Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

İman

Yalnız iman gətirib yaxşı əməllər edənlər... (Cənnətə nail olub əbədi səadətə qovuşarlar). (Əsr, 3)
Allah-Taala buyurur: “İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (“Ənam”, 82.)
İman [kəlməsi] lüğətdə təsdiq mənasındadır, yəni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur. Peyğəmbərin (s) mərifəti Qadir, Alim, Səmi, Bəsir [olan] Allahın mərifətindən ayrı olmaz. O Allahın ki, peyğəmbərləri göndərmiş, Quranı Məhəmməd Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir.
Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox, kamalı olar.

İmanın nişanələri:
İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz “saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.
Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: "Yalnız iman gətirib yaxşı əməllər edənlər... (Cənnətə nail olub əbədi səadətə qovuşarlar)." (Əsr, 3) (“Əsr”, 3.)

İmanın mərtəbələri:
Bilməliyik ki, imanın bir neçə mərtəbəsi var. Onun ən aşağı mərtəbəsi dildə olan imandır ki, Allah-Taala bu barədə buyurur: “Ey möminlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (“Nisa”, 136.) Və həmçinin buyurulan bu ayə: “Qənimət əldə etmək iştahası ilə islama daxil olan bədəvi ərəblər “biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmam