Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

NATO hərbdə aciz qalıb ideoloji təxtibata keçir

SEPAH İdeoloji NATO təhlükəsinə qarşı
Sovetlər Birliyi dağılandan sonra iki blok arasındakı soyuq müharibəyə son qoyuldu. Əslində NATO Sovetlər Birliyinə qarşı yaradılmışdı və birlik dağılandan sonra onun mövcudluğuna ehtiyac qalmırdı. Amma Amerikanın varlığı düşmən təhlükəsi deyilən bir mif üzərində qurulub. Amerika ölkə daxilində və xaricdə öz varlığını və nüfuzunu qorumaq üçün daim dünyanı hədələyən bir təhlükəni gündəmdə saxlayır. Soyuq müharibə başa çatandan sonra mədəniyyətlər müharibəsi deyilən bir mövzu ortaya atıldı. Sovetlər Birliyi dağılandan sonra Amerika elə NATO çərçivəsində İslam oyanışına qarşı müxtəlif şəkillərdə imperialist siyasətlərini davam etdirdi. Cənab Rəhbər Amerikanın NATOnu bu istiqamətə yönəltməsini “İdeoloji NATO” adlandırdı”.
Bir neçə il öncə Cənab Rəhbər Ayətullah Xamenei Simnan ustanında universitet tələbələri ilə görüşdə ideoloji NATO haqqında buyurdu: Bir neçə ay öncə qəzetdə “İdeoloji NATO” yaradılması haqqında məqalə oxudum. Söhbət Sovetlər Birliyinə, kommunizm təhlükəsinə qarşı yaradılmış hərbi blok olan NATOdan gedir. Bu çox təhlükəli bir addımdır və yeni bir məsələ deyil. Neçə illərdir bu proses gedir...
Zəncirvari şəkildə bir-birinə bağlanmış informasiya şəbəkələrinə internet şəbəkəsi də əlavə olunub. Peyk şəbəkələri, radio-televiziya şəbəkələri kankret istiqamətlər üzrə fəaliyyətdədir.
Gürcüstanda böyük siyasi təbəddülatlara şahid olduq. Bu ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Amerikalı sionist yəhudi bir sərmayədar elan etdi ki, mən Gürcüstanda siyasi dəyişikliyə 10 milyon dollar xərclədim. Bəli, 10 milyon dollar xərcləyib birini hakimiyyətdən uzaqlaşdırır, onun yerinə başqasını gətirirlər. Ukrayinada da bu işi gördülər. Başqa yerlərdə də belə planları var. Bəzən təsiredici işlər görürlər...
Cənab Rəhbər Malaziyanın sabiq Baş Nazirinin Tehrana səfərini xatırlayır: O çox çalışqan, ciddi bir adamdır. Mənimlə görüşə gəlmişdi. O zaman Şərqi Asiyada böyük hadisələr baş verirdi. Malaziya, İndoneziya, Tayland böhran yaşayırdı. Gürcüstanda 10 milyon dollar xərcləyən sərmayədar bir sıra ölkələrdə böhran yaratmışdı. O zaman Malaziyanın Baş Naziri mənə dedi ki, biz hazırda dilənçiyə bənzəyirik: Bir yerdə ölkə iqtisadiyyatı xarici borclardan asılı vəziyyətə düşərsə nəticəsi belə olur...
Miladi 1920-1930-cu illərdə Qərbdən üç ideoloji cərəyan səhnəyə gəldi. Bu üç ideologiyanın qarşıdurması nəticəsində 1939-cu ildə ikinci dünya müharibəsi başladı. Amerikanın başçılığı altında Qərb liberal-demokratiyası, Sovetlər Birliyinin rəhbərliyi altında kommunizm və onların özünə müştərək düşmən saydığı Alman faşizmi. Onlar Yalta, Tehran, San-Fransiskoda konfranslar keçirərək dünya üçün ideoloji plan cızırdılar. Sovetlər Birliyi ilə Amerikanın həmkarlığı sayəsində Almaniya faşizmi məğlub edilsə də, Amerika ilə Sovetlər Birliyi arasında soyuq müharibənin bünövrəsi qoyuldu. Bu iki blok bir-birinə qarşı hazırlıqda bütün vasitələrə al atırdılar. İkinci dünya müharibəsindən 4 il sonra, yəni 1949-cu ildə Amerika və müttəfiqlərinin iştirakı ilə NATO Hərbi Aliyansı yarandı. NATOnun əsas məqsədi Sovetlər Birliyi tərəfindən təhlükələrə qarşı dayanmaq idi. NATO iqtisadi məsələlərə də müdaxilə edirdi. Amma əsas məqsəd hərbi güc ortaya qoymaq idi. NATO 1950-ci ildə Cənubi Koreyaya hücum etdi və öz nüfuzunu Cənub-Şərqi Asiyaya qədər genişləndirdi. Yunanistan və Türkiyənin NATOya qoşulması ilə Amerikanın hərbi nüfuz dairəsi daha da genişləndi. Sovetlər Birliyinin hərbi təhlükəsi qarşısında Türkiyə, İran, Pakistan və digər ölkələrin qatıldığı Sento təşkilatı yaradıldı. NATO havadan müdafiə, informasiya kimi sahələri əhatə edən müştərək təsisatlar yaratmaqla NATOnun nəzarətində olan çevrəni də aşdı. Sovetlər Birliyi dağıldqıdan və soyuq müharibə başa çatdıqdan sonra çoxları NATOnun saxlanılmasını qeyri-zəruri hesab edirdi. Qeyd etdik ki, Amerika öz siyasətlərini uğurla həyata keçirmək üçün həmişə düşmən obrazına ehtiyaclıdır. Bu dəfə mədəniyyətlərin müharibəsi sovet təhlükəsinin yerini tutdu. İslam dünyasında yaşanan oyanış prosesi həmin obrazın yaradılmasına kömək etdi. Beləcə, NATO bir növ öz hərbi təyinatını ideoloji təyinata çevirdi.
NATOnun ideoloji faəliyyətləri onun hərbi fəaliyyətlərindən ayrı deyil. İdeoloji NATO elə hərbi NATOdur. Hərbi NATO öz ixtiyarında olan informasiya şəbəkələri vasitəsi ilə bugünki ideoloji missiyasını yerinə yetirir. Dünya imperializminə qarşı dayanan müqavimət qüvvələri ilə mübarizədə NATO öz fəaliyyət dairəsini çox genişləndirib. Hərbi əməliyyatlar da davam edir. Amma hərbi qüvvələrlə paralel ideoloji qüvvələrin fəaliyyətlərinə şahidik. Böyük kapitallar hesabına ölkələrdə siyasi quruluşların dəyişdirilməsi, Amerikanın mənafeinə xidmət edən cərəyanların himayə olunması ideoloji NATOnun fəaliyyətləri sırasında yer alır.

