Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

BBC-nin cinayətləri

İranda 1988-ci il iğtişaşlarında BBC misilsiz rol oynadı
BBC Britan Yayım Korporasiyası adının qısaldılmış formasıdır. Bu yayım korporasiyası İngiltərədə Britaniya krallığının nəzarəti və dövlət maliyyə dəstəyi ilə işləyir. Mərkəzi London şəhərindədir. BBC 1922-ci ildə yaradılıb. BBC yayım şirkəti həm radio, həm də televiziya proqramları istehsal edir. Şirkət ikinci dünya müharibəsində televiziya verilişlərini dayandırıb, müharibədən sonra yenidən fəaliyyətə başlayıb.
BBC radio-televiziya şəbəkəsi imperialist ölkələr maraqlarına xidmət edir və bu kimsəyə gizli deyil. BBC radio şəbəkəsi dünyaya 43 dildə yayımlanır. Adətən bu verilişlərdə Qərbin müttəfiqi olmayan ölkələrin müxalifət qüvvələri çıxış edir.
İranla 5+1 arasında nüvə müzakirələri neçə illərdir dünya informasiya şəbəkəsinin ön xəbərləri sırasındadır. BBC-nin fars dilli bölməsi də xidmət göstərir və bu şəbəkədə də adətən İran İslam Cümhuriyyətinə müxalif qüvvələr çıxış edir. İran İslam Respublikası məsulları nüvə müzakirələrinin əhəmiyyətini nəzərə alaraq BBC-yə İran ərazisində bir həftəlik fəaliyyət icazəsi verib. İran dövləti və xalqına qarşı fitnəkarlığı ilə tanınan şəbəkə bu dəfə də öz ana xəttinə sadiq qalıb və sübuta yetirib ki, 1320-ci ildən bu günə qədər siyasətlərində heç bir dəyişiklik baş verməyib.
Şəmsi 1320-ci il, şəhrivər ayında müttəfiqlər İranın işğalını planlaşdırırdı. İranda maraqlar üzərində toqquşan böyük dövlətlər BBC-nin xidmətlərindən də geniş istifadə edirdilər. Həmin dövrdə İngiltərə İrana qarşı təbliğatları BBC-nin fəaliyyətlərində əsas mövzuya çevirmişdi. Əvvəlcə Sovetlər Birliyi, onun ardınca Britaniya fars dilində verilişlər yayımlamağa başladı. Həmin dövrdə Hitler Almaniyası da radio təbliğatı imkanından imtina etmədi və Berlin radiosu fəaliyyətə başladı. Beləcə, Rzaşah hakimiyyətinin son illərində radio İranda ictimai fikir formalaşdırmaqda əsas rol oynayırdı. Hansı ki İranda cəmi iki il idi radio şəbəkəsi fəaliyyət göstərirdi. Fars dilində BBC İranda London radiosu adı ilə tanınırdı. Radio müxtəlif dillərdə fəaliyyətinə 1940-cı il, dekabr ayında İngiltərə Xarici İşlər Nazirliyinin ayırdığı büdcə ilə işə başlayıb. İranın strateji baxımdan hədəfə alınması radionun işində əsas xətt olub. Berlin radiosu hər vasitə ilə çalışıb ki, İranda Rzaşahın işdən uzaqlaşdırılması və ölkənin işğalı üçün zəmin hazırlasın.
London radiosu Rzaşaha qarşı təbliğat kampaniyası apardığı zaman ruslar təyyarələrdən İran ərazisinə vərəqələr səpirdi. Şəmsi 1320-ci il şəhrivər ayında (74 il öncə) BBC-nin fəaliyyətləri nədən ibarət idi? Əvvəla London radiosu çalışırdı ki, özünü bitərəf kimi göstərsin. Radio verilişlərində İranın işğalına bəraət qazandırılırdı. İran xalqının işğalçılara qarşı müqavimət hərəkatı qiyamçı hərəkat kimi göstərilirdi. Müttəfiqlərin İranla bağlı siyasətləri bu xalqın xeyrinə addımlar kimi təlqin olunurdu. Eyni zamanda ölkə ərazisində ayrı-ayrı xalqlar arasında gərginlik qızışdırılırdı. Təhsilli iranlıların təsir altına salınması istiqamətində iş görülürdü. London radiosu ardıcıl fəaliyyətlərdən sonra belə bir təsəvvür yaratmağa nail oldu ki, İranda şah quruluşunun sonu çatıb. İmperializmin, istibdadın maliyələşdirdiyi bir radio şəbəkəsi öz mənafelərinə xatir İran diktatorunu nüfuzdan salmağa çalışırdı. Beləcə, işğalçılara müqavimət göstərən qüvvələri nüfuzdan salmağa, müqavimətin İran xalqının ziddinə olduğunu göstərməyə çalışırdılar. London radiosundan əlavə Dehli radiosu və Britaniyanın nəzarəti altında olan böyük radio şəbəkələri Rzaşaha qarşı kampaniya aparırdı. Bütün verilişlər buna yönəlmişdi ki, İranın xoşbəxtliyi şahın süqutu, onun ölkədən sürgün edilməsindədir.
