Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

“Qardaş, məni yandırmaq istəyirsən?”

Allahın salamı olsun Əlini (ə) həqiqət və həqiqəti Əli (ə) ilə görənlərə!
Abdullah Rizayi

Əlinin (ə) ədaləti

Həzrət Əlinin (ə) qardaşı Əqil öz aylıq məvacibini artırmaq üçün Əlini (ə) öz evinə dəvət etdi. Həzrət Əli (ə) gözləri kor olan qardaşının görüşünə getdi. Əqil sadə bir süfrə açdı, öz dolanışığından həzrətə şikayətləndi. Onun ürəyindən keçirdi ki, həzrət onun dolanışığını görüb aylıq məvacibini artırsın. Əmirəlmömininə (ə) dedi ki, beytül-maldan aldığım məvacib xərclərimi ödəmir, xahiş edirəm mənə daha artır məvacib verəsən. Həzrət buyurdu: “Belə görünür ki, imkanın çox olduğundan qonaq çağırırsan.” Sonra həzrət dəmir parçasını odda qızdırıb Əqilə tərəf uzatdı. Əqil elə düşündü ki, həzrət ona pul vermək istəyir. Razılıqla pulu almaq üçün əlini uzadanda əli qızmış dəmirə dəydi və Əqil əlini geri çəkdi. O dedi: “Qardaş nə edirsən?! Məni yandırmaq istəyirsən?!” Həzrət buyurdu: “Sən insanın yaratdığı oddan qorxursan. Bəs mən necə cəhənnəm odundan qorxmayım, nalə çəkməyim?! Sən dünya oduna dözə bilmirsən, necə razılaşırsan ki, qardaşın cəhənnəm odunda yansın?! Beytül-maldan istifadədə səninlə başqası arasında fərq yoxdur.” Bu hadisədən sonra Əqil öz yaşayış səviyyəsinə dözməyib Şama kömək almaq üçün Müaviyənin görüşünə getdi.

Bayram vaxtı...

Bayram günlərində qadınlar öz cəvahiratlarını taxır, bəzənirdilər. Həzrət Əlinin (ə) qızı Ümmü-Gülsüm xəzinədara sifariş göndərdi ki, ona müvəqqəti olaraq beytül-maldan bəzək əşyası versin. Həzrət Əliyə (ə) böyük sevgisi olan xəzinədar dərhal Ümmü-Gülsümə bir boyun bağı göndərdi. Həzrət Əli (ə) evə daxil olanda Ümmü-Gülsümün boynunda qiymətli boyunbağını görüb təəccüblə soruşdu: “Onu haradan gətirmisən?” Ümmü-Gülsüm dedi ki, beytül-maldan əmanət götürmüşəm. Həzrət etiraz etdi, dərhal boyunbağını geri alıb xəzinəyə qaytardı. Ümmü-Gülsümü gördüyü işə görə məzəmmət etdi və buyurdu: “Əgər qızım bu boyun bağını əmanət götürməmiş olsaydı onun əlini kəsərdim.”

Həzrət Əlinin (ə) zirehi

Həzrət Əli (ə) Kufədə xəlifə olduğu zaman onun zirehi itdi. Sonradan həmin zirehi bir məsihidə tapdılar. Həzrət Əlini (ə) bu məsələnin həlli üçün qazinin yanına çağırdılar. Həzrət buyurdu ki, bu zireh mənimdir, onu kimsəyə satmamışam, bağışlamamışam. Qazi məsihidən soruşdu: “Xəlifə sözünü dedi, sənin sözün nədir?” Məsihi dedi: “Bu zireh mənim özümündür, amma xəlifənin də sözünü inkar etmirəm, olsun ki, o səhvə yol verir.” Qazi Həzrət Əliyə (ə) üz tutub dedi: “Sizin dediyinizi bu şəxs inkar edir. Öz sözünüzə şahid göstərməlisiniz.” Həzrət Əli (ə) gülümsəyib buyurur: “Qazi düz deyir ki, mən şahid göstərməliyəm. Amma mənim şahidim yoxdur.” Şahid olmadığından qazi məsihinin xeyrinə hökm çıxarır, o da zirehi götürüb yola düşür. Amma kimdə bilməsə, məsihi bilirdi ki, zireh kimindir. Bir neçə addım atandan sonra vicdanı oyandı, geri dönüb dedi: “Belə hakimlik adi insanın işi deyil, peyğəmbərlərin hakimiyyətindəndir.” Qaziyə etiraf etdi ki, zireh İmam Əliyə (ə) məxsusdur. Çox keçməmiş həmin məsihi islamı qəbul etdi, böyük həvəslə Həzrət Əliyə (ə) qoşulub, Nəhrəvan savaşında düşmənlə vuruşdu.

Pul bölgüsü

İki şəxs mühakimə üçün Həzrət Əliyə (ə) müraciət etdi. Onlardan biri dedi: “Birimizin üç, o birimizin beş çörəyi vardı. Bir şəxs bizə qonaq oldu. Gedəndə yediyi çörəklərə görə 8 dirhəm verdi. İndi pulu bölə bilmirik, aramızda ixtilaf yaranıb. Beş çörəyi olan dostum deyir ki, pulun 5 dirhəmi mənim, 3 dirhəmi sənindir. Amma mən razılaşmıram. Deyirəm ki, 8 dirhəmi yarı bölməliyik, hərə 4 dirhəm götürməlidir. Çünki qonaq hər ikimizin çörəyindən istifadə edib.” Həzrət buyurdu: “Əgər haqqını istəyirsənsə, beş çörəyi olan şəxs 7 dirhəm götürməli, sənə 1 dirhəm verməlidir.” Kişi etiraz edib səbəbini soruşdu. Həzrət buyurdu: “Sizin ikinizin birlikdə səkkiz çörəyiniz vardı. Üç nəfər əyləşib həmin çörəkləri yediniz. Əgər hər çörəyi 3 hissəyə bölsək 24 hissə edir. Siz hərəniz 8 hissə çörək yemisiniz. Beş çörəyi olanın çörəkləri 15 hissəyə bölünür. O 15 hissədə 8 hissəsini yeyib 8 hissəsi qonağa qalıb. Sən isə cəmi 9 hissə olan üç çörəyinin səkkiz hissəsini yemisən, bir hissəsini qonağa vermisən. Əgər qonaq 8 dirhəm veribsə yediyi hər tikə üçün 1 dirhəm verib. Ona yeddi tikə çörək verənə 7 dirhəm, bir tikə çörək verənə 1 dirhəm çatır.” Həzrətin bu izahından sonra həmin şəxs səsini çıxarmadı.

Qazinin hüzurunda

Bir şəxs Ömərin vaxtında ona şikayət etdi. O Həzrət Əlidən (ə) şikayət etmişdi. Ömər hər iki tərəfi dəvət etdi mühakiməyə başladı. İslam göstərişlərinə görə münaqişə tərəfləri yanaşı oturmalıdır ki, hakim qarşısında bərabərlikləri qorunsun. Ömər iddiaçını adı ilə çağırıb ona yer göstərdi. Sonra Həzrət Əliyə (ə) “Ya Əbəlhəsən” deyə müraciət edərək müttəhimin yanında oturmasını istədi. Həzrət Əli (ə) onun bu fərqli müraciətinə etiraz etdi. Əvvəlcə bu etirazın səbəbini başa düşməyən xəlifə düşündü ki, Həzrət Əli (ə) şikayətçi ilə yanaşı oturmağa etiraz edir. Sonra həzrət buyurdu: “Mən onunla yanaşı oturmağa narazı deyiləm. Ona görə narazıyam ki, sən onu adı ilə çağırdı, mənə hörmət əlaməti olaraq “Ya Əbəlhəsən” dedin. Mənim narazılığım bu ayrıseçkiliyədir!

Heyrət doğuran ədalət

Bu necə ədalətdir ki, dünya bu ədalətə heyrətdədir! Bu ədalət sahibini Allahın razılığından başqa bir şey düşündürmür. O öz ədaləti ilə qardaşının istəyinə yox deyir, mühakimə zamanı münaqişə tərəfi ilə eyni cür, adi adla çağırılmamasına etirazını bildirir. Bəli, mühakimə ləyaqəti olan şəxs yalnız Əmirəlmöminin Əli ibn Əbi Talibdir (ə). Buna görə həzrət buyurur ki, salam olsun sizə və sizin şiələrinizə, lənət olsun sizin düşmənlərinizə və düşmənlərinizin ardıcıllarına...

Üç qardaşın əhvalatı

Üç qardaş arasında dəvə bölgüsündə mübahisə düşdü. Nəhayət onlar mühakimə üçün Həzrət Əlinin (ə) yanına gəldilər. Qardaşlara atalarından 17 dəvə irs qalmışdı. Böyük qardaşa dəvələrin yarısı, ortancıl qardaşa dəvələrin 1/3, kiçik qardaşa dəvələrin 1/9 çatmalı idi. Amma dəvələri parçalamaq mümkün olmadığından onları bölə bilmirdilər. Həzrət Əli (ə) buyurdu: “Mən sizin icazənizlə dəvələrinizə öz dəvələrimdən birini qatıram. Sonra onları bölürəm. İmam 17 dəvəyə bir dəvə əlavə edəndə dəvələrin sayı 18 oldu. Həzrətin göstərişi ilə böyük qardaş 18 dəvədən yarısını, yəni 9 dəvə götürdü. 1/3 paya malik olan ikinci qardaş 18 dəvənin 1/3, yəni 6 dəvə götürdü. 1/9 paya malik olan kiçik qardaş 18 dəvənin 1/9, yəni 2 dəvə götürdü. Beləcə böyük qardaşa 9, ortancıl qardaşa 6, kiçik qardaşa 2 dəvə düşdü. Bu isə 17 dəvə edirdi. Beləcə həzrətin əlavə etdiyi dəvə yerində qalırdı.

