Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Dünya Əhli-Beyt (ə) Cəmiyyətinin üzvləri ilə görüş

Dünya Əhli-Beyt (ə) cəmiyyəti və İslam Radio-Televiziya Birliyinin toplantısına qatılanlarla görüş
Cənab Rəhbər Ayətullah Xamenei bazar günü Dünya Əhli-Beyt (ə) Cəmiyyəti və İslam Radio-Televiziya Birliyinin toplantısına qatılan alimlər, mütəxəsisslər və qonaqlarla görüşdə dünya imperializminin regiondakı çirkin planları ilə mübarizəni Allah yolunda cihad nümunəsi kimi yada salıb. Cənab Rəhbər Amerikanın nüvə müzakirələrinin nəticələrindən, iqtisadi, siyasi və ideoloji nüfuzdan sui-istifadə etməsini yada salaraq buyurub: İmperializmin məntəqədəki planları iki əsas - ixtilaf yaratmaq və nüfuz üzərində qurulub. Bu planlarla düzgün şəkildə, ayıq və ardıcıl mübarizə aparmaq lazımdır...
Cənab Rəhbər Ayətullah Xamenei Dünya Əhli-Beyt (ə) Cəmiyyətinin 6-cı ümumi toplantısına işarə ilə Peyğəmbər (s) Əhli-Beytinə (ə) ardıcıllıq üçün İslam maarifinin yayılmasını, ilahi hökmlərin bərpasını, bütün imkanları səfərbər etməklə Allah yolunda mücahidəni, zülm və zalımla mübarizəni zəruri sayıb. Cənab Rəhbər buyurub: Allah yolunda mücahidə təkcə hərbi savaş mənasına gəlmir. Mədəniyyət, iqtisadiyyat, siyasət sahəsində mübarizə də bu qəbildəndir...
Ayətullah Xamenei xatırladıb: Bu gün Allah yolunda mücahidə nümunələri sırasında dünya imperializminin İslam regionunda, xüsusi ilə strateji Qərbi-Asiya məntəqəsində planlarının tanınması, bu planlarla mübarizə üçün proqramlar hazırlanması dayanır. Bu mübarizə həm müdafiə, həm hücum xarakterli olmalıdır...
Cənab Rəhbər ötən yüz ildə regionda imperializmin fitnəkarlıqları haqqında buyurub: Dünya imperializminin İslam regionunda fitnəkarlıqlarının uzun tarixi olsa da, İranda İslam İnqilabının qələbəsindən sonra bu fitnəkarlıqlar şiddətləndi. Məqsəd budur ki, həmin təcrübə başqa ölkələrdə təkrarlanmasın...
Cənab Rəhbər xatırladır: İslam Respublikası ötən 35 ildə ardıcıl şəkildə təhdidlərə, sanksiyalara, təhlükəsizlik sahəsində təzyiqlərə, siyasi fitnəkarlıqlara məruz qalıb, İran xalqı bu təzyiqlərə adət edib...
Ayətullah Xamenei buyurub: Bəli, Qərbi-Asiya məntəqəsində düşmənin fitnəkarlıqları bir neçə il öncə Şimali-Afrikadan başlamış İslam Oyanışı hərəkatından sonra daha da güclənib...
Cənab Rəhbər buyurub: Onlar təsəvvür edirlər ki, İslam Oyanışının qarşısını ala biliblər. Amma bu oyanış yatırılası hərəkat deyil, hələ də davam edir. Tez-gec bu hərəkat öz mahiyyətini göstərəcək...
Cənab Rəhbər Ayətullah Xamenei dünya imperializmi, başda Amerikanı düşmən məfhumunun kamil və aşkar nümunəsi adlandıraraq deyib: Amerikanın insan əxlaqından payı yoxdur. Heç nədən çəkinmədən, gözəl sözlər və təbəssüm örtüyü altında xəbislik və cinayətə əl atırlar...
Cənab Rəhbər Ayətullah Xamenei hazırkı şəraitdə düşmənin planlarını açıqlayaraq əlavə edib: Bu plan iki əsas - ixtilaf yaratmaq və nüfuz üzərinə qurulub...
Cənab Rəhbər düşmənin ixtilaf yaratması barədə buyurub: Dövlət arasında, bundan da təhlükəlisi olan millətlər arasında ixtilaf yaratmaq imperializmin qarşıya qoyduğu əsas işlərdəndir...
Cənab Rəhbər işarə edib ki, hazırkı vəziyyətdə millət arasında ixtilaf ünvanında həm də şiə və sünnülər arasında ixtilafa əl atılır. İngilisləri ixtilaf yaratmaqda mütəxəssis, amerikalıları onların şagirdi adlandıran Rəhbər əlavə edib: Amansız, qəddar təkfirçi qruplar yaradılıb, amerikalılar onların yaradılmasında öz rolunu etiraf edib. Millətlər arasında zahirən məzhəbi mahiyyətli belə ixtilafların yaradılmasında təkfirçilər mühüm vasitə olub. Təəssüf ki, bəzi sadəlövh müsəlmanlar da bəsirətləri olmadığından belə fitnələrə aldanıblar, düşmənin caynağına düşüblər.
Cənab Rəhbər buna aydın misal olaraq Suriya məsələsini göstərərək deyib: Tunis, Misirdə zalım hakimiyyətlər İslam şüarları ilə süquta uğradıldı. Amerikalılar və sionistlər qərara gəldilər ki, bu formuldan müqavimət ölkələrini məhv etmək üçün istifadə etsinlər, bu məqsədlə Suriyaya üz tutdular...
