Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Həzrət Əlidən (ə) gözəl kəlamlar

"Gözünün nuru namaz, peşəsi oruc, adəti doğruçuluq, bərəkətinin əsası isə şükürdür"
Helm elə bir dostdur ki, heç vaxt səhv etməz. Qənaət elə bir qılıncdır ki, küt olmaz. Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz.

Mömin dünyada düzdanışan və oyaq qəlblidir. (İlahi) hədlərə riayət edər. O, elm sandığıdır. Onun əqli kamil, qəlbi səlim, helmi sabitdir. Əli açıq və bağışlayandır. Evinin qapısını ehsan etməkdən ötrü açıq qoyar. Dodaqlarındakı təbəssüm çox, daxilindəki qəm-qüssəsi isə həmişəlikdir. Mütəfəkkir (dərindən fikirləşən), az yatan, az gülən və xoş təbiətlidir. Tamahını öldürmüş, nəfsani istəklərini aradan aparmışdır. Dünyaya meyilsiz, axirətə isə meyillidir. Qonaqpərv