Hadisələr burulğanında ikinci dünya müharibəsində Rzaşah Almaniyada himayə axtarmağa çalışdı. Britaniya isə hər vasitə ilə onu işdən uzaqlaşdırmağa səy göstərirdi. BBC belə bir ictimai fikir formalaşdırırdı ki, Rzaşah yerini canişininə verməlidir. Bu əsasla Məhəmməd Rza himayə olunurdu. Britaniya yalnız öz mənafelərinin təmin edilməsi şərti ilə Pəhləviyə dəstək verirdi. İranın təbii sərvətləri hədəfdə idi, İranın üç adasının macərasını Birləşmiş Ərəb Əmirliklərinin xeyrinə tamamlamaq istəyirdilər.
BBC 28 mordad çevirilişində, İran neftinin qarət olunmasında müstəsna rol ifadə edib. Neftin milliləşməsi hərəkatında ən böyük zərər İngiltərənin payına düşürdü. London İran neftinə növbəti dəfə sahib olmaq üçün əlindən gələni edirdi. Şəmsi 1330-cü ildə Britaniya Tudə partiyasının əli ilə Tehran şəhərində sabitliyi pozmağa səy göstərdi. 23 tirdə başlayan gərginlik nəticəsində öldürülənlər və yaralılar oldu. 24 tirdə BBC belə xəbər verirdi: “Baş verən faciə göstərdi ki, doktor Müsəddiq hadisələrə nəzarət edə bilmir, kommunistlər İranı işğal etmək üzrədir. Əgər Britaniya geri çəkilsə İran məhv olacaq.” Bu təbliğat dövlətin süqutuna qədər davam etdi.
Həmin dövrdə BBC öz üzərinə üç mühüm vəzifə götürmüşdü: Qiyamçılarla şah arasında vasitəçilik, şahın diqqətini cəlb etmək üçün ona hərbi yardım vədi, qiyamçıların himayəsi ilə Müsəddiq cəbhəsinin zəiflədilməsi.
Əgər BBC öz verilişlərinə “İndi London vaxtı ilə gecə yarıdır” sözləri ilə başlayırdısa, artıq “Hazırda gecə yarıdır” sözləri işlənirdi. Bu Britaniyanın şahı himayəsinin rəmzi idi. BBC 25-28 mordadda “Zəruri söhbətlər” adı altında verilişlər yayımlayırdı. 28 mordad gecəsi Müsəddiqin əleyhinə verilişdən sonra Firdovsinin şeiri oxundu. Bu şeirlə insanlar sabahkı gərgin vəziyyətə hazırlanırdı.
BBC Bəhreynin İrandan ayrılmasında xüsusi rol oynayıb. Şəmsi 1350-ci ildə (44 il öncə) Britaniyanın təzyiqləri altında Bəhreyndə saxta referendum keçirildi, bu ərazinin İrandan ayrıldığı elan edildi. BBC bu sahədə çox iş gördü. Bəhreynin İrandan ayrılması prosesində şah da aldanmışdı. İranın Fars körfəzi ilə bağlı iddialarından söz açarkən ərəblərin xeyrinə ictimai fikir yaradılırdı. BBC ictimai fikiri elə çaşdırdı ki, ölkənin bir hissəsinin ondan qoparılması heç bir ictimai qınaqla müşayiət olunmadı.
İran İslam İnqilabı dövründə BBC bütün imkanlarını inqilaba qarşı səfərbər etdi. İlk addımda inqilaba maneçilik törətməyə, şah hakimiyyətinin davamına səy göstərdilər. Yalan xəbərlər yaymaqla inqilabçı qüvvələr arasında təfriqəyə yol açırdılar. Ordunu inqilabi qüvvələrə qarşı qoyurdular. Çalışırdılar ki, şah rejimini inqilabi qüvvələrdən qat-qat güclü göstərsinlər. İslam hökumətinin yaradılması ideyasını fantaziya kimi təqdim edirdilər. Hər vəchlə çalışırdılar ki, xalqı kütləvi aksiyalardan çəkindirsinlər.
