Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

"İmam Sadiq (ə) siyasət meydanında"

İslam dinini qəbul edən millətlərin çoxu, onda olan bərabərlik, ədalət, mərhəmət və s. kimi gözəlliklərin vurğunu olaraq, İslama üz tutmuşdular
İmam Məhəmməd Baqirin (ə) şəhadətindən sonra ağır imamət yükü həzrət imam Sadiqin (ə) üzərinə düşdü. O həzrətin imamət dövrü İslam dünyasının siyasi, ictimai cəhətdən ən keşməkeşli və ağır dövrünə təsadüf etdi. 
1. İmam Sadiq (ə) iki nəsil xəlifələri: Mərvanilər və Abbasilərdən olan, İslama, xüsusən də şiələrə zülm etməkdə bir-birləri ilə yarışan on iki zalım xəlifə ilə üzləşdi. 
2. İslam dininin müsəlmanları elm və biliyə təşviqi, İslam hökumətində fikir və əqidə azadlığı nəticəsində müsəlmanlar İslam elmlərini öyrənməkdən əlavə, fəlsəfə, nücum, riyaziyyat və s. elmləri də öyrənir. Amma bu elmləri öyrədənlərin çoxu qeyri-müsəlman olduğu üçün bu elmlər İslama varid olmaqla yanaşı, özü ilə çoxlu şübhələr də gətirdi. 
3. Özlərini Peyğəmbər (s) canişini adlandıraraq xilafəti qəsb edənlər öz qeyri-şəri, qeyri-əxlaqi, qeyri-insani əməllərini, amansız zülmlərini, törətdikləri cinayətləri ört-basdır etmək, camaatın fikrini yayındırmaq və başlarını özlərinə qatmaq üçün xalq arasında puç, yanlış və əssasız əqidələr yayırdılar, bununla da əhli-beytdən (ə) uzaq düşmüş müsəlmanlar arasında müxtəlif firqələr yaranır və bu firqələrin bəziləri siyasi məqsədlər güdürdülər. İmam Sadiqin (ə) siyasi həyatına nəzər saldıqda aydın olur ki, o həzrət İslama daxil olan şübhələrə, Allah dini ilə uyğun olmayan əqidələrə cavab vermək və həqiqi dini üzə çıxarmaq üçün yaranmış fürsətdən yetərincə istifadə edə bilmişdir. O, elmi mərkəz təsis edərək dünyanın hər tərəfindən axışıb gələn elm təşnələrini müxtəlif elmlərdə təlimləndirməklə kifayətlənməmiş, siyasi meydanda da lazımi addımlar atmış, öz ilahi siyasəti ilə Peyğəmbərdən (ə) sonra ağır təzyiqlərə, əzab-əziyyətlərə məruz qalmış, müaviyyələr, yezidlər, həccaclar və s. görmüş şiələri bu siyasi qarşıqlıqda qorumağa, siyasi oyunların qurbanı olmamağa, firqələrə bölünməklərinin qarşısını almağa, möhkəmləndirməyə çalışmışdır. Həmin dövrdə şiələrin vəziyyətini imam Məhəmməd Baqirin (ə) dilindən eşitdikdə imam Sadiqin (ə) qarşısında hansı ağır vəzifələrin dayandığı və bu vəziyyətdən çıxmaq üçün o dövrün siyasi durumunu nəzərə alaraq imam Sadiqin (ə) yeritdiyi siyasi tədbirin necə də yerində olduğu aydınlaşır. İmam Məhəmməd Baqir (ə) buyurur: "İmam Həsənin (ə) şəhadətindən sonra şiələrin vəziyyəti və onların didərginliyi olduqca acınacaqlı halda idi. Müaviyyənin pis və sərt rəftarı öz həddini aşmışdı. Şiələr hər tərəfdə öldürülür, güman əsasında ayaqlar kəsilirdi. Bizimlə