Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Tarixin döngələrində oyaqlıq

Kompyuterlərin qeydə ala bilmədiyi hadisə
Miladi 1979-cu ildə baş vermiş maraqlı hadisələrdən biri də sabiq ABŞ prezidenti Cimmi Karterlə bağlıdır. Həmin günlərdə İran İslam İnqilabının qələbəsi Amerika üçün sözün həqiqi mənasında gözlənilməz olmuşdu. O zaman dövrün prezidenti Cimmi Karter CİA təşkilatının rəhbərini çağıraraq qəzəblə demişdi: “Siz dünyada bu qədər qüvvə ilə, bu qədər müasir təchizatla, bu qədər böyük büdcə ilə İran xalqının inqilabını proqnozlaşdıra bilməmisiniz?!” CİA rəisi prezidentin cavabında deyir: “İranda baş verən hadisə kompyuterlərin qeydə ala bilmədiyi bir hadisə idi.”
Tarixin döngəsi dedikdə elə bir dövr nəzərdə tutulur ki, həmin dövrdə tarixin yolu dəyişir. Nə qədər ki, həmin dövr başa çatmayıb hər hansı fikir bildirmək çətin olur. Olsun ki, peyğəmbər dövrünün insanları və ya renesans dövründə yaşayanlar yaşadıqları dövrlə bağlı təsəvvürə malik olmayıblar. Amma bu hadisələrin üzərindən illər, əsrlər ötdükdən sonra onların əhəmiyyəti üzə çıxır.
Dünyada böyük dəyişikliklər baş verib, yeni dəyişikliklərin də astanasındayıq. Şərq bloku, Sovetlər Birliyi dağılandan sonra dünyanın siyasi politrası əvəz olunub. Frensis Fukuyamanın “Tarixin sonu” nəzəriyyəsi bu günki hadisələrə qiymət verməkdə acizdir. Nə də Samuel Hantinqtonun “Mədəniyyətlərin toqquşması” nəzəriyyəsi bu hadisələrə şərh verə bilir. Amerika Xarici Əlaqələr Şurasının rəisi Ricard Has bu dövrü xaos dövrü adlandırır: “Düşünürəm ki, bəşər tarixində bir dövr başa çatır, başqa bir dövrə qədəm qoyulur. Berlin divarları uçdu, 40 illik soyuq müharibə başa çatdı, artıq bu hadisələrdən 25 il ötür... Daha nizamsız və gərgin bir dövrə qədəm qoymuşuq." İki dünya müharibəsindən sonra dünyaya hakim olan sistem artıq ehtiyaclara cavab vermir, dünyanın qədim oyunçuları əvvəlki iqtidara malik deyil. Bir zaman Avropa beynəlxalq aləmdə mühüm oyunçu sayılırdı. Karneqi inistitutunun rəisi Cessika Metyusun təbirincə Qərb hətta öz təhlükəsizliyinin təminatı üçün strateji vəzifələrini yerinə yetirə bilmir, onun uzaq regionlarda bu işi görməsi mümkün deyil. Avropa öz birliyinin böyük layihələrində qərq olub, artıq Avropa hüquqlarından kənarda iş görmək imkanlarından məhrum olub...
Bu atmosferdə çoxmillətli qüvvələr səhnəyə gəlib, qeyri-dövlət qurumları söz sahibi olub. Böyük hadisələr baş verməkdədir. Dünya elə bir dövrə daxil olub ki, müxtəlif sahələrdə həmkarlıq edən dövlətlər, eləcə də region dövlətləri son sözü deyir. İqtisadiyyat, təhlükəsizlik sahəsində inkişaf müasir dünyada əsas iqtidar meyarlarındandır. Regionlarda və beynəlxalq səhnədə də iqtisadiyyat həmkarlıq mehvəridir. G7, G20 kimi iqtisadi bloklar buna misal ola bilər. Cənab Rəhbər Ayətullah Xameneinin müqavimət iqtisadiyyatı adı altında irəli sürdüyü siyasətlər də dünyada yaranmış yeni atmosferə uyğundur.
Qədim dünya nizamının dağılması ilə hegemon qüvvə anlayışı da əvvəlki mahiyyətini itirib. Artıq Amerikanı dünyanın hegemon qüvvəsi saymaq olmaz. Bunu Amerikanın özündə də ən yüksək dairələrdə etiraf edirlər. New York Times-ın baş şərhçisi Tomas Fridmen Amerikanın hərbi və iqtisadi iqtidarının azalması ilə bağlı yazır: "Biz artıq Suriya böhranı kimi böhranlara bir barmaq gücündə də hərbi müdaxilə edə bilmirik. Bəli, biz pul və silah veririk. Amma birbaşa müdaxilə etmək gücümüz yoxdur. Türkiyə kimi ölkə öz gücü və bizim himayəmizlə hərəkət etməlidir. Amerika elə bir dövrə daxil olub ki, öz daxili problemləri ilə məşğul olmalıdır. Bu gün Pensilvaniya böhranının həlli bizə Yaxın Şərq böhranının həllindən daha önəmlidir. Amerika xalqı cüzi xidmət müqabilində böyük baha ödəyirlər. Artıq bu xalq sual verir ki, bizim hərbi qüvvələrimiz dünyanın filan nöqtəsində nə işlə məşğuldur? Biz İraqda qumbaranın zaminini çəkdik və özümüzü onun üzərinə atdıq. Müharibənin bütün zərbələri bizə zərərini vurdu. Artıq heç kim bizdən gözləmir ki, Suriyada əvvəlki rolumuzu oynayaq. Biz Türkiyədən istəyirik ki, bu böhranın həllində bizə yardım etsin.”
