Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2015

"Nəhc əl-bəlağə"də vəhdət

Keçmiş millətlərdə nə zaman xalq arasında yekdillik, birlik olmuşsa, izzət və şərəf, iqtidar, güc də o millətə aid olmuşdur
İmam Əli (ə) öz xütbələrində keçmiş millətlərin xoş günlərinin, şərəf və izzətlərinin ayrılıqdan, dağınıqlıqdan uzaq olmalarında, vəhdətdən ayrılmaz olmalarında görür və xalqı birliyə, vəhdətə, ülfətə rəğbətləndirir.
Əmirəlmöminin (ə) öz xütbələrində insanların bir-birinə kinini, fərdlərin bir-birinə qarşı bədxahlığını, xalqın bir-birinə arxa çevirməsini onların süqutunun, tənəzzülünün səbəbi kimi göstərir.

Həzrət Əmirəlmöminin (ə) "Nəhc əl-bəlağə"də vəhdətin, birliyin əsas tənzimləyicisini cəmiyyətin rəhbərliyi hesab edir. Yəni cəmiyyətin imamı, rəhbəri vəhdətin mərkəzi, tənzimləyici oxudur. Həzrət Əli (ə) öz dövrünün müsəlmanlarına müraciətlə rəhbərin, imamın vəhdət mehvəri olduğunu təkid edir. Məhz bu mərkəz qüvvə səbəbilə Peyğəmbər (s) dönəmində müsəlmanlar izzətə, şərəfə nail olmuşdurlar. Halbuki İmam Əlinin (ə) hakimiyyəti dönəmində xalq bu vəhdət oxunu nəzərdən qaçırdığından təfriqəyə məruz qaldı və İslam dünyası o zamandan tənəzzülə sürükləndi. Belə ki, uzun illər qamətini düzəldə bilmədi.

Bu gün qarşılıqlı anlaşma və birlik yaratmaq səyləri bir vəzifədir. Bu həmişə vəzifə olmuşdur. "Nəhc əl-bəlağə"də elmi və etiqadi bəhs bu həqiqəti bizə göstərir. Biz gözlərimizi yumub, özümüzü "Nəhc əl-bəlağə"nin aydın şəkildə dediklərini görməməzliyə vura bilmərik.

Sistemin möhkəmlənməsi, ictimai hərəkət üçün vəhdət, birlik zəruri, qaçılmaz, təfriqə isə ziyanlıdır.
Əmirəlmöminin (ə) "Nəhc əl-bəlağə"də buyurur: “Keçmiş millətlərdə nə zaman xalq arasında yekdillik, birlik olmuşsa, izzət və şərəf, iqtidar, güc də o millətə aid olmuşdur. Nə zaman könüllər, yollar bir-birindən ayrılmışsa, vəhdət kölgəsi camaatın üzərindən çəkilmişsə, insanların həyatı sahmanını itirmiş, onların izzəti zillətə çevrilmişdir, inkişafları, irəliləyişləri tənəzzüllə, geriləməklə əvəz olunmuşdur.

Ayətullah Seyid Əli Xamenei


63 بازدید
در حال ارسال اطلاعات...