Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Əhli-beyt və Fatimənin (s) haqqa bağlılığı

Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir
Mömin insan haqqa bağlanacaq, həqiqəti ifadə edəcək, dostluğu və düşmənçiliyi haqqa əsaslanacaq, nəfsani istəklər həyatına yol tapmayacaq. Allah rızılığından savay bir şey istəməyəcək. «Dəhr» surəsində buyurulur: «Allah istəməsə, siz istəyə bilməzsiniz». Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir. Müxtəlif firqələr bu mövzuya əsaslanmışlar. Əhli-beytin mövqeyi Peyğəmbərin (s) mövqeyidir. (İbni Mace) həzrət Peyğəmbər (s) buyurmuşdur: «Fatiməyə əziyyət verən mənə əziyyət verir». («Səhihe Buxari» cild 3.) Hədis Fatimə həqiqətini təsdiqləyir, çünki Fatimə haqqın ifadəsidir. Onu qəzəbləndirənlər Allahın qəzəbinə gələrlər. Bunu inkar etmək qeyri-mümkündür. Hər kəs başqa söz desə iftiradır, özünü yorur və günahını artırır. Parlaq günəşə pərdə çəkmək olmaz.

Fatimə (s) bir əmanətdir

Bütün müsəlmanlar qəbul etmişdir ki, həzrət Peyğəmbər (s) buyurub: «Mən sizin üçün iki əmanət qoyuram – biri Quran, digəri Əhli-beytimdir. Bu iki şeylə əlaqəniz olanadək yolunuzu azmayacaqsınız. Kovsərdə mənə yetişənədək bu iki şey bir-birindən ayrılmaz».
Bəli, bu iki şey qiyamət gününədək Adəmdən Xatəmə peyğəmbərlərin irsidir. Şərif «Səqəleyn» hədisi heç bir şübhə olmayan, hətta kəlmələri həzrət Peyğəmbərin (s) dilindən çıxmış mötəbər hədislərdəndir. Rəvayət mənbələrinə müraciət etdikdə bu həqiqət günəş tək işıqlanır, hətta kor şəxslər də bu həqiqəti hiss edirlər. Bu həqiqəti inkar edənlər özlərini korluğa vurmuşlar və bu xəstəliyin müalicəsi çətindir (bəlkə də mümkün deyil).


1528 بازدید
در حال ارسال اطلاعات...