Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2015

Dünya əhli və axirət əhli

Hər kəs dünyaya nə qədər meyl edirsə həmin miqdar da dünya əhli olur və Allah dərgahından uzaqlaşır.
Dünyada axirət üçün işləyənlər axirət əhli, amma dünya üçün işləyənlər dünya əhlidirlər. Əmirəlmöminin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanlar dünyada (necə) əməl etdiklərinə görə iki dəstəyə bölünürlər. Biri onlardır ki, dünyada elə dünya üçün işləyirlər. Dünya onları özünə məftun edir və axirətdən saxlayır, öz ölümlərindən sonra övladlarının fəqir olmasından qorxurlar, amma gələcəkdəki (axirətdəki) fəqirliyindən əmin-amanlıq hissi keçirir, ömürlərini başqalarının mənafeyinin təmin olunması yolunda sərf edirlər. İkinci isə dünyada dünyadan sonrakı vaxt (qiyamət) üçün işləyənlərdir, onların ruziləri də zəhmətsiz olaraq onlara çatır. Yəni, dünya və axir