Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Əbu Əzrail 600-ə yaxın İŞİD terrorçusunu cəhənnəmə vasil edib!

Onu hətta İraqın Rembosu belə adlandırırlar, cavanlar sinələrində onun şəkillərini gəzdirir, camaat arasında milli qəhrəman kimi sevilir
Nur-az.com shia-news.com-a istinadən:
İraqın əl-Ənbar, Səlahəddin və digər vilayətlərinin azadlığında xüsusi rolu olan İraq qəhrəmanı Əbu Əzrail haqda xəbərlər ictimai şəbəkələrdə tez-tez hallanmaqdadır. Yayılan son xəbərlər hər bir oxucunu valeh etməyə bilmir. İŞİD-in olduqca təhlükəli düşməninə çevrilən və “Sizin külünüzü göyə sovuracağam!”, “Qılıncımla sizi tikə-tikə doğrayacağam!” və s. hiddətli şüarları ilə hamını vəcdə gətirən bu şəxs özünü həmişə adi bir fərd kimi qələmə verməklə xalqın arasında özünə böyük rəğbət və eləcə də, dünya şöhrəti qazanıb. Onu hətta İraqın Rembosu belə adlandırırlar, cavanlar sinələrində onun şəkillərini gəzdirir, camaat arasında milli qəhrəman kimi sevilir. 37 yaşlı bu igidin indiyədək İŞİD-in 600-ə yaxın üzvünü məhv etdiyi bildirilir və odur ki, ictimai şəbəkələrdə, o cümlədən, dünya informasiya vasitələri tərəfindən xüsusi maraqla izlənilir. O, müharibənin ilk günlərindən könüllü xalq qüvvələrinə qoşulmaqla “İmam Əli (ə) batalyonları”nı yaradaraq indiyədək döyüş meydanlarında vəsfedilməz fədakarlıqlar, qəhrəmanlıqlar göstərib.








1869 بازدید
در حال ارسال اطلاعات...