Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Quranı təhrif etmək mümkündürmü?

Quranın bu sayaq ciddi qorunmasının əsas səbəbi, əvvəlki ilahi kitabların kafirlər tərəfindən təhrif olunmasıdır
Sual: Quranı təhrif etmək mümkündürmü?
Cavab:
Bəşər tarixində dəyişikliyə məruz qalmamış yeganə kitab, Qurani-Kərimdir. Qurandan əvvəl nazil olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur.
«Hicr» surəsinin 9-cu ayəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq». Quranın bu sayaq ciddi qorunmasının əsas səbəbi, əvvəlki ilahi kitabların kafirlər tərəfindən təhrif olunmasıdır. Ötən on dörd əsrdə uyğun təcavüzlərə dəfələrlə məruz qalmış Qurani-Kərim, vəd olunduğu kimi qorunmuşdur.
Hicri ΙV əsrin böyük alimlərindən olan Seyid Mürtəza deyir: «Məkkənin, Mədinənin varlığına kim şəkk edə bilər?! Monqolların İrana hücumuna, böyük Fransa inqilabına, I və II dünya müharibələrinə kimdə şəkk var?! Deyilənlər haqqında kifayət qədər məlumatlı olmağımız, heç bir şəkk-şübhəyə yer qoymur. Qurani-Kərim də belədir. Onun hər bir ayəsi haqqında malik olduğumuz ətraflı məlumat, bütün şübhələri aradan qaldırır, təcavüzlərin qarşısında keçilməz sədd çəkir».

Sual: Şeytanları qovan «şihab» nədir?
Cavab:
Allah-təalanın elm və qüdrətinə gözəl nümunələrdən biri, başımız üzərindəki səmada baş var hadisələrdir. İnsan düşüncəsini heyrətə gətirən bu səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr» surəsinin 16-cı ayəsində buyurulur: «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik».
Səmadakı bürclər günəş və ayın mənzillərinə bir işarədir. Müxtəlif fəsillərdə yerdən baxarkən günəş və ay müəyyən bir bürcə yaxın görünür. Bu vaxt məsələn, «günəş filan bürcdədir» deyirik. Allah-təalanın varlığına şəhadət verən bu nizam-intizam qarşısında kafir qövm yenə də öz küfründən əl götürmür. Uyğun surənin 14-cü ayəsində oxuyuruq: «Əgər onlara göydən bir qapı açsaq və durmadan yuxarı dırmaşsalar, yenə də inanmazlar».
18 ayəmində isə belə buyurulur: «Lakin şeytanlardan kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab) təqib edər».
Təfsirçilər dünyamıza məxsus bəzi məlumatların səmada əks olunduğu və şeytanın bu məlumatları əldə etmək üçün orada vurnuxduğunu bildirirlər. Onların fikirincə, «şihab» onları təqib edib, qovan meteoralardır.

Sual: Cinlər nə üçün gözə görünmür?
Cavab:
«Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır.
Qurani-Kərimin buyuruğuna əsasən insan torpaqdan, cin isə odun şəffaf şöləsindən yarandığı üçün insan cini görə bilmir. Quran ayələrinə əsasən də, cin insan kimi mömin və ya kafir ola bilər. «Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq». («Zariyat» surəsi, ayə 56.)
Allah-təalaya səcdə əmrindən boyun qaçıran İblis, əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, mələklərlə bir cərgədə dayanmışdı.
Qurani-Kərimin 114 surəsindən biri «Cinn» surəsidir. Bu surədə onların dilindən buyurulur:
«Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə ayırılmışıq». («Cinn» surəsi, ayə 11.)
«Doğrusu, biz haqq yolu göstərən Quranı dinlədiyimiz zaman, ona iman gətirdik». («Cinn» surəsi, ayə 13.)
«Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da». («Cinn» surəsi, ayə 14.)
Son nəticə olaraq bunu deyə bilərik ki, İblis cin tayfasından olduğundan, onun davamçısı şeytanlar da bu tayfanın iman gətirməmiş üzvlərindəndir.

Sual: İnsan meymundan yarana bilərmi?
Cavab:
Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.
İkinci nəzəriyyəyə görə isə, bütün canlılar, eləcə də insan ilk yaranışda bu günkü formasında olmuşdur. Bu baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər.
Bu iki nəzəriyyə arasındakı mübahisələr fransız təbiətşünası Lamark (XVII-XIX əsr) və ingilis təbiətşünası Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha da qızışmışdır.
Bu gün təbiətşünas alimlərin əksəriyyətinin təkamül nəzəriyyəsi tərəfdarı olduğunu nəzərə alıb, onların sübutlarını nəzərdən keçiririk.
Arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid skletlər arasındakı oxşarlıq yalnız təkamül nəzəriyyəsi ilə izah olunur. Ayrı-ayrı dövrlərə məxsus sümüklər arasında ciddi oxşarlıqlar vardır. Mühüm görünən sübutlardan biri isə, bütün canlıların bətndəki «cənin» formaları arasındakı oxşarlıqdır.
Təkamül nəzəriyyəsi tərəfdarlarının sadaladığı bu dəlillər, «insan meymundan yaranmışdır» deməyə əsas verirmi?
Təkamül nəzəriyyəsi, başqa sözlə, darvinizm bir dənə də olsun nə əqli, nə də təcrübi dəlilə malikdir. Bir növdə qismən dəyişiklik ‒ mutasiya artıq təcrübi yolla qəbul olunmuşdur. Yəni cod tüklü qoyundan zərif tüklü qoyun doğula bilər. Amma meymundan insan yaranması mutasiya deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.
İslam alimləri təkamül nəzəriyyəsini inkar etmir. Amma bu nəzəriyyəni qəbul etmək üçün zəruri olan dəlillərə də malik deyil!


1512 بازدید
در حال ارسال اطلاعات...