Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Tövbə nədir?

"Günahdan peşman olmaq tövbədir"
Tövbə insanın keçmiş əməllərindən peşman olmasıdır. O kəsə həqiqi tövbəkar demək olar ki, doğrudan da, səmimi qəlbdən keçmiş günahlarından peşman olsun. Peyğəmbər (s) buyurur: “(Günahdan) peşman olmaq tövbədir.” (“Həqaid” səh. 386)
Düzdür ki, Allah tövbəni qəbul edir və günahları bağışlayır, lakin, təkcə dildə “əstəğfirullah” deməyi, yaxud peşmançılıq izhar etməyi, yaxud da bəzən ağlamaq kimi işləri həqiqi tövbəyə dəlil hesab etmək olmaz. Yalnız üç əlamətin varlığı ilə tövbəni həqiqi hesab etmək olar:
1.Keçmiş günahlardan qəlbən peşman olub onlara nifrətlə yanaşsın. Öz-özlüyündə qəmlənib peşman olsun və xəcalət hissi keçirsin.
2.Gələcəkdə günaha batmamaq barədə ciddi şəkildə qərar qəbul etsin.
3.Əgər günah nəticəsində bərpa olunmağı mümkün olacaq bir iş görmüşsə onun əvəzini ödəməyə qərara alsın. Məsələn, camaatın haqqını qaytarsın. Əgər bir kəsin malını qəsb etmişsə, yaxud, oğurlamışsa, yaxud, tələf etmişsə yaranan ilk fürsətlərdə onu sahibinə qaytarmağa dair qərara gəlsin. Əgər onu verə bilməzsə mümkün olan hər bir yolla sahibini razı salsın. Əgər kiminsə qeybətini etmişsə, ardınca pis sözlər danışmışsa ondan halallıq istəsin. Əgər bir kəsin haqqını tapdalayıb ona zülm etmişsə məzlumun razılığını cəlb etsin. Əgər mal-dövlətinin vacib hüquqlarını (xums, zəkat, və s.) verməyibsə versin. Əgər namaz və oruc kimi əməllər fövtə gedibsə qəzasını yerinə yetirsin.
Belə bir şəxs barəsində demək olar ki, o, doğrudan da keçmiş günahlarından peşman olmuşdur və tövbəsi də qəbul olunur. Amma sadəcə “istiğfar” kəlməsini deyən, lakin, qəlbdə peşman olmayan və gələcəkdə onu tərk etməyə dair qərara gəlməyən, yaxud, bərpa olunası günahların əvəzini çıxmayan şəxs tövbə etməmiş olur və o, dua məclisində iştirak etməsinə, atifələrdən təsirlənməsinə, göz yaşı axıdıb ah-nalə etməsinə baxmayaraq tövbəsinin qəbul olmasını gözləməməlidir.
Bir nəfər Əmirəlmöminin Əliyyibni Əbitalib (ə) hüzurunda istiğfar kəlməsini dilinə gətirdikdə Həzrət (ə) buyurdu: “Anan matəmində otursu