Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Məzarların ziyarəti

İbadət əhli olan Bahiyə adlı bir qadın ölüm ayağında idi. Üzünü səmaya tutub dedi: “Ey Allahım, Sənə etimad edirəm ki, məni naümid etməyəsən və qəbir vəhşətindən nicat verəsən.”
Qadın dünyasını dəyişir. Onun bir oğlu vardı ki, hər cümə anasının qəbri üstə gələr, çoxlu Quran, dua oxuyardı. Həm anasının və həm də bütün qəbristan əhlinin bağışlanmasını Allahdan istəyərdi.
Bir gecə cavan anasını yuxuda görür. Salam verib ərz edir: “ Necəsiniz?"
Anası cavab verir: “Oğulcan, ölüm çətindir, amma əlhəmdulillah bərzəxdə yerim çox yaxşıdır.”
Oğlu dedi: “Ana, bir istəyin varmı?”
Dedi: “Bəli, ey oğul, mənim üçün həmişə Quran oxu və dua et. Sən həmişə cümələr mənim qəbrimin kənarına gələndə şad oluram. Hər cümə bura gələndə ruhlar mənə deyirlər: Bahiyə oğlun gəldi. Mən və qonşuluğumda olan ölülər sənin gəlişinə şad oluruq.”
Beləliklə, oğlan hər cümə anasına və ayrı ölülər üçün Quran oxumağı və dua etməyi davam etdirir.
Bir gecə yenə də yuxuda çoxlu insanların mənim yanıma gəldiyini gördüm. Dedim: Siz kimsiniz?
Dedilər: “Biz qəbiristan əhliyik. Bizə dua və Quran oxduğun üçün sənə təşəkkür etməyə gəlmişik. Bu əməli tərk etmə."

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1293 بازدید