Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Onların nəzərincə vilayət yalnız sevgidir!!

Quranda İslam düşüncəsinin ümumi planı kitabı haqqında
Quranda İslam düşüncəsinin ümumi planı kitabı ilə bağlı əhvalat şəmsi 1353-cü il, ramazan ayında baş verib. Şahın təhlükəsizlik idarəsi SAVAK Məşhəddə Kəramət məscidində Ayətullah Xameneinin dərslərini dayandırıb. Bu hadisənin ardınca 1352-ci il, isfənd ayında Ayətullah Xamenei sö hbət üçün tribuna axtarışında müxtəlif məkanlarda çıxıb edib. Kəramət məscidi bağlanandan dərhal sonra İmam Həsən Müctəba (ə) məscidində imam-camaat məsuliyyətini üzərinə götürüb. Təbii ki, ilk addımda hansısa dəqiq bir proqram olmayıb, Ayətullah Xamenei yalnız şənbə günləri axşam söhbət edib.
Zaman ötdükcə İmam Həsən (ə) məscidində işlər rövnəqlənib. Məscid kiçik olduğundan Ayətullah Xameneini dinləmək istəyənlər orada yerləşə bilməyib. Cənab Rəhbər özü nəql edir ki, kiçik məsciddə tələbələr və tacirlər yerləşə bilmədiyindən məscidi genişləndirməyə məcbur oldular və bu məscid Kəramət məscidindən də böyük oldu. Rəhbər vurğulayır ki, məscidə həssaslıq yaratmamaq üçün yalnız şənbə günləri axşam Nəhcül-bəlağədən danışırdım, bu dərslərdə xeyli adam iştirak edirdi.
Məscidə gələnlərin çoxluğu ilə bağlı Ayətullah Xamenei məscidin genişləndirilməsini təklif edir və bu təklif qəbul olunur. Qısa bir müddətdə bu iş üçün yardımlar toplanır, xümsdən də müəyyən qədər istifadə olunur. Ayətullah Xamenei məsciddəki söhbətlərini yeni proqram əsasında hazırlayır. Qurani-Kərim əsasında İslam düşüncəsini ümumi planı istiqamətində söhbət edir. Bu plana əsasən əqidə əsasları Quran ayələrinə istinadən açıqlanmalı idi. Bu bir növ müəyyən mövzuda Quran təfsiri sayıla bilərdi. Şəmsi 1353-cü ilin ramazan ayı söhbət üçün çox münasib bir vaxt idi.
Əbülhəsən Maliki deyir: “Ramazan ayında İmam Həsən Müctəba (ə) məscidi təzəcə təmir olunmuşdu. İş başa çatmamış ramazan ayı oldu. Ramazan ayı boyu Ayətullah Xamenei ağır bir mövzuda söhbətə başladı. Bu söhbətlər həvəslə qarşılanırdı. Məsciddə yer qalmırdı. Məscidin arxasında bir qaraj var idi. Həmin qaraj da adamla dolurdu. Biz gənc olduğumuz üçün namazı da orada qılardıq. (Özümüzdən yaşca böyüklərin məsciddə namaz qıla bilməsini nəzərə alardıq), “Quranda İslam düşüncəsinin ümumi planı” kitabı həmin ramazandakı söhbətlərin xülasəsidir. Bu söhbətlər etiqad əsasları mövzusundadır. Tövhid, nübuvvət, vilayət mövzusunda danışılır. Söhbət boyu Quran ayələrinə istinad edilir.”
Cənab Rəhbər özü həmin söhbətlər barədə buyurur: “Mən bir ramazan ayı Məşhəddə İmam Həsən (ə) məscidində 30 dərs ardıcıl söhbət etdim. O zaman söhbətlərin lentə yazılmasına bir o qədər əhəmiyyət verilmirdi. Amma bu 30 dərs tam lentə yazıldı. Dərslərdə tövhid, imamət, vilayət, nübuvvət və digər mühüm mövzularda danışılırdı. Bu söhbətlər İslam nizamının yaradılmasında ideoloji əsaslara yönəlmişdi. Əlbəttə ki, biz o vaxt gözləmirdik 6-7 ildən sonra İslam Cümhuriyyəti qurulacaq. Düşünürdük ki, 50 il sonra belə bir şey ola bilər. Hər halda söhbətlər bu nizamın ideoloji əsaslarına aid idi. Həmin dövrün gənc nəslində fikir formalaşdırılırdı.”
