Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Gör-götür dünyası

Məstin haqqı qəbul etməsi

Zunnun Misri deyir: Misirdən çıxıb bir az səhrada gəzmək istəyirdim. Nil çayının kənarında gəzərək suya baxırdım. Bu vaxt bir əqrəbin sürətlə gəldiyini gördüm. Dedim: Hara gedəcəksən? Əqrəb suyun kənarına gəlir, arxasıyca qurbağa da ora gəlir. Əqrəb qurbağanın kürəyinə minir və qurbağa üzərək çayın o tayına keçir. Dedim: Görəsən bunun axırı nə olacaq. Dərhal özümü suyun o biri tərəfinə çatdırdım.

Qurbağa üzərək sahilə çıxır. Əqrəb qurbağanın kürəyindən düşür. Əqrəbin arxasıyca getdim və bir ağacın altına çatdıq. Ağacın altında bir kişi yatmışdı. İlan dayanıb kişini sancmaq istəyirdi. Elə bu vaxt əqrəb ilanı arxadan sancaraq öldürdü.

Sonra əqrəb yenə də suyun kənarına gəlib qurbağanın belinə minib çayın bu tərəfindən o biri tərəfinə getdi.

Mən təəccüb içində qalmışdım və öz özümə dedim: Yəqin bu kişi ilahi övliyalardan biridir. İstədim onun ayağından öpüm, amma baxıb gördüm ki, bu yatan məst bir cavandır. Bu hadisədən bir az da təəccübləndim. Bir az gözlədim ki, məst cavan yuxudan ayılsın.

O ayılanda məni orada görüb təəccüblənib dedi: Ey güclü zəmanə əhli, bu günahkar bəndənin başının üstünə gəlib fədakarlıq etmək istəyirsən?!

Dedim: Bu sözləri danışmaqdansa yanındakı ilana bax.

Məst kişi ilanı görən kimi əlini başına vurub dedi: Burada nə hadisə baş verib?

Olanların hamısını ona danışdım. O özü haqda olan haqqı eşidir və görür. Üzünü səmaya tutub dedi: Sən ki bu məst bəndənə belə lütf edirsən, mömin bəndələrinlə necə olarsan?

Nil çayında qüsl edir və öz yaşadığı yerə qayıdaraq yaxşı işlərlə məşğul olmağa başlayır. İş o yerə çatır ki, onun duası ilə xəstələr şəfa tapır.

Abuzərin haqqı tanıması

Abuzər Peyğəmbərin (s) Məkkədə peyğəmbərliyə seçildiyini eşidəndə qardaşı Ənəsə deyir: “Peyğəmbər və onun haqqında mənim üçün məlumat gətir.”

Qardaşı Məkkəyə gedir və orada Peyğəmbər (s) haqda eşitdiklərini qayıdıb ona danışır.

Abuzər dedi: “Ürəyimin atəşini söndürə bilmədin.”

Özü yola düşüb Məkkəyə gedir. Məscidin bir küncündə iki gün yatır və nəhayət üçüncü gün Peyğəmbər (s) Əlinin (ə) köməkliyi ilə gizli şəkildə gəlib salam verir.

Həzrət Peyğəmbər (s) onun adı və halını soruşur. O özü haqda danışdıqdan sonra müsəlman olur. Həzrət Peyğəmbər (s) buyurur: “Məkkədə qalma, tez öz şəhərinə qayıt. Qorxuram ki, burada sənə zülm edələr.”

Canım əlində olan Allaha and olsun ki, Məkkə camaatının gözü önündə fəryad çəkərək yüksək səslə İslamı qəbul etdiyimi deyəcəm.

Oradan birbaşa Məscidül-harama gedir və yüksək səslə İslama gəldiyini deyir. Bu vaxt Məkkə əhli ona tərəf hücum çəkib onu o qədər vururlar ki, huşsuz halda yerə yıxılır. Peyğəmbərin (s) əmisi Abbas onu görüb özünü onun üstünə atıb deyir: “Ey camaat, vay olsun sizə. Məgər bilmirsiniz ki, bu adam Ğəffar tayfasındandır. O Şam yolunun üstündə yaşayır. Abbasın bu sözləri Abuzəri xilas edir.

İkinci gün Abuzərin halı biraz yaxşılaşandan sonra o yenə də İslamı qəbul etdiyini fəryad çəkir. Camaat yenə də onu möhkəm döyür. Abbas yenə də onu camaatın əlindən xilas edir.

Sonra o öz şəhərinə qayıdır.

Həzrət Əli (ə) və ədəbsiz tacir

Həzrət Əlinin (ə) xilafəti dövrü idi. O həzrət (ə) bəzi vaxtlar bazara baş çəkərdi və camaata öyüd-nəsihət verərdi.

Bir gün xurma bazarından keçərkən bir qız uşağının ağladığını görür. Həzrət Əli (ə) dayanır və qızdan nə üçün ağladığını soruşur. Qız cavabında deyir: “Ağam mənə bir dirhəm vermişdi ki, xurma alım. Mən də xurma alıb evə apardım, amma evdə aldığım xurmadan xoşları gəlmədi. İndi gətirmişəm qaytarım, amma satıcı qəbul etmir.

İmam Əli (ə) satıcıya buyurdu: “Bu qız xidmətçidir və özü ixtiyar sahibi deyil. Siz xurmanı alın və pulunu qaytarın.”

Satıcı yerindən qalxıb satıcılar və yoldan keçənlər qarşısında əli ilə o Həzrətin (ə) sinəsindən vurub dükanın qarşısından kənarlaşdırmaq istəyir.

Bu hadisəni görənlər gəlib ona dedilər: Nə edirsən, bu Əli ibn Əbutalibdir!

Satıcı özünü itirdi, rəngi saraldı. Dərhal qızın əlindən xurmanı alıb pulunu verdi.

Sonra həzrət Əliyə (ə) ərz etdi: “Ey Əmirəlmöminin (ə), məndən razı ol və məni bağışla.”

Həzrət Əli (ə) buyurdu: “Məni sizdən razı edənlər bunlardır: İş üslubunu dəyiş, əxlaqa riayət et və ədəbli ol. (Biharul-ənvar, 9/519)

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1339 بازدید
در حال ارسال اطلاعات...