əlaqə saxlayanların ən yüngül cəzası onların var-yoxunun talanması, evlərinin viran olunması idi... Sonra Həccac qüdrət sahibi oldu. O, şiələri ən pis şəkildə qətliam edir, güman və böhtan əsasında onları həbs edirdi. Onun zamanında təzyiqlər elə bir həddə çatmışdı ki, camaat onlara zındıq və kafir deyilməsinə razı idi, amma Əli (ə) şiəsi deyilməsinə yox." İmam Sadiqin (ə) siyasi fəaliyyətlərindən nümünələr 1. İmamətin təblği Artıq İslamın əhatəsi Ərəbistan yarmadasını adlamış, müxtəlif qonşu ölkələrə yayılmışdı. İslam dinini qəbul edən millətlərin çoxu, onda olan bərabərlik, ədalət, mərhəmət və s. kimi gözəlliklərin vurğunu olaraq, İslama üz tutmuşdular. Amma Peyğəmbərin (s) vəfatından yarım əsr keçməsinə baxmayaraq, o həzrətin yerində oturan canişinlərin İslamdan bəhrələnmədiklərini, Quran göstərişlərinə və Peyğəmbər (s) sünnəsinə əməl etməmələrini, bərabərlikdən, ədalətdən və s. yalnız ad qaldığını görən, İslamdan hələ də dəqiq məlumatları olmayan müsəlmanların yavaş-yavaş etiraz səsləri ucalır. Onlar İslama şübhə ilə baxmağa, onun Allahın göndərdiyi din yox, istismar üçün yeni qurğu olduğunu düşünmyə və İslam ilə qarşılaşmağa başlamışdılar. Bu zaman imam Sadiq (ə) İslamın ümumi mənafeini nəzərə alaraq, İslamın həqiqi bir din olmasını, lakin onun İslam düşmənlərinin əlinə düşməsini anlatmaq, yavaş-yavaş ucalan etiraz səslərini İslama yox, İslam xilafətini qəsb edənlərə yönəltmək üçün öz imamətini təbliğçilər vasitəsilə İslam hökumətinin hər tərəfinə yayırdı. Əlbəttə, bəziləri imamı (ə) qəbul edir və imamın (ə) itaətində olduqlarını bildirir, bəziləri ehtiyat edir, bəziləri isə heç cür qəbul etmirdilər. İmamətin həm İslam mərkəzində, həm də mərkəzdən xaricdə təbliği, İmamın (ə) siyasi fəaliyyətinin genişliyindən xəbər verir. 2. İmam Sadiqin (ə) dönəmində iki böyük silahlı qiyamın baş verməsi və o həzrətin bu qiyamlara münasibəti Imam Sadiqin (ə) imaməti dövründə Mərvanilərə qarşı olan Zeyd ibn Əlinin (ə) və Abbasilərin iki böyük qiyamları baş verdi. Amma bu qiyamların heç birində bir siyasi rəhbər kimi imamın (ə) iştirakı gözə dəymir. Görəsən imam (ə) nə üçün bu fürsətləri əldən vermiş və hakimiyyəti öz əlinə almağa çalışmamışdır? Zeydin qiyamı Əməvilərin və Mərvanilərin davamlı zülmünə dözməyib hökumətə qarşı qiyama qalxmış Zeydin qiyamını tədqiq edən hər kəs, bu qiyamın həqiqətdə imam Sadiqin (ə) icazəsi ilə olduğunu görər. Çünki, imam Sadiqi (ə) özünə imam bilən və qalib gələcəyi təqdirdə hökuməti o həzrətə verəcəyini düşünən Zeyd kimi təqvalı bir alimin, imamın (ə) icazəsi olmadan qiyama başlaması mümkün deyil. İmam Rizadan (ə) gəlib çatan bir hədisdə oxuyuruq: "...Zeyd, İmamın (ə) xidmətiindən getdi. İmam (ə) o vaxt buyurdu: Vay olsun o kəsin halına ki, onun (Zeydin) çağırışını eşidə, amma ona köməyə tələsməyə." İmam Sadiqdən (ə) Zeyd barədə nəql olan bir rəvayətdə oxuyuruq: "Allah onu rəhmət etsin. O,mömin,arif, alim və doğruçu bir şəxs idi. Əgər qalib gəlsəydi öz əhdinə vəfa edəcəkdi, hökuməti ələ keçirdikdə onu kimə tapşıracağını yaxşı bilirdi." Bu kimi bir çox hədislər və tarixi məlumatlar, Zeydin qiyamının imam Sadiq (ə) tərəfindən qəbul edildiyini bildirir. Lakin özünün bünövrələri titrəməkdə olan hökumətini əldə saxlamaq üçün bütün vasitələrə əl atan, Əhli-beytin (ə) ümmət arasındakı nüfuzundan qorxaraq həmişə onları nəzarətdə saxlayan, hər bir kicik hərəkətlərinə belə göz qoyan, diqqətlə izləyən, azca güman əsasında onlara və tərəfdarlarına ağır cəzalar verən, əhli-beyti (ə) məhv etmək üçün bəhanə axtaran Mərvanilərin əlinə bəhanə və fürsət veməmək üçün bu qiyam ehtiyatla irəliləməli və imamın (ə) bu qiyama müdaxiləsindən heç kimin xəbəri olmamalı idi. İmamın (ə) bu qiyamda aşkar iştirak etməməsinin səbəblərindən biri də hələ də müsəlmanların imaməti yaxşı başa düşməməsi, imamət yolunda qiyam edə biləcək qədər yetişməmələri və imamı yalnız öz siyasi və dünyəvi mənfəətləri üçün himayə etmələri idi. Uzun illər boyu Şam ilə ticarət yolları uğrunda mübarizə aparan kufəlilər, imam Hüseyni (ə) Kufəyə dəvət etmiş, lakin Yezid hökumətinin qorxusundan və qəbilə başçılarının dünya malına aldanması üzündən imamı (ə) himayə etmək əvəzinə, o həzrətə qarşı müharibəyə qalxdılar. Əvvəlcə Zeydi himayə edəcəklərini bildirən kufəllilər, Yusif ibn Əmrin qoşununun müharibəyə hazırlaşdığını eşidəndə bəhanə ilə Zeydi tərk etdilər. İmam Sadiq (ə) bunların hamısını bilir, ona görə də heç bir rəhmi olmayan, Zeydin başını bədənindən ayırıb, dörd il dar ağacında camaatın gözü qarşısında saxlayan, sonra isə yerə salaraq od vuranların əlinə bəhanə vermək istəmir, Əhli-beyti (ə) və bir ovuc olan həqiqi şiələri qorumaqla Allah dinini qorumağa çalışırdı. Abbasilərin qiyamı İmam Sadiqin (ə) dövründə baş verən ikinci qiyam Abbasiərin qiyamıdır. Qiyamın başlancığına nəzər saldıqda, zahirən belə görünür ki, İmam (ə) üçün qiyam etməyə burada daha əlverişli və geniş fürsət yaranmışdır. Belə ki, qiyam etmək istəyənlərin ilk məktubları Abbasilərə yox, o dövrdə böyük siyasi rəhbər, məzhəb başçısı və camaat arasında ən nüfuzlu şəxs olan, imam Sadiqə (ə) ünvanlanmış, o həzrətin bu böyük qiyama rəhbərlik etməsi xahiş olunmuşdu. Amma bir-birinin ardınca gələn məktublara müsbət cavab verməyən imam (ə), hətta onları gətirənlərin gözü qarşısında məktubları yandırmaqla bu qiyama qarşı münasıbətini bildirmişdir. Hətta Mərvanilərə qarşı qələbənin nişanələri aşkar