Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Birlik üçün ən yaxşı səbəb

Peyğəmbərin (s) şəxsiyyətinə qarşı hücumlar davam edir
Bu gün İslam dünyasının böyük dərdlərindən biri də təfriqə və ayrılıq dərdidir. İslam dünyasının vəhdət mehvəri hamının etiqad nöqtəsi və bütün insanların duyğularının mərkəzləşdiyi yer olan Peyğəmbərin (s) müqəddəs varlığı ola bilər. Biz müsəlmanlar üçün Peyğəmbərin (s) müqəddəs vücudu kimi işıqlı və kamil bir nöqtə yoxdur. Müsəlmanlar həm ona etiqadlıdırlar, həm də etiqaddan əlavə, emosional və mənəvi bir rabitə müsəlmanların qəlblərini və duyğularını o müqəddəs varlıqda birləşdirmişdir. Bu, birlik üçün ən yaxşı mərkəzdir.
Təsadüfi deyil ki, biz bu son illərdə, Orta əsrlərdə və şərqşünasların qərəzli təhlilləri dövründə olduğu kimi, yenə də əziz Peyğəmbərə (s) qarşı təhqirin başlanmasını müşahidə edirik. Orta əsrlərdə və şərqşünasların tarixi əsərlər yazdıqları dövrdə məsihi keşişlərin öz yazılarında, sözlərində və sənət işlərində, qeyri-müsəlman və qərbli şərqşünasların da (öz əsərlərində) şübhə yaratdıqları və bəzən hörmətsizlik etdikləri nöqtə əziz Peyğəmbərin (s) müqəddəs və mübarək şəxsiyyəti idi. Uzun müddət fasilə düşmüşdü, amma son zamanlar yenə başladılar. Son bir neçə ildə insan dünyanın hər tərəfində əziz Peyğəmbərin (s) şəxsiyyətinə qarşı çirkli və mənfur bir mətbuat hücumunu və mədəni hücumu müşahidə edir. Bu, düşünülmüş şəkildə ola bilər. Çünki müsəlmanların əziz Peyğəmbərin (s) müqəddəs varlığı ətrafında, ona etiqadın, sevginin və eşqin ətrafında toplana bilmələri diqqət çəkmişdi. Odur ki, həmin mərkəzə qarşı şübhə yaradırlar.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


111 بازدید
در حال ارسال اطلاعات...