Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

İmam Həsən Əskərinin (ə) şəhadəti

Abbasi xəlifəsi Mötəməd imam Həsən Əskəriyə (ə) gizli bir şəraitdə zəhər verərək, şiələri imamın hidayət nurundan məhrum etdi. Əməvi və abbasi xəlifələri daim bu siyasətdən yararlanmışlar. İmamlar isə bu planları açıqlamağa çalışaraq, xəlifələrin iç üzünü xalqa göstərmək istəmişlər.
İmam Həsən Əskəri (ə) öz qeyri-adi biliyi ilə əvvəlcədən hiss etmişdi ki, qarşıda onu ölüm gözləyir. O öz şəhadəti haqqında anasına xəbər verərək demişdi: «Hicri 260-cı ildə bir hadisə baş verəcək; bu, həqiqətən də, imamın abbasi hökuməti tərəfindən şəhadətə yetirilməsi olacaq». Bu xəbər imamın anasını qəm dəryasına qərq etmişdi. İmam ağlayan anasına təsəlli verərək demişdi: «Ana! Allahın hökmü qətidir, dözümsüzlük göstərmə». İmamın xəbər verdiyi kimi, hicri 260-cı ildə bu şəhadət həqiqətə çevrildi.
İmam Həsən Əskəri hicri-qəməri təqvimi ilə 260-cı ildə rəbiul-əvvəl ayının 8-də şəhadətə çatıb. Şəhadətə çatan zaman onun 28 yaşı olub.
Bu üzücü şəhadət münasibətlə başda İmam Zaman (əc) olmaqla, bütün müsəlmanlara başsağlığı veririk.

Nur-az.com


1467 بازدید
در حال ارسال اطلاعات...