göründüyü zaman imam (ə) qiyama rəhbərlik etmək üçün ona göndərilən məktuba müsbət cavab vermədi. Nə üçün imam Sadiq (ə) Abbasilərin qiyamında iştirak etmədi? Qiyam edənlərin niyyətlərini araşdırdıqda, o həzrətin bir imam və siyasi rəhbər kimi bu qiyamda iştirak etməməsinin səbəbləri aydınlaşır, onun nə qədər uzaqgörən bir siyasətçi olduğu və bu siyasi meydanın qalıbi olduğu məlum olur. İmam Sadiq (ə) bu qiyamın rəhbərlərinin hökuməti ələ almaqdan başqa bir niyyətlərinin olmadığını və yalnız camaatın diqqətini özlərinə cəlb etmək, bu vasitə ilə onlardan dəstək almaq üçün imamı (ə) önə çəkmək istədiklərini yaxşı bilirdi. O həzrət, Əbu Müslim kimilərinin imamətə etiqadlı olmadığını bilir, ona görə də qiyama rəhbərliyi öhdəsinə götürmür və hətta əmisinə də "Nə vaxtdan Xorasan camaatı sənin tərəfdarın olubdur? Əbu Müslümü sən onların yanına göndərmisən? ... Mən hər bir müsəlmanın xeyrini düşünməyi özümə vacib bildiyim halda necə olar ki, sənin xeyrini istəməyim?"- deyərək qiyamdan çəkindirirdi. Məlum olduğu kimi Abbasilər hakimiyyətə gəldikdə ilk qarşılaşdıqları şəxslər, qiyamda öz şərikləri sayılan imam Həsənin (ə) övladları oldu. İmam Sadiq (ə), öz rəhmsizliyində Həccacdan geri qalmayan, güman əsasında nəsilləri məhv edən Əbu Müslüm, onun sifarişçiləri kimi zülmkarlarla dövləti idarə edə bilərdimi? Tarixi dəlillərə görə, Abbasilər öz hakimiyyətlərini qorumaq üçün Əbu Müslimin əli ilə 600000 nəfəri qətlə yetirmiş, boyu "beş qarış" olan körpə uşaqlara belə rəhm etməmişdilər. İslam adından çıxış edərək, Məhəmməd (s) ailəsinin razılığını özlərinə şüar etmiş Abbasi qiyamçılarının özləri İslam göstərişlərinə əməl etmir, Məhəmməd (s) ailəsinə əziyyət verməkdən çəkinmirdilər. İmam Sadiq (ə) isə ümmətin fikri və əməli vəziyyətini bilirdi, siyasi və ictimai şəraitdən tamamilə xəbərdar idi. O həzrət qiyama başlamaq üçün öz imkan və məhdiyyətlərini nəzərə alırdı. İmam (ə) bilirdi ki, qiyam edərək təkcə hakimiyyəti ələ almaq kifayət deyil. Bu işdə imama itaət edərək hakimiyyəti İslam qanunları çərçivəsində idarə edə biləcək saleh insanlara ehtiyac var və onlar da hələ lazımi həddə çatmamışdır. Qiyamdan öncə belə şəxsləri yetişdirmək lazım idi. İmamın (ə) Sədir Seyrafi ilə söhbətində bu səbəb tamamilə öz əksini tapmışdır: İmamın (ə) xidmətinə gələn Sədir, o həzrətin qiyama qalxmasını istəyir və deyir: "Sənin çoxlu dostların və köməkçilərin var". İmam (ə) ondan bunun sayını soruşduqda, Sədir onların 100000, sonra 200000, daha sonra isə dünyanın yarısı qədər olduğunu deyir. İmam (ə), Sədirdən onunla bir yerə getməsini istəyir və ora çatdıqda əli ilə otlaqda otlayan bir dəstə keçiyə işarə edib: "Əgər mənim bunlar qədər dost və tərəfd