Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

İlahi təqva ilə ictimai ədalətin əlaqəsi

Öz şəxsi əməllərində, daxilində təqvası olmayan, nəfsinin və şeytanın köləsinə çevrilən biri cəmiyyətdə ədaləti icra edə biləcəyini iddia edə bilməz
Ədalət ictimai və fərdi həyatda özünü göstərir. İnsanın fərdi həyatındakı ədalətə fərdi ədalət, onun hakimiyyəti, komandirliyi zəminindəki ədalətinə ictimai ədalət deyirik. Bunların hər ikisi Əmirəlmöminin İmam Əlinin (ə) həyatında yük şəkildədir. Biz bunları yerinə yetirmək üçün bilməliyik . Bu məsələyə cəmiyyətdə bu və ya digər məsuliyyəti öhdəsinə götürən, dövlət vəzifəsinə təyin olunmuş insanlar daha çox diqqət etməlidirlər.
Əmirəlmöminin öz həyatında fərdi ədalət olduqca yüksək həddə idi. Bu bizim təqva dediyimiz məsələdır. Bu təqva onun siyasi addımlarında, hərbi əməliyyatlarında,