Həmin dərslərdə, söhbətlərdə mövzular spesifik idi. Bu söhbətləri İmam Xomeyninin (r) yaxınlarının mübarizə və təbliğat işində müstəsna saymaq olardı. Ayətullah Xamenei söhbətləri elə yaradıcılıqla qururdu ki, bu söhbətlər başqalarından fərqlənirdi. Söhbətdə iştirak edənlərdən biri deyir ki, Ayətullah Xamenei öncə dərsi xülasələşdirib çap etdirirdi, dərsdən qabaq məsciddəki insanlar arasında bu nüsxə paylanırdı. Söhbəti dinləyənlərin qarşısında mətn olurdu. Söhbət daha çox dərsə bənzəyirdi. Əslində bu dərs idi. Amma söhbət adı ilə həyata keçirdi. Bəziləri dərs boyu ayaq üstündə dayanırdı. Şam və xüftən namazlarından sonra, ramazan ayında günorta namazından sonra namaz qılanlar əyləşib söhbətə qulaq asardı.”
Dərsin bir xüsusiyyəti də iştirakçıların keçmiş dərslə bağlı konfransa qatılması olub.
Cənab Haşimi Qonabadi deyir: “İmam Həsən Müctəba (ə) məscidi inqilabçıların, bazar əhlinin, hövzə tələbələrinin, universitet tələbələrinin toplandığı yer idi. Nəhcül-bəlağədən, İslam düşüncəsinin ümumi planından danışılırdı. Mühit daha çox məktəb mühitinə bənzəyirdi. Gənclər Ayətullah Xameneinin söhbəti zamanı qeydlər aparar, növbəti dərsdə konfrans keçirilərdi. Bu dərslərdə sözün əsl mənasında insan tərbiyə olunurdu.”
Ayətullah Xamneinin Məşhəddəki şagirdlərindən biri dərsdə rəhbərin siması və dərs üsulunu xatırlayır: “Ayətullah Xamenei yazı taxtasının qarşısında dayanar, qeydlərini yazardı. Biri deyirdi ki, o dövrlər Cəmaləddin Əsədabadi bizim üçün ideal idi. O Ayətullah Xameneiyə baxıb deyirdi ki, Seyid Cəmal həyata qayıdıb. Deyirdi ki, Seyid Cəmal uğur qazana bilmədi, kaş Ayətullah Xamenei müvəffəq olsun.” (Cənab Əbdürriza İzədipənah)
Quranda İslam düşüncəsinin ümumi planı müxtəlif reaksiyalara səbəb olurdu. Dərsə böyük maraq olsa da, iki qrup bu dərsləri müsbət qarşılamırdı. Birinci qrup Məşhəddə mühafizəkar baxışlı bir qrup idi. Onlar yeniliyə çox ehtiyatla yanaşırdılar. Ayətullah Xameneinin dərsləri ilə bağlı mənfi fikirlər bildirirdilər. Ayətullah Mütəhhəri də belə tənqidlərə məruz qalırdı. Cənab Rəhbər özü bu barədə buyurur: “Xatırlayıram ki, Tehranda bəzi alimlər və müsəlmanlar Hicab kitabı ilə bağlı Mütəhhərini tənqid edirdi. Mən Məşhəddə vilayət mövzusu ilə bağlı yeni nöqtələr açıqlayırdım. Tövhid, nübuvvət, vilayət mövzusunda zəruri nöqtələrə toxunurdum. Bu söhbətlər xülasə şəkildə çap olundu. Məşhəddə mənə qarşı kampaniya başladılar. Deyirdilər ki, nə üçün vilayətdən danışarkən filan məsələlərə də toxunub. Onların nəzərincə vilayət yalnız sevgi idi. Bəli, biz məsum imamlara sevgini qəbul edirik. Vilayət, yəni İmam Əlinin (ə) imamətinə etiqad. Biz bu mövzunun kənarında vilayətdən danışırdıq. Mən Qurandan vilayət ayələrini çıxarış etmişdim. Yeni çıxarışlar qənimət sayıla bilərdi. Tibdə bir şəxs yeni fikir ortaya qoyanda ona qarşı münasibət necə olur? Təbii ki, ona ehtiramla yanaşırlar...”
İmam Həsən Müctəba (ə) məscidindəki söhbətlərdən narahat olan ikinci qrup Pəhləvi rejiminin təhlükəsizlik idarəsi, SAVAK idi. Ayətullah Xameneinin söhbətlərində siyasi nöqtələr qeydə alan SAVAK öz nəzarətini gücləndirirdi.
