Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Bu gün İmam Cəfər Sadiqin (ə) şəhadət günüdür

İmam Sadiq (ə), peyğəmbər ümmətinin sultanı, risalət dəlili, sədaqətli daşıyıcı, araşdıran alim, övliyalar qəlbinin meyvəsi...
Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (əleyhissəlam), anası isə Ümmü-Fərvə olmuşdur.

İmam Sadiq (əleyhissəlam) hicrətin 83-cü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin 148-ci ili 65 yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.


İmam Sadiq (ə), peyğəmbər ümmətinin sultanı, risalət dəlili, sədaqətli daşıyıcı, araşdıran alim, övliyalar qəlbinin meyvəsi, peyğəmbərin ciyərparəsi, Əli təfsirçisi, peyğəmbər varisi, aşiq bir arif idi.
Sadiq məzhəbində olanlar on iki imam məzhəbindədir. Yəni bir nəfər on iki nəfəri təmsil edir. Əgər təkcə ondan danışsaq qeyd etməliyik ki, bütün elmlərdə, eləcə də ibadətdə misilsiz idi. Böyük etimad sahibi olan imam Sadiq mütləq iqtida ləyaqətinə malik idi.
O həm allahpərəstlərin şeyxi, həm məhəmmədilərin imamı, həm zövq əhlinin rəhbəri, həm eşq əhlinin öncülü, həm abidlərin iqtida etdiyi şəxs, həm zahidlərin məhbubu, həm misilsiz təfsirçiydi. İmam Sadiq (ə) imam Baqirdən (ə) bir çox rəvayətlər nəql etmişdir. Düşünmürəm ki, kimsə həqiqətdən xəbərsizdir. Məhəmmədə iman gətirib, onun övladlarını inkar edən, Məhəmmədə iman gətirməmişdir. Şafei Əhli-beyti (ə) o qədər sevmişdir ki, hətta rafizilikdə (şiələrə verilən mənfi ad) qınanmışdır. Hətta buna görə onu həbs etmişlər. Həmin vaxt yazdığı şerdən iki misra:

Əhli-beyti (ə) sevmək rafiziliksə,
Rafizi desinlər bu aşiq kəsə.

Nəql edirlər ki, bir gün Davud Tai imam Sadiqin (ə) yanına gəlib dedi: “Ey Allah rəsulunun oğlu! Qəlbim qaralıb, mənə bir öyüd ver. Siz bütün məxluqdan fəzilətlisiniz və hamıya öyüd verməyiniz vacibdir.” İmam (ə) buyurdu: “Ya Əba Süleyman! Qorxuram ki, Qiyamət günü Rəbbim Ona itaət haqqını pozduğum üçün məni qınaya. Dediklərin həzrət Haqqın şənindədir.” Davud ağladı və dedi: “Pərvərdigara! Onun vücudu peyğəmbərdəndir, tərkibi bir dəlildir, babası peyğəmbər, anası Bətuldur. Bununla o bir bu qədər çəkinir! Vay Davudun halına!”

İmam Sadiqin (ə) qiymətli bir xəzə büründüyünü görüb dedilər: “Ey peyğəmbər övladı! Bu libas sənin Əhli-beytinə (ə) yaraşırmı?” İmam həmin şəxsin əlini tutub yaxasına çəkdi. Onun əynində əli didən palaz vardı. İmam (ə) buyudru: “Bu Allahın haqqına görədir, bu birisi bəndələrin haqqına görə.” (“Təzkirətul-övliya”, 20)


2551 بازدید
در حال ارسال اطلاعات...