SEPAH NATO-nu dalana dirəyib

Amerikanın dünya və regionda siyasətləri qarşısında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) işğalçı hərbi əməliyyatlara müqavimət göstərən ciddi qüvvə kimi tanınmaqdadır. İslam İnqilabı Keşikçiləri Korpusu İran İslam İnqilabının qələbəsi ilə yaranmış qurum olsa da bu qurum bütün dünyada islami dəyərlərin müdafiəsinə özünü məsul sayır. SEPAH baş komandanı general Cəfəri dünyadakı imperialist qüvvələrin təsiri altında ölkə daxilində də müəyyən qüvvələrin fəallaşmasından nigarançılığını bildirib. Cənab Cəfəri deyib ki, bəzi məsulların açıqlamaları əslində dini dəyərlərə ziddiir. O, dünya və ölkədə ideoloji və əxlaqi durumun qənaətbəxş olmadığını bildirib. General Məhəmmədəli Cəfəri müqəddəs Məşhəd şəhərində Məşhəd və Qum elm hövzələrinin ustadları və tələbələrinin qarşısında çıxış edib. Cənab Cəfəri bildirib ki, bəzi məsulların bəyanatları inqilab, din və İslamdan geri çəkilməkdir, bu istiqamətdə sözü əmələ çevirmək istəyənlər də var. Cənab Cəfəri hərbi və təhlükəsizlik təhdidlərinin ideoloji təhdidə çevrildiyini bildirib. Cənab Cəfəri deyib: Cənab Rəhbər Ayətullah Xamenei öz söhbətlərində ideoloji qətliam, ideoloji NATO ifadələrini işlədərək nigarançılığını bildirib. İnqilabın ikinci 10 illiyində 2 xordad hadisələri qarşıya çıxanda belə cərəyanlar rəsmiləşdi, müəyyən təzyiqlər altında ideoloji sahəyə diqqətsizlik nəticəsində inqilablar üçün problemlər irəli gəldi. Ölkədə təhlükəsiz və müdafiə məsələlərinə görə məsullar, onlar müxtəlif təhdidlərə qarşı tədbir görürlər. Bilməliyik ki, İslam İnqilabının müdafiəsi ölkənin ərazi bütövlüyünün müdafiəsindən fərqli məsələdir.
SEPAH Baş Komandanı general Cəfəri sözünün davamında deyib: Biz SEPAH-da uzun müddət belə fikirləşirdik ki, əsas vəzifəmiz müdafiə və təhlükəsizlik sahəsində təhdidlərlə mübarizədir. Elə bu əsasla da müdafiə və təhlükəsizlik sahəsində hazırlıq inkişaf etdi. Bu gün xalqa arxalanan SEPAH-ın güclü iman silahı və müasir texnologiyaları var... 1377, 1378-ci illərdən başlayaraq təhlükəsizlik və müdafiə təhdidlərinə başqa bir təhdid də əlavə olundu. Cəhd edildi ki, inqilab əsas xəttindən uzaqlaşdırılsın, İslam oyanışının qarşısı alınsın... Belə olmasaydı, Cənab Rəhbər buyurmazdı ki, biz inqilabın üçüncü mərhələsində yerimizdə sayan vəziyyətdəyik. Təhlükəsizlik sahəsində təhdidlərlə mübarizə İslam Respublikasının bünövrəsini möhkəmləndirib. 8 illik müharibə buna yardımçı olub... Cənab Rəhbərin buyuruğuna əsasən, İslam İnqilabının 4-cü mərhələsi cəmiyyətin islamlaşması, 5-ci mərhələsi dünya İslam birliyinin təşkilidir. Bəli, İslam İnqilabının qarşısında dayanan vəzifələr budur... Qeyd etdiyim kimi, müdafiə və təhlükəsizlik sahəsində böyük uğurlar əldə olunsa da ideoloji sahədə inkişafımız olmayıb. Araşdırmalıyıq ki, ideoloji hücumlar qarşısında cəmiyyətdə hansı işlər görülməlidir... İstənilən bir ictimai təşkilat inqilabın bugünkü