İmam Xomeyninin (r) İrana gəlişindən öncə BBC ciddi psixoloji müharibəyə start verdi. Dünyaya xəbər verilirdi ki, ölkəni hərc-mərclik bürüyüb. Təsəvvür yaradırdılar ki, ölkə daxilində müharibə gedir. BBC öz xəbis siyasətlərini pərdələyə bilmirdi və onun inqilaba düşmən olduğu açıq görünürdü. Bu radioya müsahibə verənlərin əksəriyyəti İran xalqı və inqilabın düşmənləri idi.
20 şəhrivərdən neft sənayesinin milliləşməsinin başlanğıcına qədər İngiltərənin siyasəti bundan ibarət oldu ki, İranda güclü dövlət olmasın. Buna görə də 11 il ərzində 19 nazirlər kabineti dəyişdi. Digər tərəfdən, diktaturaya etiraz aksiyalarının güclənməsinə səbəb oldu. Belə bir atmosferdə xalqın dəstəyini qazana bilən yeganə qrup İslam Fədailəri idi. BBC ölkədə hər hansı irəliləyişə yol açan hadisələrdən danışmırdı. Radio yalnız İran xalqının düşmənlərinin tribunasına çevrilmişdi. İngiltərənin İran xalqının düşməni olmasının əsas dəlillərindən biri elə xalqın düşmənlərinə tribuna verilməsi idi.
BBC-də tribuna alanlardan biri də azğın bəhai qrupu idi. Əlsində BBC-nin fars bölməsinin yaradıcıları arasında elə bəhailər də var idi. Bu sırada Behruz Afaq və başqalarının adını çəkmək olar. BBC ilk dəfə 2011-ci ilin əvvlərində bu firəqənin köməyi ilə fars dilində saytı işə saldı. BBC-nin farsca televiziya bölməsinin işə düşməsi ilə bəhailər bu proqramlarda daimi yer aldı. Televiziya şəbəkəsi bəhailiyin təbliğinə meydan verdi. Bu şəbəkə öz müxbirini işğal olunmuş torpaqlara göndərir, həmin ərazilərə sığınmış bəhailərlə əlaqə yaradırdı. Şəmsi 1388-ci ildə (6 il öncə) seçki öncəsi və seçkidən sonrakı fitnəkarlıqlarda BBC misilsiz rol oynadı. Onlar hadisələrdən sui-istifadə edərək öz çirkin niyyətlərinə çatmaq istəyirdilər. İngiltərə Xarici İşlər Nazirliyi hələ şəmsi 1385-ci ildə televiziyanın fars bölməsinin yaradılmasını təklif etmişdi. İnqilabdan öncə səltənət məsulları bu təklifi həvəslə qarşılamışdı. O zaman bu şəbəkənin təcili işə salınması üçün əllərindən gələni etdilər. Nəhayət şəmsi 1387-ci il, 25 dey-də BBC-nin televiziya şəbəkəsinin fars bölməsi işə düşdü. 1388-ci ilin xordad ayında İranda prezident seçkiləri keçiriləcəkdi. Artıq səltənətin Qərbdəki əlaltıları bu şəbəkəni işə salmaqla təxribata start vermişdilər.
İranda 10-cu prezident seçkiləri dövründə BBC-nin fars bölməsi 24 saat iş rejiminə keçdi. Hələ seçkidən 6 ay öncə təxribat praqramları işə salındı.
BBC hər vasitə ilə çalışırdı ki, seçkilərdən sonrakı nəticələrin saxtalaşdırıldığını sübuta yetirsin. Qoca imperializmin fəal şəbəkəsi hələ seçkilərdən öncə ölkədə gərginlik yaratmaq istiqamətində verilişlər efirə buraxırdı. Bir növ seçkidən öncə nəticələrin saxlaşdırılacağı barədə ictimai fikir yaradılırdı. BBC 22 xordadda canlı yayında Xalq Fədailəri qruplaşmasının rəisi Fərəx Nigəhdar və siyasi təhlilçi Sabiq Səbanın iştirakı ilə öz layihəsinin icrasına başladı. Cəmşid Bərzgər, Haşim Əhmədzadə, Əhməd Səlamətiyan, Səid Bərzin, Məsud Behnəvəd kimiləri saxtalaşdırma nəzəriyyəsini açıqlamağa başladılar. Bu verilişlərin ardınca iğtişaşlara start verildi.