Ramazan ayının 26-27-ci günlərində söhbətin mövzusu imamın mütləq vilayəti idi. Bu mövzu hakimiyyət üçün ağrılı bir mövzu idi. Ayətullah Xamenei öz söhbətlərində bildirirdi ki, vəliyy mütləq hakim, Allah tərəfindən təsdiqlənmiş rəhbərdir. Rəhbər buyururdu ki, vəliyy və imam insan bədənində ruh kimidir, rəhbərsiz cəmiyyət ruhsuz can kimi qalır. Vəliyyi Allah tanıtdırır, 12 imam bu qəbildəndir. İmamdan sonrakı vəliyyi tanıtdırmaq İmam Zamanın səlahiyyətidir. Məsum imam öz canişini üçün şərtlər qeyd edir. Cənab Rəhbər buyururdu ki, İmam Zamanın (əc) buyuruqlarındakı xüsusiyyətlər əsasında alimlər arasında seçim aparın. Buyururdu ki, vəliyy seçmək sizin öz işinizdir. SAVAK məruzəsində yazmışdı: “Xameneinin imamın canişini deməkdə məqsədi hazırkı şəraitdə Xomeynidir (r).”
“Quranda İslam düşüncəsinin ümumi planı” kitabının ilk nüsxəsi çap olanda Ayətullah Xameneinin rejimə qarşı baxışları məruzə olunur: “Nadiri dörd yol ayrıcı kənarında yerləşən Kəramət məscidinin sabiq imam-camaatı cənab Seyid Əli Xamenei hakimiyyət əleyhinə çıxışları, İmam Xomeynini (r) dəstəkləməsi səbəbindən bir neçə ay həbsdə oldu. Yaxın günlərdə həbsdən azad edilib. Son zaman Seyid Əli Hüseyni adı ilə kitab çap etdirir ki, tanınmasın. O, Seyid Əli Xamenei kimi tanınır. “Quranda İslam düşüncəsinin ümumi planı” kitabı da belə çap olunub.”
SAVAK-ın digər məruzəsində Ayətullah Xameneinin söhbətlərində yer alan mövzulara toxunulur. SAVAK onun çıxışlarını Qurandakı inqilabi mövzulardan çıxarışlar kimi dəyərləndirir. Məruzədə bildirilir ki, Ayətullah Xamenei öz söhbətlərində inqilabi prinsipləri açıqlayır, gənclər təşkilatlandırılır, alovlu güllələrə çevirilir. Məruzədə qeyd olunur ki, bu dərslərdə iştirak edən gənclər, fəhlələr, kəndlilər ardıcıl şəkildə təlimatlandırılır, onlardakı qorxu hissi aradan qaldırılır. Ayətullah Xameneinin çıxışları hakimiyyətə qarşı çıxışlar kimi dəyərləndirilir. Bildirilir ki, o öz çıxışlarında dövlət qurumlarını Yezid hökumətindən də çirkin qurum adlandırır. Dinləyicilərə deyilir ki, siz İmam Həsən (ə), İmam Hüseyin (ə) kimisiniz. Onlara aşılanır ki, ölüm bir iftixardır, həbs və işkəncədə qürur var.
Ayətullah Xameneinin söhbətləri bir neçə dəfə çap olunub. 1354-cü ildə ilk dəfə söhbətlərin xülasəsi çap edilib. Amma söhbətlər tam şəkildə inqilabdan sonra çap olunub. İnqilabdan öncə söhbətlər üzərində işlənilsə də SAVAK-ın təzyiqləri səbəbindən iş yarımçıq qalıb. Əfqanistan İslam Vəhdəti pariyasının sədr müavini mərhum Əlican Zahidi Cənab Rəhbərin şagirdlərindən olub. Mərhum Zahidi deyir: “Kitabı mən xülasələşdirdim, amma çox xülasə oldu. Buna görə Ayətullah Xamenei tapşırdı ki, lent yazılarından söhbətin üzü çıxarılsın. Seyid Heydər Mahmudi adlı dostumuz var idi. O yazıçı, şair, mütəfəkkir idi. Öhdəsinə götürdü ki, söhbətləri xülasələşdirsin. Altı söhbət yazıya alındı. Xülasələri ağaya göstərdilər, ağa bəyəndi. Buyurdu ki, bu qayda ilə iş davam etsin. Söhbətin lent yazılarını cənab Seyid Mürtəza Fatiminin dükanından götürürdük. Çox ehtiyatla əlaqə saxlayırdıq, SAVAK-dan çəkinirdik. SAVAK bizi izləyirdi. Kasetləri götürüb xülasələşdirdik. Sonra SAVAK-ın hücumuna məruz qaldıq, 8 nəfər həbsə alındı. Biz Əfqanistana qaçdıq. Bu iş yarımçıq qaldı.”
