Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2015

Yəqin məqamına çatmış mömin

“Allah ona müştaqdır və o ruh ərşə yaxın bir çeşmənin kənarında oturar.”
Merac hədisində Allah-Taala möminin ölüm zamanı halını və behiştə daxil olmasını belə bəyan edir: “Əgər yəqinə çatmış bəndənin ölümü yetərsə, mələklər əllərində kövsər və pak şərab dolu qab onun başı üstündə hazır olarlar. Canvermə və ölüm çətinliyini asanlaşdırmaq üçün onu sirab edərlər.” Dünya həyatında çalışıb vəzifəsinə əməl edən mömin başına gələn işlərdən razı olur. Onun nəzərində dünyanın şirinliyi ilə acılığının fərqi yoxdur. Çünki o Allahın məsləhətini hər şeydən üstün tutur. Yəqinliyə çatmış belə bir mömin fani dünyadan köçərkən mələklər onun başı üstündə dayanıb ruhu çıxarılan zamanda ona kövsər suyu və pak behişt şərabı verərlər. Bu vaxt həmin mömin ölümün bütün çətinliklərini unudar. Behişt içkiləri dünya içkiləri kimi təkcə susuzluğu yatırmır. Onlar ruhun da susuzluğunu sirab edir.
Hədisin davamında oxuyuruq: “Ona böyük bir müjdə verir və deyirəm: “Sən paksan və mənzilin də pakdır. Sən dostun və yaxının olan əziz və kərimin yanına gəlirsən.” Bəli, mömin insan zəiflikdən uzaq, qüdrət dolu bir yerə qədəm qoyur. O, nəhayətsiz bir mərhəmətlə qarşılanır. Məhbubunun görüşünə nail olmuş aşiqin halını təsəvvür edirsinizmi? Ruha görüş müjdəsi verildikdə artıq o dünyada qalmaq istəmir. Artıq dünya çətinlikləri onun üçün mənasızdır.
Hədisin davamında buyurulur: “Onun ruhu mələklərin əlindən pərvaz edir, bir göz qırpımından da az müddətdə Allaha doğru ucalır.” Mələklər kafirlərin və münafiqlərin canını işgəncə ilə alırlar. Möminin ruhu isə rahatlıqla alınır və bir anda məhbubuna doğru pərvaz edir. Hədisdə oxuyuruq: “Onunla Allah-Taala arasında bu hicablar və pərdələr qaldırılır.” İrfan kitablarında bu hicablar və pərdələr haqqında ətraflı danışılmışdır. Qısa şəkildə deyə bilərik ki, mömin bəndə həmin məqamda Allahla öz arasında heç bir uzaqlıq və maneə hiss etmir. Hədisin davamında oxuyuruq: “Allah ona müştaqdır və o ruh ərşə yaxın bir çeşmənin kənarında oturar.” Görüşə yol tapmış və məhbubun müştaq olduğu aşiq mömin necə də xoşbəxtdir! Möminin ruhu ərşin kənarındakı çeşmə kənarında oturmaqla uzun yolun ağrı-acısından rahatlaşır. Bu vaxt Allah onunla həmsöhbət olur və ona deyir: “Dünyanı necə tərk etdin?” Allahın bu sualı qarşısında mömin bəndə çox diqqətli olmalıdır. Əgər o öz danışığında iynə ucu qədər xilafa yol versə, danışmaq haqqından məhrum edilər. Buna görə də mömin şəxs Allahın cavabında yalnız həqiqəti deyir. Qurani-Kərimdə oxuyuruq: “Ruhun və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kəslərdən savay kimsə danışmayacaq və danışan da yalnız doğrunu deyəcək.” (“Nəbə”, 38.)


1406 بازدید
در حال ارسال اطلاعات...