Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Rəsuli-Əkrəmdən (s) ibrətamiz kəlamlar

Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar
Hər kəs sükut etsə nicat tapar. (O yerdə ki, danışmaq nəticə verməz.) Hər kəs Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Hər kəs təkəbbür etsə Allah onu xar edər.
Hər kəs başqalarının xətalarından keçsə, Allah da onun günahlarından keçər. Hər kəs başqalarını bağışlasa, Allah da onu əfv edər. Hər kəs müsibətə səbr etsə Allah onu (müsibəti) əvəz edər. Hər kəs öz qəzəbini udsa, Allah ona əcr verər. Hər kəs dolanışığında əndazə saxlasa Allah onun ruzisini verər. Hər kəs bədxərclik etsə Allah onun ruzisini kəsər. Hər kəs hökmdarların qapısına yaxınlaşsa əziyyət görər. Hər kəs öz malının müdafiəsi zamanı öldürülsə şəhid hökmündədir. (Bir şərtlə ki, özünü dünya malından ötrü bilərəkdən ölümə atmasın.)

Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar. Hər kəs öz dinini müdafiə edən zaman öldürülsə şəhid hökmündədir. Allah hər kəsi istəsə ona xeyir verər və ona dini bilik inayət edər. Hər kəs behiştin arzusundadırsa gərək xeyirli işlərə tələssin. Hər kəs atəşdən qorxur gərək şəhvətlərdən özünü qorusun.

Hər kəs günah etməyə çalışsa, sonra məqsədindən dönsə onun üçün savab yazılar. Hər kəsə ki, Allah xeyir verib gərək həmin xeyrin əlaməti onda görsənsin. Hər kəsin danışığı çox olsa xətası da çox olar, hər kəsin xətası çox olsa günahı da çox olar, hər kəsin günahı çox olsa onun üçün atəş yaxşıdır. Hər kəs ruzi yolu tapsa əlindən buraxmasın, hər kəs nemət tapsa şükr etsin.

Hər kəs azdan ötrü şükr etməsə çoxdan ötrü də şükr etməz. Hər kəs müsibət üz verən adama təskinlik versə onun qədər savab əldə edər. Hər kəs mənim ümmətimlə xoş davransa Allah da onunla xoş davranar. Hər kəs xəstəyə baş çəksə behiştlik iş görüb. Hər kəs zalımla yol getsə günahkardır. (Bir şərtlə ki, ona zülm etməkdə kömək etsin və ya onun əlaltılarından hesab olunsun.)

Hər kəs öz malını əlində daşısa təkəbbürdən uzaqdır. Hər kəs şəfaəti inkar etsə ondan binəsib olar. Hər kəs yaxşı işdən xoşhal, pis işdən narahat olur mömindir. Hər kəs Allahdan qorxursa (cavanlıq və qüdrətli vaxtında) Ona itaət etməyə çalışsın və hər kəs çalışsa mənzilə yetişər. Hər kəs axirət izzət və şərəfini istəyir gərək dünya zinətlərindən əl çəksin.

Hər kəs gecə çox namaz qılsa, gündüz üzü nurani olar. Hər kəs dünyanı sevsə öz axirətinə ziyan vurur və hər kəs qəlbini axirətə bağlasa dünyaya zərər vurar. Hər kəs Allahın qüdrətini yüngül tutsa Allah onu xar edər və hər kəs Allahın qüdrətinə ehtiram etsə Allah onu əziz tutar. Hər kəs hansı işi sevsə - xeyir və ya şər - onu yerinə yetirən kimidir. Hər kəs Allahın adı ilə sizi sığınsa ona sığınacaq verin və hər kəs sizə Allaha and versə və nəsə istəsə, istədiyini ona verin.

Hər kəs həya pərdələrini yırtsa, qeybəti yoxdur. (Onun barəsində edilən qeybət qeybət deyil.) Hər kəs öz pis əməlinə görə narahat olarsa istiğfar etməsə də Allah onu bağışlayar. Hər kəs Allahla görüşməyi sevirsə, Allah da onunla görüşməyi sevir, hər kəs ki, Allahla görüşməyi sevmir, Allah da onunla görüşməyi sevmir. Ondan elmi sual soruşularkən cavab verməyən alimin ağzına atəşdən yüyən vurular. Hər kəsin üzünə bir xeyir qapısı açılsa onu qənimət bilsin, hətta nə vaxt bağlanacağını bilməsə də.

Hər kəs öz qəzəbini işlədə bilsə və (Allaha xatir) onu sakitləşdirsə Allah onun qəlbini iman və əmniyyətlə doldurar. Hər kəs imanın ləzzətini dadmaq istəyirsə gərək saleh insanları sırf Allaha görə sevsin. Hər kəs qeyri-şəri yolla pul ələ gətirsə onu çətin və xoşagəlməz işlərə xərcləməli olar. Hər kəs yoldaşlıq və mehribanlıqdan öz payını götürsə, dünya və axirətdən öz payını aparıb. Hər kəs Allaha olan məhəbbəti insanlara olan sevgidən üstün tutsa (Allahın məhəbbətini üstün tutsa) Allah onu camaatın şərindən qoruyar.

Hər kəs dünyada ikidilli olsa Allah onun üçün oddan iki dil qərar verər. Hər kəs icazəsiz başqasının yazısına baxarsa, elə bil atəşə baxır. Hər kəs əmr be məruf etsə bu işi Allah bəyənən şəkildə (gözəl şəkildə) etsin. Hər kəs qırx gün özünü (əməllərini) Allahdan ötrü xalis etsə, hikmət çeşmələri qəlbindən dilinə axar. Allaha və axirət dünyasına imanı olan hər kəs gərək qonşusuna hörmət edib onunla xoş keçinsin.

Hər kəs camaatın ondan xoşu gəlsin deyə Allaha günah etsə, elə gözünü dikdiyi camaat onu məzəmmət edər. Hər kəs Allahın razılığını qazanmaqdan ötrü camaatın acığına gələn iş görsə Allah özü ondan razı qalar və camaatı da ondan razı salar və hər kəs camaatın xoşuna gəlməkdən ötrü All