Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Bəsic uca addır

Bəsic ölkə və xalqı ucaltmaq üçün tam hazırlığın timsalıdır
Bəsic adı dəyərli və ucadır. Bəsic üzvü imanlı qəlbə, mütəfəkkir beyinə və bir vəzifənin insanı çağırdığı bütün işlər üçün hazırlığa malik olmaqdır. Bəsicin mənası budur.

Bəsic əslində eşqin, imanın, ayıqlığın, mücahidliyin, ölkəni və xalqı ucaltmaq üçün tam hazırlığın timsalıdır. Siz mömin və ayıq insanlar Bəsicdə olmanızın qədrini bilin. Əslində, bütün mömin, ayıq, aşiq, öhdəlikli və işə hazırlıqlı insanlar xalqa faydalı sahələrin hansı birində çalışsalar, Bəsicdəndirlər. Bu baxımdan, Bəsic müqəddəs addır.

Bəsic üzvü İslam dəyərlərinə əhəmiyyətli yanaşan, Allaha etiqad bəsləyən, Aləmlərin Rəbbi qarşısında kiçilən və təzim göstərən şəxsdir, yaxşılığa müştaqdır, yaxşı və pak olmaq, əxlaqi qəbahətlərdən uzaqlaşmaq, özünün Allahla ünsiyyətini günbəgün artırmaq, Onun bəndəsi olmaq və fərmanına uymaq istəyir. Bəsic üzvü bunu səadət yolu bilir. O, səadəti həyatın ötəri ehtiraslarında, al-əlvan paltarlarda, (nəfsini) birsaatlıq razı salmaqdan ötrü onun-bunun qarşısına çıxmaqda bilmir. Onun ruhu belə kiçik və dəyərsiz işlərə deyil, ilahi mərifətə meyllidir.

Bəsic üzvünün istəkləri böyük və ölkənin inkişafı həddindədir. Onun istəyi bütün bəşəriyyətin qurtuluşu, fəsadın, yoxsulluğun, ayrıseçkiliyin, ədalətsizliyin və yağı hökmranlığının aradan qaldırılmasıdır. O, ABŞ-ın, yaxud digər əcnəbi qüvvələrin bayrağı altında yaşamağa və heyvan kimi otlamağa nifrət edir. Onun üçün ölkəsinə kimin fərman verməsi önəmlidir: azğın, fasiq, günahkar və muzdur bir insanın, yaxud Allahın saleh bəndələrinin. O, evində və yaşadığı mühitdə Allahın, yoxsa Allah düşmənlərinin hakimiyyətinin bərqərar olunmasına əhəmiyyətli yanaşır və bundan ötrü mübarizə aparır.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


1394 بازدید