Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Ədalətin ictimaiyyətdə oynadığı rol

Ədalət bəşəriyyətin həyatında böyük əhəmiyyət kəsb etməklə yanaşı, bütün gözəl əxlaqi xüsusiyyətlərin mənşəyini təşkil edir
Tarixə nəzər saldıqda və baş verən cərəyanları araşdırdıqda bunun şahidi oluruq ki, müxtəlif dövrlərdə bütün millətlər arasında müqəddəs "ədalət" kəlməsi baş verən bir çox inqilabi hərəkatların və siyasi cərəyanların əsasını təşkil etmişdir.
Haqq-ədalətdən məhrum olmaq, təcavüz və zorakılıqdan cana gəlmək insanların ruhiyyələrini o qədər həyəcanlandırmışdır gətirmişdir ki, mərd-mərdanə mübarizə meydanına qədəm qoyaraq hamılıqla hakim təbəqəyə qarşı çıxmışlar və cəsarətlə öz etirazlarını bildirmişlər. Bu cəsur insanlar zülm və haqsızlığın aradan qaldırılmasında yorulmadan mübarizə aparmış və canlarının bahasına olsa da belə, heç bir fədakarlıqdan boyun qaçırmamışlar.
Lakin təəssüflər olsun ki, bu hərəkat və cərəyanların bir çoxu müvəffəqiyyət qazana bilməmiş, arzu və qarşılarına qoyduğu məqsədə çatmamışdır.
Onların uğursuzluqlarının səbəbləri aşağıda qeyd olunanlara diqqət yetirdikdə aşkar olur: Cəmiyyət öz təbii axarından çıxaraq pisliklərə adət etdikdə, artıq heç vaxt ədalət və bərabərliyə tabe olmaq istəmir. İstənilən şəraiti əldə etmək üçün haqq-ədaləti bərqərar etmək tamamilə mümkündür. Həmin şərait yaranmadıqda isə ədalətin həqiqi siması həyat üfüqündə heç vaxt doğmayacaqdır.
Hər şeydən əvvəl cəmiyyət "ədalət" üzərinə qoyulmuş qanuna ehtiyac duyur. Belə ki, orada bütün ictimai təbəqələrin hüquqları nəzərə alınmalı və ümumi mənafe ilə həmahəng olmalıdır. Yalnız bundan sonra təlim-tərbiyə və əxlaqi dəyərlər onun inkişaf və geniş vüsət tapmasına təsir göstərə bilər.
Ədalət, yaradılmış aləmdə müşahidə olunan bir qanundur. Dünyanın keçməli olduğu mərhələ onun əsasında müəyyənləşdirilmiş və onda hər hansı bir dəyişikliyin aparılması qeyri-mümkündür.
Öz vücudumuzda şahid olduğumuz əsraramiz həmahənglik yaradılış aləmində hökm sürən ədalət və bərabərlikdən xəbər verir və biz öz vücudumuza nəzər salmaqla bu böyük nəzm-intizamdan agah ola bilərik.
Yaradılış aləmində hökm sürən bərabərlik icbari bir müvazinətdir.
Lakin bəşər azad düşüncə və iradəyə yiyələndiyi üçün ədalət də onun yaşadığı cəmiyyətdə öz istək və iradəsi ilə bərqərar olunmalıdır. İnsanın şüur və düşüncə qüvvəsi bəzi məsələlərdə şəriət qanunlarına ehtiyac duymadan özü müstəqil olaraq həqiqəti dərk edib onun əsasında hökm çıxarmağa qadirdir. Ağıl yaxşı və xeyirxah işləri yüksək qiymətləndirir, xoşagəlməz və nalayiq rəftar və davranışlara qarşı isə barışmaz mövqe tutur.
Ədalət bəşəriyyətin