Amerikanın xarici siyasət sahəsində ən mötəbər nəşriyyələrindən olan Faren Palisi Amerikanın başqa ölkələrin daxili işinə qarışmasına mənfi münasibət açıqlayır: “Amerikanın onu narahat edən personalları aradan götürüb daha yaxşı dövlət qurmaq istəkləri dünyada yalnız anti-amerika hisslərini gücləndirdi. Ölkə daxilindəki gərginliklər də gücləndi. Bizim himayə etdiyimiz şəxslər bacarıqsız oldu, iqtidarı əldə saxlaya bilmədi. Biz milyonlarla dollar xərclədikdən sonra böyük qüvvələr itirərək başlanğıc nöqtəyə qayıdırıq.”
Amerikanın dünyadakı hərbi nüfuzunun zəifləməsi kənarında İranın hərbi nüfuzu güclənməkdədir. Bu, Amerika və Qərb üçün bir kabusa dönüb. Xüsusi ilə İslam Oyanışı dalğasından sonra İranın iqtidar və nüfuzu qatqat artıb. Buna görə də Amerika və Qərb İranın bütün hərəkətlərini izləməkdədir. Nüvə proqramı ətrafında yaradılmış saxta böhran da eyni məqsəd daşıyır. Onlar gözəl bilirlər ki, İran nüvə silahı yaratmaq fikrində deyil. Nüvə silahı olmadan da şərait İranın xeyrinə inkişaf etməkdədir. Üç ABŞ prezidentinin baş müşaviri olmuş Patrik Bukenen Amerikan Kanservitiv nəşriyyəsində yazır: “Bu gün Hizbullah Livana nəzarət edir. Əsəd yenidən Suriyada mövqelərini möhkəmləndirir. İraq İrana müttəfiq olub, Səddam dövründəki düşmənçilik aradan qalxıb. Hüsiçilər Sənanı ələ keçirib. Amerikanın beşinci təyyarədaşıyan gəmisinin lövbər saldığı Bəhreyndə əksəriyyət şiələrdir və onların da hakimiyyəti ələ alacağı gözlənilir. Səudiyyə Ərəbistanının özündə də zəngin neft yataqlarına malik Şimal-Şərq bölgəsindəki şiələrin də Riyaza qarşı ayağa qalxacağı proqnozlaşdırılır. Əgər bütün hadisələr İranın xeyrinə inkişaf edirsə, o nə üçün nüvə bombası hazırlamalıdır?!” Bütün bu şərhlərdən sonra Cənab Rəhbərin nüvə mövzusunda məhdud müzakirələrə icazə verməsinin səbəbi aydın olur. İran məntəqədə söz sahibidir, böyük elmi inkişaf yaşayır, nüvə texnologiyaları sahəsində böyük nailiyyətlər əldə edib. İranın nüvəni uranı 20 faiz zənginləşdirmə texnologiyasına sahib olması müzakirələrə də öz təsirini göstərib. Digər tərəfdən, Amerika keçmişdəki hegemon güc deyil. Müzakirələrdə yuxarıdan danışmaq imkanı yoxdur. Əgər 10 il qabaq İranla danışıqlar üçün öncədən şərtlər irəli sürülürdüsə, son müzakirələrdə bunu görmədik. 1387-ci il, 29 tirdə o dövrün Amerika Xarici İşlər Naziri Kondoliza Rays demişdi: “Amerika İranla müzakirələrə başlamaq üçün şərt qoyur. Bu şərt uranın zənginləşdirilməsinin dayandırılmasıdır.” Cənab Rəhbərin buyurduğu kimi, bu dəfə Amerika heç bir ilkin şərt olmadan müzakirələr istəyi ilə çıxış etdi. Hətta İranın nüvəni uranı zənginləşdirmə hüququnu tanıyıb, sanksiyaları ləğv etməklə bağlı öhdəçilik götürdü. 10 il qabaq isə 3 sentrafuqa saxlamağa icazə verilmirdi. Cənab Rəhbərin təbirincə, dünyanın 6 gücü məcbur oldu ki, İranda neçə min sentrafuqanın saxlanılmasına razılıq versin. İranda nüvə sənayesinin davamını qəbul etdilər. Nüvə texnologiyaları sahəsində elmi araşdırmaları qəbul etməyə məcbur oldular...
Bu tarixi dolanbacda xalqın müqaviməti, alimlərin təlaşı sayəsində İslam Respublikası üstünlüyü ələ aldı. Müzakirələrdə əldə olunmuş mətn qəbul edilsə də, edilməsə də oyaq olmaq lazımdır. Çünki bütün cəbhələrdə imperializmlə mübarizə davam edir. Düşmən bu tarixi dolanbacda özünü xilas etmək üçün bütün yollara əl atır.

Vilayet.nur-az.com


52 بازدید
در حال ارسال اطلاعات...