Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

Dinin zülmkarlıqla mübarizəsi

Ümumiyyətlə, ədalətpərvər din rəhbərlərinin üsulu zülm və haqsızlıqlara qarşı mübarizə etməkdən ibarət olmuşdur.
“Kəhf” surəsinin 59-cu ayəsində zülmkarların acınacaqlı aqibətləri haqda deyilir: “O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik.”
Dini rəhbərlər daim ictimaiyyətin davam gətirib parçalanmasına diqqət yetirmişlər. Cəmiyyətdə haqq-ədalətin bərqərar olunmasını qarşılarına yeganə məqsəd qoyaraq cəmiyyəti zülm və haqsızlıqlara qarşı mübarizəyə istiqamətləndirmişlər. Möhkəm iradəyə yiyələnən bu şəxslər zülmkarlığı böyük günah hesab edərək, belə bir qeyri-insani xüsusiyyətə malik olan şəxsləri haqq-ədalət qarşısında diz çökməyə vadar etmişlər. Zülm və zülmkarlıq onların nəzərində o qədər böyük əhəmiyyət kəsb etmişdir ki, hətta Allaha şərik qoşmağı belə bir növ zülm hesab etmişlər.
Ümumiyyətlə, ədalətpərvər din rəhbərlərinin üsulu zülm və haqsızlıqlara qarşı mübarizə etməkdən ibarət olmuşdur.
“Hədid” surəsinin 25-ci ayəsində deyilir:
“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə [möcüzələrlə] göndərdik. Biz onlarla birlikdə [Allahın hökmlərini bildirən səmavi] kitab və ədalət tərəzisi [şəriət] nazil etdik ki, insanlar [bir-biri] ilə ədalətlə rəftar etsinlər.”
Müqəddəs İslam dininin ən başlıca məqsədi həyatın bütün sahələrində haqq-ədaləti bərqərar etmək olduğu üçün, öz davamçılarını heç nəyi və qarşı tərəfin kim olduğunu nəzərə almadan ədalət uğrunda mübarizə aparmağa vəzifələndirilmiş və kimlərə qarşı olursa-olsun, zülm və haqsızlığı kəskin surətdə qadağan etmişdir.
“Maidə” surəsinin 8-ci ayəsində deyilir:
“Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] cabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır.”
“Nisa” surəsinin 58-ci ayəsində isə Allah-taala ədalətli hökm çıxarmaq barədə buyurur: (İnsanlar arasında höküm etdiyiniz zaman ədalətlə höküm edin. )
İslam nöqteyi-nəzərində ədalət o qədər böyük əhəmiyyət kəsb edir ki, əgər hər hansı bir şəxs bütün müsbət xüsusiyyətlərə yiyələnər və bu xüsusiyyətə malik olmazsa, hakimlik vəzifəsini daşıya bilməz.
Valideynin üzərinə düşən ən başlıca vəzifələrdən biri də övladları arasında fərq qoymayıb onlarla eyni səviyyədə davranmalarıdır. Ailədə uşaqların ədalətsevər olub zülm və haqsızlığa adət etməmələri üçün onlarla ədalətlə rəftar olunmalı və birini digərindən nə üstün, nə də əskik tutmaq lazımdır. Belə ki, ailə mühitində valideynləri tərəfindən ədalətsiz rəftarlar müşahidə edən uşaqlar heç vaxt ədalət kimi gözəl xüsusiyyətə yiyələnmirlər. Onlar ədalətdən uzaq olmaqla yanaşı, bir çox hallarda zülm və haqsızlığa üz tutur və başqalarının hüquqlarını tapdalayaraq cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsinə səbəb olurlar. Yaranmış belə bir şəraitdə nəinki cəmiyyət, hətta valideynlər belə öz övladlarından ədalətsiz rəftar və davranışlar görürlər. Bunun üçün də Peyğəmbər (s) bu mətləbə xüsusi diqqət yetirmiş və öz davamçılarına haqq-ədalətə riayət etməyi buyurmuşdur. "Övladlarınızın sizinlə mehr-məhəbbətlə rəftar etmələrini istəyirsinizsə, onlara bir şey verdikdə ədalətə riayət edin. " (Nəhcül fəsahə səh. 66. )
Həzrət Peyğəmbər (s) buyurur:
"Allahdan qorxun və başqalarının sizinlə gözəl davranmalarını istədiyiniz kimi, siz də övladlarınızla ədalətlə davranın. " (Nəhcüb fəsahə səh. 8. )
Əmirəlmöminin həzrət Əli (ə), Məhəmməd ibni Əbu Bəkri Misirə hakim təyin etdiyi zaman etdiyi tövsiyələrdən birində buyurur: "Misir camaatını qanadının altına al və hamı ilə gülərüz və mehribanlıqla davran. Üzlərinə nəzər saldıqda belə ədalət və bərabərliyə riayət et ki, şəhərin böyükləri bir gün onlara qarşı zülm və haqsızlıq edəcəyini güman etməsinlər, yoxsul və çarəsizlər də sənin ədalətindən ümüdlərini üzməsinlər. " (Nəhcül Bəlağə səh. 877. )


1366 بازدید
در حال ارسال اطلاعات...