Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Allahın razılığı və qəzəbi

İlahi sifətlər dəyişməz və zavala uğramazdır
Allah-Taala buyurur: “Mənim razılığım mənə itaətdə və günahdan çəkinməyinizdədir.” Şadlıq da qəzəb kimi hadisələrə insanın daxili reaksiyasıdır. Məsələn, insan öz istəyinə çatdıqda sevinir, biri ona müxalif olduqda qəzəblənir. Belə bir sual yaranır ki, Allah-Taala dini mənbələrdə nə üçün şadlıq və qəzəb sifətləri ilə vəsf olunur?
Cavab budur ki, Allah haqqında danışarkən uyğun təbirlərin işlədilməsində məqsəd mövzuları bizim qavrayacağımız şəkildə açıqlamaq istəyidir. Çünki insan düşüncəsi ilahi sifətləri birbaşa dərk etməkdə çox acizdir. İnsana aid olan sifətlərin Allaha aid edilməsi yalnız izahat məqsədi daşıyır və “istiarə” adlanır. Əgər insanın sifəti ilə Allahın sifətində zərrəcə oxşarl