Köhnə ayaqqabı

İbn Abbas deyir: “Həzrət Əli (ə) Mədinədən Bəsrəyə gələndə Rəbəzədə məskunlaşdı. Yoldan ötən hacılar onun görüşünə gəlib sual verirdilər. O zaman həzrət ayaqqabısını yamayırdı. Görüşə gələnlərdən biri dedi ki, bu işdənsə, xalqın müşküllərini həll etmək yaxşıdır. Həzrət cavab verməyib, işinə davam etdi. Nəhayət o ayaqqabısını yamayıb qurtardı, onu o biri ayaqqabı ilə çütlədi. Sonra buyurdu: “Məndən bu ayaqqabının qiymətini soruşdular, dedim ki, heç nə qədər! Soruşdular ki, necə yəni heç nə? Dedim, yaxşı, dirhəmin bir hissəsi. Həzrət buyurdu ki, əgər haqqı bərpa edib, batili aradan qaldırmasaydım, xəlifəlik mənim nəzərimdə bu ayaqqabıdan da dəyərsiz idi.”
Mədinədə əhali Əmirəlmömininə (ə) beyət edəndən sonra həzrətin göstərişi ilə beytül-malı xalq arasında böldülər. Bu iş başa çatandan sonra həzrət iki rəkət namaz qıldı, sonra bel və külüngü götürüb həmişəki quyu qazma işinin dalınca getdi...

İmamın qonağı

Həzrət Əlinin (ə) xilafəti dövründə qardaşı Əqil ona qonaq gəldi. Həzrət Əli (ə) İmam Həsənə (ə) işarə etdi ki, əmisinə bir libas hədiyyə etsin. İmam Həsən (ə) bir köynək, bir rida gətirdi, onu əmisinə bağışladı. Gecə düşdü, hava isti idi. Həzrət Əli (ə) Əqillə birlikdə evin damında uzanıb söhbət edirdilər. Əqil özünü xəlifənin qonağı kimi hiss edirdi. Gözləyirdi ki, onun üçün yaxşı süfrə açılacaq. Amma çox yoxsul bir süfrə açıldı. Əqil təəccübünü gizlətmədi. Soruşdu ki, elə olan budur? Həzrət Əli (ə) buyurdu: “Məgər bunlar Allahın neməti deyil?! Mən bu nemətlərə görə Allaha şükür edirəm.” Əqil dedi: “Yaxşısı budur öz istəyimi deyim, tez gedim. Mənim borcum var, göstəriş ver borcumu ödəsinlər. Qardaşına kömək et, evimə qayıdım.” Həzrət soruşdu ki, nə qədər borcun var? Əqil dedi ki, 100 min dirhəm. Həzrət Əli (ə) buyurdu: “100 min dirhəm?! Nə çox! Təəssüf edirəm əziz qardaş, bu qədər vermək imkanım yoxdur. Səbr et, məvacibinin vaxtı çatsın. O zaman öz məvacibimdən də sənə verərəm. Əgər az olsa bütün ailəmin xərcini sənə çatdıraram.” Əqil dedi: “Gözləyim ki, məvacib vaxtı çatsın?! Ölkənin beytül-malı, xəzinəsi sənin əlindədir, məni məvacib gözləməyə dəvət edirsən?! Sən xəzinədən istədiyin qədər götürə bilərsən. Nə üçün bu işi maaş vaxtına saxlayırsan? Bir də sənin məvacibin nə qədərdirki? Sənin maaşın mənim ehtiyacımı ödəmir!” Həzrət Əli (ə) buyurdu: “Mən sənin təklifinə təəccüb edirəm! Dövlət xəzinəsində pulun olub-olmamasının bizə nə aidiyyatı?! Biz də başqa müsəlmanlar kimi bir fərdik. Sən mənim qardaşım olduğun üçün öz payımı sənə verə bilərəm. Amma müsəlmanların malına toxuna bilmərəm.” Mübahisə uzandı. Əqil israr edirdi ki, Həzrət Əli (ə) beytül-maldan ona pul versin. Onların əyləşdiyi yerdən Kufə bazarı görünürdü. Tacirlər