Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Şeytanın iki tələsi

Namazın vaxtında və diqqətlə qılınmamasının əsas səbəblərindən biri çox yatmaq, gec yatmaq və pis yatmaqdır
Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır. Ən böyük tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. Şeytanın ikinci tələsi isə insanları namazı vaxtında qılmaqdan çəkindirməkdir.
Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Təhsil, tədris, jurnalistika və s. sahələrdə çalışanlar qohum-əqrabanı, qonşuları, din qardaşlarını unutmamalıdırlar. Diqqətini bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var. İmam Sadiq (ə) sözünü davam edərək buyurur ki, din qardaşına kömək etməkdən böyük ibadət yoxdur, hətta ehtiyaclarını ödəyə bilməsən belə, Allah xatirinə onlarla görüşmək böyük ibadətdir.
Şeytanın ikinci tələsi namazın əvvəl vaxtını sovuşdurmaqdır. Namaz insanı birbaşa Allahla yaxınlığa aparır. Allahla bəndə arasında birbaşa rabitə namazdır. Namazın vaxtında və diqqətlə qılınmamasının əsas səbəblərindən biri çox yatmaq, gec yatmaq və pis yatmaqdır. Namazı vaxtında qılmayan insan başqa dini vəzifələrinə etinasızlıq göstərərək yavaş-yavaş dinə məsxərə gözü ilə baxmağa başlayır. «Allahın ayələrini yalan hesab edib məsxərəyə qoyanların aqibəti pis oldu». («Rum» surəsi, ayə 10.)
Dini vəzifələrə etinasızlığın əsas səbəblərindən biri insanın azğın və dünyagir mühitə düşməsidir. Allah buyuruqlarının xatırlanmadığı mühitdəki dünya söhbətləri insan mənəviyyatını süquta yetirir. «Allah ilə əhdlərini ucuz qiymətə satan şəxslərə axirət nemətlərindən pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz…». («Ali-imran» surəsi, ayə 77.)

Ey Rəbbimiz, bizi vəzifələrimizlə tanış et və şeytanın şərindən amanda saxla!


1426 بازدید
در حال ارسال اطلاعات...