durumu barədə düşünməli, inkişafa mane olan səbəbləri aydınlaşdırmalıdır... Cənab Rəhbər buyurub ki, keşikçilik İslam İnqilabının keşiyində dayanmaqdır. Bu keşikçiliyin iki istiqaməti var. Biri mühafizəkar keşikçilikdir, digəri qeyri-mühafizəkar keşikçilik... Cənab Rəhbərin nəzərincə qeyri-mühafizəkaranə keşikçilik inqilabın mahiyyətini dirçəltmək, onu təravətləndirməkdir. Demək, İslam İnqilabı əsas məqsədlərə doğru hərəkətini dayandırmamalıdır... Bəziləri iddia etdilər ki, İslam İnqilabı qələbə qazanıb, indi xalq özü çalışmalıdır, başqa ölkələrdə baş verən hadisələrin bizə aidiyyatı yoxdur. Bu çox təhlükəli bir fikirdir, Cənab Rəhbərin boynundakı Fələstin şərfi bu təfəkkürə qarşı dayanmışdır... Bizim üçün ən böyük təhlükə olkə daxilində inqilabın əsas xətdən yayınmasıdır. Həzrət Ağanın boynundakı Fələstin şərfi əsas xətti göstərir... Həqiqi İslam cəmiyyətinin qurulması, ədalətin bərpası, İslam əxlaqının möhkəmlənməsi, xalqın həyat tərzi inqilabın əsas məqsədlərindəndir. İnqilabın 3-cü və 4-cü mərhələlərini uğurla başa vurmasaq işimiz nöqsanlı olacaq... Bu gün inqilabın geriləməsinin qarşısını almaq üçün keşikçilik elə mühafizəkar keşikçilikdir. Cənab Rəhbər bunu nəzərdə tutmur. Cənab Rəhbərin nəzərdə tutduğu inqilaba təravət gətirən qeyri-mühafizəkar keşikçilikdir... İslam İnqilabına qarşı müdafiə və təhlükəsizlik sahəsində təhdidlər əslində bir fürsətdir. Belə təhlükələr ölkənin ərazi bütövlüyünə təhlükə sayılsa da İslam İnqilabı üçün təhlükə deyil... Müdafiə və təhlükəsizlik sahəsində təhdidlər qarşısında möhkəm dayanmışıq və xalqın müqaviməti sayəsində inqilab qorunub... İslam İnqilabının müxtəlif şüarları var. Bu şüarlardan biri imperializm, istibdad, zülmə qarşı şüardır. İslam Respublikasına qarşı təzyiqlər və sanksiyaların əsas məqsədi bizim dünya imperializminə müqavimət göstərməyimizdir... İnqilab irəli getməlidir, 3-cü mərhələdə yerimizdə saymamalıyıq. 10 ildən artıqdır ki, Cənab Rəhbər bu zərurəti açıq şəkildə bəyan edir... Demirəm ki, bu sahədə heç bir iş görülməyib. Elm sahəsində əhəmiyyətli nailiyyətlərimiz var. Amma inqilabın mahiyyəti ideoloji, inanc mahiyyətidir... Zəruri addımlar atılmasa inkişafdan danışa bilmərik. Cənab Rəhbər bəzi ideoloji məsuliyyətləri SEPAH-ın üzərinə qoyub. Amma bu məsuliyyətlərdə cəmiyyətin inancı təsirsiz deyil, buna görə də etiqadi məsələləri SEPAH-ın işi saymaq olmaz... SEPAH zəminə yarada bilər. Amma ideoloji sahədə iş görəsi əsas qüvvə elm hövzələri, ruhanilərdir... Bu gün gənclərimizin diqqətini humanitar elmlərə yönəldirlər. Əslində bu elmlər Qərbə məxsusdur və bizim cəmiyyətin bu elmlərə həyati ehtiyacı yoxdur. Həmin elmlər İslam təlimləri ilə uyğun deyil... Hövzədəki bəsic ustadların əsas işlərindən biri budur ki, universitetlərdə humanitar elmlərin mahiyyəti dəyişsin, bu işdə İslam təlimlərindən istifadə olunsun.

Vilayet.nur-az.com


1113 بازدید
در حال ارسال اطلاعات...