1988-ci il iğtişaşlarında BBC misilsiz rol oynadı. Bu şəbəkə inqilab düşmənləri, təxribatçıların bəyanatlarını yaymaqla məşğul idi. Bu fəaliyyətlərinə görə Britaniya parlamenti BBC-yə təşəkkür də bildirmişdi.
BBC-nin son dağıdıcı fəaliyyətləri sırasında nüvə müzakirələrinə qarşı fəaliyyətlər dayanır. Vyanada danışıqların işıqlandırılması tarixi təxribatların davamı idi. Açıq-aşkar görünür ki, BBC imperialist dairələrdən göstərişlər alır və heç bir məhdudiyyətsiz həmin məqsədlərə xidmət edir. BBC nüvə müzakirələri ilə bağlı verilişlərində İranın nüvə mərkəzlərindən başlamış sanksiyaların təfərrüatına qədər təxribatçı materiallar yayıb. Əsas məqsədlərdən biri İrana qarşı etimadsızlıq yaradılması idi. Əslində hüquqi baxımdan imtiyaz İranın tərəfində idi. İran Maqateynin üzvü olaraq öz nüvə sənayesinin inkişafı üçün bu təşkilatdan yardım almalıdır. Amma böyük hərbi nüvə arsenalına malik olan təcavüzkar ölkələr dinc məqsədlə nüvə sənayesini inkişaf etdirmək istəyən İrana qarşı hücuma keçdi. Bu arada BBC-nin vəzifəsi haqlı İranı haqsız, təcavüzkar zorluları haqlı göstərmək idi. BBC xəbər verirdi ki, İran hüquqi baxımdan bütün öhdəçilikləri yerinə yetirsə də ona etimad göstərməyə əsas yoxdur. Deyilirdi ki, Fordo, Nətənz və Ərak nüvə mərkəzləri bu günə qədər öhdəçilikləri pozmasa da İrana etimad göstərmək üçün heç bir əsas yoxdur. Deyilənlərdən aydın görünür ki, BBC daim etimadsızlıq şəraiti yaratmaq üçün çalışıb.
İrana qarşı aparılan informasiya müharibəsi bir daha sübuta yetirdi ki, soyuq müharibə dövrü başa çatmayıb. Dünya üçün nüvə təhlükəsinin ünvanı olanlar, hazırda təcavüzkar müharibələrlə tanınanlar İranı təhlükə mənbəyi kimi göstərməyə çalışır. İrana qarşı hərbi varianta hazır olmayan və risk etməyən Amerika öz müttəfiqləri ilə birlikdə soyuq müharibəni davam etdirir. İran daha çox nüvə sənayesi ilə bağlı faktları gizlətməkdə ittiham olunur. Hansı ki, İran neçə illərdir Maqateylə əməkdaşlıq edir və şübhələri aradan qaldırmaq üçün bütün həmkarlıqlara razılıq verir. BBC xəbər verir ki, Nətənz zənginləşdirmə qurğuları Qərb üçün kabusdur. Şəbəkə vurğulayır ki, bu mərkəz təhlükəsizlik baxımından çox möhkəm olduğundan ABŞ və müttəfiqləri İrana etimad göstərə bilməz. Dünyada beynəlxalq təhlükəsizlik adı altında bir oyun gedir. İranla nüvə danışıqlarına Avropa ölkələrinin cəlb olunmasında bir məqsəd də bu ölkələrin İrana qarşı informasiya müharibəsində iştirakını təmin etmək idi. BBC dünyaya car çəkir ki, bu gün beynəlxalq təhlükəsizlik üçün ilk hədə İrandan gəlir. Hansı ki, dünya bu böyük dövlətlərin təcavüzkar müharibələrinə şahiddir. BBC həm də nüvə müzakirələrində İranın səhlənkarlığı səbəbindən qaranlıq nöqtələrin qaldığını bildirir. Hansı ki, İran bütün şərtləri ödədikdən sonra ABŞ və müttəfiqləri bəhanə ardıncadır. Bəli, BBC dünya imperializmi və beynəlxalq sionizmin təhrif layihələrini uğurla həyata keçirməkdədir. Amma bu gün İslam Cümhuriyyətini narahat edən məsələ belə bir təxribatçı şəbəkəyə İran daxilində bir həftəlik azad fəaliyyət icazəsi verilməsidir.

Vilayet.nur-az.com


1294 بازدید
در حال ارسال اطلاعات...