Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Allahın razılığı və qəzəbi

İlahi sifətlər dəyişməz və zavala uğramazdır
Allah-Taala buyurur: “Mənim razılığım mənə itaətdə və günahdan çəkinməyinizdədir.” Şadlıq da qəzəb kimi hadisələrə insanın daxili reaksiyasıdır. Məsələn, insan öz istəyinə çatdıqda sevinir, biri ona müxalif olduqda qəzəblənir. Belə bir sual yaranır ki, Allah-Taala dini mənbələrdə nə üçün şadlıq və qəzəb sifətləri ilə vəsf olunur?
Cavab budur ki, Allah haqqında danışarkən uyğun təbirlərin işlədilməsində məqsəd mövzuları bizim qavrayacağımız şəkildə açıqlamaq istəyidir. Çünki insan düşüncəsi ilahi sifətləri birbaşa dərk etməkdə çox acizdir. İnsana aid olan sifətlərin Allaha aid edilməsi yalnız izahat məqsədi daşıyır və “istiarə” adlanır. Əgər insanın sifəti ilə Allahın sifətində zərrəcə oxşarlıq olursa, Allah haqqında danışarkən də uyğun sifətlərdən istifadə olunur. Əslində insanın sifətləri üçün məhdudiyyət olduğu halda, ilahi sifətlər üçün heç bir məhdudiyyət yoxdur. İlahi sifətlər dəyişməz və zavala uğramazdır. Şadlıq deyilən hal Allahda yaranmır. Qəzəb sifəti də belədir. Allahın razılıq və qəzəbi həmişəlikdir. Allahın razılığına səbəb olan işlər onu şad edir, onun razılığına zidd olan işlər qəzəbinə səbəb olur. Allahın qəzəbi də daimidir. Nümunə göstərək: imam Həsən (ə) “Ərəfə” duasında ilahi sifətlərin zati olması ilə bağlı deyir: “Pərvərdigara! Sənin razılığın nöqsan və eybdən pakdır. Necə olur ki, mənim tərəfimdən əskiklik ona yol tapır?”
Əslində ilahi zat eynən kamal olduğundan hər bir mövcudun kamilliyi ilahi zata münasibdir və Allahın razılığından qaynaqlanır. İlahi kamalın ziddi olan və Allahın qəzəbi ilə dəyişən hər bir şey insanın süqut səbəbidir.


1477 بازدید
در حال ارسال اطلاعات...