Ayətullah Xamenei yada salıb: Suriya macərası başladıqdan sonra bəzi bəsirətsiz müsəlmanlar öncədən planlaşdırılmış tələyə düşdülər, düşmən sıralarını dolduraraq Suriyanı belə bir vəziyyətə çatdırdılar...
Cənab Rəhbər vurğulayıb: Bu gün İraq, Suriya, Yəmən və başqa məntəqələrdə baş verən hadisələr məzhəbi müharibə kimi təqdim edilir. Heç bir halda bu müharibələr məzhəbi deyil, siyasi qarşıdurmadır...
Cənab Rəhbər buyurub: Bu gün ən mühüm vəzifə bu ixtilafları aradan qaldırmaqdır...
Ayətullah Xamenei deyib: Biz aydın və açıq şəkildə demişik ki, İran İslam Respublikası məntəqədəki bütün müsəlman dövlətlərə kömək əli uzadır və müsəlman dövlətlərlə heç bir problemi yoxdur...
Cənab Rəhbər buyurub: İran İslam Respublikası əksər qonşu ölkələrlə dostluq münasibəti saxlayır. Bəzi ölkələrin də bizimlə problemi var, inadkarlıq göstərirlər. Amma İran İslam dövlətləri, xüsusi məntəqə dövlətləri ilə dostluq üzərində rabitə qurmağa çalışır...
Cənab Rəhbər yada salıb: İran İslam Respublikasının münasibətlərində əsas prinsip böyük İmamın izlədiyi prinsipdir. İmam həmin prinsipə bağlılıqla İran İslam İnqilabını qələbəyə çatdıra bildi...
Cənab Rəhbər Ayətullah Xamenei “kafirlərlə sərt, öz aralarında mərhəmətlidirlər” prinsipini İslam Respublikasının əsas prinsipi kimi dəyərləndirərək buyurdu: Biz böyük İmamın dərsi əsasında imperializmlə dostlaşmaq qərarında deyilik, amma müsəlman qardaşlarımızla dostluq əzmindəyik...
Cənab Rəhbər yada salıb: Biz məzlumların himayəsində məzhəb fərqinə baxmırıq, Livan şiələrini müdafiə etdiyimiz kimi Qəzzə şiələrini müdafiə edirik, Fələstin məsələsini İslam dünyasının bir saylı məsələsi sayırıq...
Cənab Rəhbər Ayətullah Xamenei düşmən planlarında ilk iş olan ixtilaf yaratmaq mövzusunu yekunlaşdıraraq xatırlatdı: İslam dünyasında ixtilaf yaratmaq qadağandır, biz ixtilaf yaradan istənilən bir addıma qarşıyıq, hətta bəzi şiə qrupların belə addımlarına müxalifik, sünnə əhli müqəddəsliklərinin təhqir olunmasını məhkum edirik...
Cənab Rəhbər Ayətullah Xamenei Amerikanın ikinci planı kimi məntəqə ölkələrinə nüfuzu qeyd edərək buyurdu: Amerika 10 illərdir belə bir nüfuz ardıncadır, itirdiyi nüfuzu geri qaytarmağa çalışır...
Cənab Rəhbər Ayətullah Xamenei Vaşinqtonun nüvə müzakirələrinin nəticələrindən sui-istifadə etməsini yada salaraq buyurdu: Amerikalılar çalışırlar ki, İranda və Amerikada qəbul olunub-olunmaması məlum olmayan razılaşmanı İrana nüfuz vasitəsinə çevirsinlər. Biz bu yolu qəti şəkildə başlamışıq, iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində nüfuza yol vermərik, amerikalıların İranda siyasi hüzuruna yol bağlıdır...
Onlar İran İslam Respublikasının regiondakı siyasətlərini öz siyasətlərinə qarşı görürlər. Cənab Rəhbər buyurub: Onlar məntəqə ölkələrini parçalayaraq kiçik və müti ölkələr yaratmaq istəyirlər. Amma Allahın yardımı və gücü ilə bu hadisə baş verməyəcək...
Cənab Rəhbər İraqın Amerika tərəfindən parçalanması ilə bağlı mövzunu yada salaraq buyurub: Bəziləri bu sözlərdən təəccüblənirdilər. Amma bu gün amerikalılar açıq şəkildə İraqın parçalanmasından dəm vurur...
Ayətullah Xamenei buyurur: İraqın, əgər bacarsalar Suriyanın parçalanması amerikalıların açıq məqsədlərindəndir. Amma məntəqə ölkələrinin, İraq və Suriyanın ərazi bütövlüyü bizim üçün mühüm məsələdir...
Cənab Rəhbər İran İslam Respublikasını regiondakı siyasətlərinin Amerikanın siyasətlərinə zidd olduğunu yada salaraq əlavə edib: İran məntəqədəki müqaviməti, o cümlədən Fələstin müqavimətini tam himayə edir, İsraillə mübarizə aparan, sionist rejimi vuran hər kəsin himayəçisidir...
Cənab Rəhbər Amerikanın fitnəkarlıq siyasətlərini, bu siyasəti izləyən mərkəzlər yaratmasını pisləyərək buyurub: Biz qərargahı, təbliğat mərkəzi Londonda yerləşən, işi imperializmə yol açmaq olan şiəliyi şiəlik saymırıq...
Cənab Rəhbər dünya məzlumlarının, o cümlədən Bəhreyn və Yəmən xalqlarının İran İslam Respublikası tərəfindən müdafiə olunduğunu yada salaraq əlavə edib: Əsass