Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

Bu gün Fatimeyi-Məsumənin (ə) mövlud günüdür!

Xanım Məsumə qısa müddət qalacağı Qumda dərhal ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır.
Müsəlmanların 8-ci imamı həzrət Rzanın (ə) fəzilətli bacılarından olan xanım Fatimeyi-Məsumə (ə) hicri-qəməri 173-cü ildə Mədinədə anadan olmuşdur. Xanım Məsumə (ə) Xorasanda qardaşı İmam Rzanın (ə) görüçünə gələrkən Qumda xəstələnmiş və dünyasını dəyişmişdir. Məzarı müqəddəs Qum şəhərindədir. Xanım Məsumənin (ə) misilsiz kəramətləri haqqında tarixi sənədlər kifayət qədərdir. Bu gün dünyanın müxtəlif guşələrindən Əhli-beyt aşiqləri onun ziyarətinə gəlir. Xanım Məsumə qısa müddət qalacağı Qumda dərhal ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır. Bu xanımın ibadətə nə qədər aşiq olduğunu və Allah-Taala ilə söhbətə və rabitəyə nə qədər əhəmiyyət verdiyini göstərir. İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun: Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmirəlmömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır… Qumda mənim övladlarımdan Musa qızı Fatimə (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar." Əhli-beyt sülaləsinin parlaq ulduzu xanım Məsumənin mövlud günü münasibəti ilə bütün haqpərəst insanları və Əhli-beyt aşiqlərini təbrik edirik!


1880 بازدید
در حال ارسال اطلاعات...