməsinin səbəbini bilməyincə əl çəkməyəcəyəm. Dedilər: Azan vermək üçün minarəyə qalxanda oradan həyasızcasına camaatın evinin içinə baxırdıq və beləliklə bu işlərə başımız qarışdığından Allahdan qafil olurduq. Elə buna görə də bədbəxt və pis aqibətli olduq.

Ayələr haqqında düşünəndə

Salman Farsi Kufənin dəmirçilər bazarından keçərkən camaatın bir cavanın başına yığıldığını görür. Həmin cavan huşsuz halda yerə yıxılmışdı. Camaat həzrət Salmanı görüb ondan xahiş edir ki, huşsuz oğlana dua etsin. Salman cavana yaxınlaşdığı vaxt o dərhal ayağa qalxıb deyir: “Mənə bir şey olmayıb, bu bazardan keçib gedirdim, dəmirçilərin çəkiş döydüklərini gördüm. Bu zaman Allah-Taalanın Quranda “hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır” buyuruğunu xatırladım və bu hala düşdüm.

Həzrət Salmanın o cavandan xoşu gəlir və onun məhəbbəti ürəyində yer alır. Onu qardaşlığa qəbul edir və müntəzəm olaraq bir-birləri ilə əlaqə saxlayırdılar. Bir gün o cavan xəstələnir və canvermə halına düşür. Həzrət Salman gəlir və onun baş tərəfində oturur. Bu halda Salman Əzrailə diqqət edərək deyir: “Ey Əzrail, cavan qardaşıma qarşı səbirli ol və onunla mehriban rəftar et!”

Əzrail cavabında deyir: “Ey Allah bəndəsi, mən bütün mömin bəndələrə qarşı mehriban və dost oluram.”

Ziyarətdə xəyanət

Mərhum Ayətullah Hacı Ağa Hüseyn Təbatəbai Quminin övladı, cənab Hacı Ağa Həsən nəql edir: Gözümü müalicə etdirmək üçün Məşhəd şəhərindən Tehrana gəlmişdim. Həmin vaxt tanıdığım tacirlərdən biri imam Rizanı (ə) ziyarət etmək üçün Məşhədə getmişdi.

Gecələrin birində yuxuda gördüm ki, imam Rizanın (ə) hərəmindəyəm və İmam (ə) zərihin üstündə oturub. Bu zaman həmin tacir İmama (ə) tərəf ox atdı və o həzrət (ə) narahat oldu. İkinci dəfə zərihin o biri tərəfindən İmama (ə) tərəf ox atır. Yenə də o həzrət narahat olur. Üçün dəfə İmamın (ə) arxa tərəfindən ox atır və bu dəfə həzrət (ə) arxası üstə yıxılır.

Mən qorxu içində yuxudan ayıldım. Müalicəm qurtardıqdan sonra Xorasana qayıtmaq istəyirdim. Lakin Tehranda bir az çox qaldım ki, tacir Məşhəddən qayıtsın. Tacir ziyarət səfərindən qayıtdı. Ondan bir neçə sual soruşdum, amma bir şey başa düşmədim. Məcbur olub yuxumu ona danışdım.

Gözlərindən yaş süzülməyə başladı və sonra dedi: İmam Rizanın (ə) hərəminə daxil oldum. İmamın (ə) zərihi ilə üzbəüz dayanmış bir xanımı gördüm və ondan xoşum gəldi. Əlini zərihə qoymuşdu, mən də əlimi onun əlinin üstünə qoydum. Qadın zərihin o biri tərəfinə keçib əlini zərihə qoydu və mən yenə də əlimi onun əlinin üstünə qoydum. Nəhayət o qadın zərihin arxa tərəfinə keçib əlini zərihə qoydu, mən yenə də əlimi onun əlinin üstünə qoydum. Sonra ondan haralı olduğunu soruşdum: Dedi: Tehranlıyam. Onunla dostluq etdik və birlikdə Tehrana qayıtdıq.


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1322 بازدید
در حال ارسال اطلاعات...