İslam İnqilabından sonra da kitabın tam mətnini çap etmək bir müddət mümkün olmadı. Onun ayrı-ayrı hissələri broşürlər şəklində çap edilirdi. Vilayət kitabçası Həzrət Ağanın vilayət mövzusunda söhbətlərindən götürülüb. Bir müddət sonra həmin kitabçanı da tapmaq çətin oldu. Nəhayət, 1392-ci ildə söhbətlər məcmuəsi “Quranda İslam düşüncəsinin ümumi planı” adı altında çap edildi.
Cənab Rəhbər Ayətullah Xamenei 1354-cü ildəki çap üçün müqəddimə yazmışdı. Müqəddimədə kitabdakı mövzular barədə məlumat verilir, məqsəd və söhbətin əhəmiyyəti barədə danışılırdı. Müqəddimədə deyilir: İctimai məslək, möhkəm prinsiplərə malik əqidə, ictimai həyatın ritmi şəklində İslamın təqdim olunması dini təfəkkürün zəruri məsələlərindəndir. Bundan öncəki dini araşdırmalarda bu iki xüsusiyyət olmayıb. Müasir dövrdə İslam məktəbinin digər məktəblərlə müqayisəsində ehtiyac duyulan nəticə əldə edilməyib. Yəni ehtiyac duyulan bir şəkildə şərh verilməyib ki, İslamın digər məktəblərlə müqayisədə imtiyazları açıqlansın. Bundan əlavə, söhbətlər və araşdırmaların ictimai yönü güclü olmadığından yalnız nəzəri baxımdan təsəvvür yaradılıb. Xüsusi ilə ictimai quruluş baxımından vəzifələr və məsuliyyətlər müəyyənləşdirilməyib. Digər bir nöqtə budur ki, Quran mötəbər bir sənəd olsa da bir çox hallarda onun cəmiyyətin maarifləndirilməsi işindəki payı müəyyən edilməyib. Daha çox əməli sahələrə diqqət yetirilib, etiqadi mövzular Qurandan əlaqəsiz şəkildə bəyan olunub. Elə buna görə də Quran ayələri barədə düşüncənin yerini səthi və səmərəsiz tilavət tutub. Söhbətlərdə və araşdırmalarda bir neçə xüsussiyyət diqqətdən kənarda qalıb. Agah bir mütəfəkkirin bu nöqtələrdən xəbərsiz qalması məqbul deyil. Əvvəla, İslam maarifi və düşüncə sistemi təcrid olunmuş bir maarif və sistem deyil. İslam və bütün digər ictimai məktəblər kimi ictimai həyatla bağlı vəzifələri müəyyənləşdirir. Bu baxımdan insanın həyatı, həyat məqsədi diqqət mərkəzində saxlanılmalıdır. İslamın düşüncə ilə bağlı mövzuları bir tamın hissələri kimi mütaliə edilməlidir. Mütəffəkirin bir mövzusu o biri mövzularla əlaqələndirilməlidir. Heç bir məsələ digər məsələlərdən təcrid olunmuş şəkildə araşdırılmamalıdır. Din haqqında kompleks fikir əldə etmək üçün bu zəruridir. Digər nöqtə budur ki, dini üsulların dərki şəxsi səliqələr əsasında yox, mötəbər dini mətnlər əsasında həyata keçməlidir. Bu baxımdan Quran ən mötəbər sənəddir. Heç bir batilin nüfuzu üçün yolu olmayan kitab ən münasib istinad mənbəsidir. O hər şeyi aydınlada bilir. Təbii ki, bunun üçün dərin düşüncəyə ehtiyac var. Bu risalədə nəzərdə tutulan həmin məqsəd izlənilir. Söhbətlərdə səy göstərilib ki, İslam düşüncəsinin mühüm prinsipləri aydın ayələrlə diqqətə çatdırılsın. Dinləyicilərə araşdırma üsulları aydınlaşdırılsın. Lazım gələndə Peyğəmbər (s) və məsumlardan (ə) nəql olunan mötəbər rəvayətlərdən istifadə edilsin. Əməli baxımdan, insan üçün məsuliyyət yaradan İslam prinsipləri düşüncə tərzində zəruri nöqtə olaraq aydınlaşdırılsın...
Biz Quranda İslam düşüncəsinin ümumi planı kitabının ərsəyə gəlməsi yolunu nəzərdən keçirdik. İmam Həsən (ə) məscidindəki söhbətlər sonradan kitab şəklində çap olunub. Hələ də bu kitabdakı mövzuların araşdırılmasına ehtiyac var. Bu məclisdə iştirak edənlərin hələ də eşidiləsi cazibələri xatirələri var. Gələcəkdə İmam Həsən (ə) məscidindəki söhbətlərlə bağlı düşüncələr və xatirələrin çap olunması nəzərdə tutulur.

Vilayet.nur-az.com


1302 بازدید
در حال ارسال اطلاعات...