Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Zülmkarlığın yandırıcı şölələri

Sitəmkarlara qulluq edən muzdurlar bacardıqları qədər başqalarının hüquqlarını tapdalayır...
Zülm və sitəmkarlığın ictimaiyyətin parçalanmasına, ictimai və əxlaqi əmin-amanlığın məhv olub aradan getməsinə səbəb olması elə bir inkaredilməz həqiqətdir ki, hətta dinə heç bir etiqadı olmayan şəxslər belə ona etiraf edə bilər. Zülmkarlıq baş alıb getməklə əlaqələr kəsilir və hərc-mərclik ictimaiyyətə hakim olmağa başlayır. Haqq-ədaləti ayaqları altına atan sitəmkar dövlətlər tezliklə zəifləyib parçalanmışlar. Tarixə nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, zülmkar qüvvələr nə qədər böyük qüdrətə malik olsalar da nəhayət, törətdikləri cinayətlərin acı aqibəti ilə qarşılaşaraq özlərini ağır fəlakətə düçar edirlər. Bu barədə kifayət qədər misal və tarixi dəlillərə işarə etmək olar. Lakin biz onlardan biri ilə kifayətlənib tarixin canlı şahidlərindən biri olmuş Məhəmməd ibni Əbdülməlik barədə söhbət açmaq istəyirik.
Abbasilər sülaləsinin vəzirlərindən biri olan bu şəxs vəzir olduğu illər ərzində yüksək mövqeiyyətə malik olmuşdur. Son dərəcə zülmkar və daşürəkli olan Əbdülməlik dustaqları cəzalandırmaq üçün divarlarına şiş mıxlar vurulmuş dəmir təndir düzəltdirmiş və həbs olunanları onun içinə ataraq təndirin hərarətini artırmış və beləliklə, bədbəxt dustaqlar acınacaqlı bir vəziyyətdə can vermişlər.
Mütəvəkkil hakimiyyətə gəldikdən sonra isə Əbdülməlik vəzirlikdən kənarlaşdırılır və özünün düzəltdirdiyi təndirə atılır. O, ömrünün son anlarında kağız-qələm istəyir və orada iki beyt şer yazır:

Hiyəssəbilu fəmin yəumin ilə yəumin
Kəənnəhu ma tərakəl eynu fi nəumin.
La tuczə ən ruvəydən ənnəha duvəlun,
Dunya tunqəlu min qəumin ila qəumin.

Şerin məzmunu: “Dünya bir yoldur və hər gün ondan ötüb keçmək gərəkdir. O, yuxu tək gözlər önündə canlanar. Sakit ol və narazılıq etmə. Bu dünya var-dövlət tək hər gün bir millətin və ya qövmün əlinə düşər.”
Mütəvvəkil məktubu oxuduqdan sonra vəzirin azad olunmasını əmr edir. Lakin artıq gec idi, çünki vəzir acınacaqlı bir vəziyyətdə dünyasını dəyişmişdi!
Bəli, dünyanı ölüm-dirim meydanına çevirən şəxslər öz qüdrət və mövqeiyyətlərini qorumaq üçün hər şeydən məhrum olan zəif təbəqəyə ağlasığılmaz əzab və işkəncələr vermiş və ağır cinayətlərə əl atmışdır. Lakin çox keçmədən sinələr qəzəblə dolmuş və ani bir sıçrayışla qanlı inqilablar həyat səhnəsini tamamilə dəyişmişdir.
Zülm və sitəmkarlıq hər hansı bir müəyyən təbəqəyə aid deyildir. Hər bir şəxs istənilən şərait və mövqeiyyətdə əgər həyatın naz-nemətlərindən bəhrələnmək üçün heç nəyi nəzərə almadan qanundan kənara çıxarsa, başqalarının hüququnu tapdalayaraq onlara qarşı zülm etmiş olur. Lakin təəssüflər olsun ki, bu günlər yaşadığımız dünyada zülm və sitəmkarlıq günbəgün artır, bəşəriyyətin sivilizasiyasını ciddi təhlükə ilə üzləşdirir.
Sitəmkarlara qulluq edən muzdurlar bacardıqları qədər başqalarının hüquqlarını tapdalayır və dayağı olmayan millətlərin var-dövlətlərini qarət edirlər.