Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Səfəvilər və monqollar dövründə İslam

İslam İnqilabının son məqsədi din, düşüncə, elm və əxlaq üzərində qurulmuş İslam mədəniyyətini ortaya qoymaq idi
Doktor Əhməd Rəhdarla söhbət

“Sütuhi-Əndişe” inistitutunun rəisi Əhməd Rəhdar: Tarix mədəniyyətlərin həyata gəlişi üçün zəminədir... Səfəvilər və monqollar dövründə İslam mədəniyyətinin öz xüsusiyyətləri var... Mədəniyyət sahəsində addım atmaq istəyən cərəyanın bundan öncə tarixi düşüncəsi olmalıdır. İslam mədəniyyətini araşdırmaq üçün keçmiş tarixdə yaşanmış mədəniyyət dövrlərini nəzərdən keçirmək lazım gəlir...
İran İslam İnqilabı “nə şərq, nə qərb” şüarını irəli sürməklə dünyada ilahi və insani hüquqlar üzərində bir nizamın bünövrəsini qoydu. Millətlər dünya imperializminin caynağından çıxıb özünü tanımaq imkanı qazandı.
İslam İnqilabının son məqsədi din, düşüncə, elm və əxlaq üzərində qurulmuş İslam mədəniyyətini ortaya qoymaq idi. İslam Respublikası yaradıldıqdan sonra bu proses İslam dövlətinin formalaşması mərhələsinə qədəm qoydu. İslam dövləti sayəsində formalaşan cəmiyyət təbii bir zəmində mədəniyyətlər üzərinə işıq saldı, bəşər tarixində yeni fəslin başlanğıcı oldu.
İslam İnqilabı və İslam Respublikasının təşkilindən sonra konstitusiyada prinsiplər xülasə şəkildə yer aldı. Mədəniyyət yaradılması prosesində atılacaq addımlar asan deyil. Bu işdə düşüncə istehsalı mühüm prosesdir. Mehr informasiya agentliyi bu mövzularda Doktor Əhməd Rəhdarla söhbətləşir.

Sual: İslam mədəniyyətinə malik olmaq üçün haradan başlamalıyıq?

Cavab: İlk məsələ İslam tarixinə diqqət yetirilməsidir. İkinci nöqtə İslam mədəniyyətindəki naqis nüsxələri araşdırmaqdır. Heç bir toplumun tarixi hamar deyil, eniş-yoxuşlara malikdir. İslam tarixi də istisna deyil.

Sual: Mədəniyyət yaradılmasında İslam tarixinə nə ehtiyac var? Tarix boyu heç bir mədəniyyət birdəfəyə yaradılmayıb. Məgər bütün mədəniyyətlər tarixi yol keçməyibmi?

Cavab: Bəli, mədəniyyətlər tarixi yol keçib möhkəmlənib. Mədəniyyətin elementləri müxtəlif zamanlarda formalaşır və xüsusi bir zamanda səhnəyə gəlir. Tarixə diqqət yetirmək ona görə lazımdır ki, bu mədəniyyətin keçmişdəki zəif nöqtələri üzə çıxsın. Olsun ki, yeni mədəniyyətin yaradılması prosesində hansısa bir mədəniyyət nümunəsinin qüsurlarını aradan qaldırmaq bəs etsin. Buna görə də əvvəlki nümunələr diqqətlə araşdırılmalıdır.
Tarixə diqqət yetirilməsinin digər bir zərurəti budur ki, bütün mədəniyyətlər toplum müstəvisində formalaşır. Əgər bir mədəniyyət ayrı-ayrı toplumların nüsxələrindən yaradılsa nəzərdə tutulan nəticə əldə olunmaz. Biz çoxalma ilə pərakəndələşmə prosesləri arasında fərq qoymalıyıq. Bütün mədəniyyətlər çoxalma məqsədi daşıyır. Mədəniyyətlər vəhdətə ehtiyaclıdır. Cəmiyyətdəki çoxluqlar vəhdətə gətirilməlidir. Bütün mədəniyyətlər belə bir problemlə üzləşib. Vəhdət olmayan yerdə mədəniyyət də yoxdur.
Qeyd etdik ki, bütün mədəniyyətlər toplum müstəvisindədir. Yəni hər bir mədəniyyətin mayası bir qövmün tarixi köklərindən gəlir. Biz edə bilmərik ki, Qərb mədəniyyətini analiz etməklə bir mədəniyyət yaradaq. İslam mədəniyyətinin mayası İslam tarixindən götürülməlidir. Qərb tarixini mütaliə edib İslam mədəniyyəti yaratmaq olmaz. İslam tarixini, keçmiş mədəniyyət nüsxələrini yetərincə mütaliə edib vahid mədəniyyət yaratmaq mümkündür.
Bütün mədəniyyətlərin tarixi zühuru var. Bu baxımdan tarixi mədəniyyətdən ayırmaq olmaz. Tarix mədəniyyətdən sonra gəlir. Tarix mədəniyyətin yaranması üçün bir zəmindir. Buna görə də tarixə diqqətsiz qalmaq olmaz. Bütün mədəniyyətlərin nəzərdən keçirilməsi üçün əvvəlcə tarixi düşüncə olmalıdır. Biz Cənab Rəhbərin göstərişinə əməl edərək yaşadığımız tarixi mərhələni İslam mədəniyyəti səviyyəsinə qaldırmağa çalışırıq. Bundan ötrü ən azı müasir tariximizi nəzərdən keçirməli, ən azı öz mövqemizi düzgün dəyərləndirməliyik.
Heç şübhəsiz İslam mədəniyyəti bizim üçün üfüqdədir və üfüqə çatmaq üçün hərəkət etməliyik. Mədəniyyət sənin dayandığın yer deyil. Bu baxımdan biz üfüqə doğru hərəkətdə dayandığımız yeri tanımalıyıq. Bunun üçün tarixi, müasir tarixi nəzərdən keçirmək lazımdır.

Sual: İslam mədəniyyətinin qızıl əsri hansı xüsusiyyətlərə malik olub?

Cavab: Keçmişdə bizim fərqli tarixi dönəmlərimiz olub. Müxtəlif dönəmlərdə mədəniyyət müxtəlif şəkillərdə təzahür edib. İslam mədəniyyətinin qurulmasına çalışan insan ilkin İslam dövrlərinə diqqətsiz qala bilməz. Bugünki Cənubi-Avropa və İspaniyada müsəlmanlar 600 il hakimiyyətdə olub. Həmin dövrün mədəniyyəti bütün nöqsanlarına baxmayaraq bir dirçəliş idi.
Elə bir dövr olub ki, həmin dövrdə incəsənət, memarlıq, ədəbiyyat, kitab nəşri inkişaf edib. Ayrı-ayrı dövrlərdə texnoloji üsullar, texnologiya səviyyəsi fərqli olub. Müxtəlif dövləri araşdırmaq və qüsurları tapmaq lazımdır. Biz İslam mədəniyyətinin zühurunu bütün üstünlüklərinə baxmayaraq nöqsanlı sayırıq. Buna görə də onu araşdırıb nöqsanları tapmalıyıq.
Düşünürəm ki, nəzərdə tutduğunuz mədəniyyət dövrü çox mühüm olub. Mütəxəssislər həmin dövrü nə qədər tənqid etsələr də həmin dövr Qərb mütəfəkkirləri tərəfindən dəyərləndirilir. Buna baxmayaraq həmin dövr məsələn Yunan mədəniyyətinin nailiyyətlərindən faydalanıb. Bəziləri deyirlər ki, həmin dövrdə məsum imamlar təzyiq altında olub. Bununla belə bir mədəniyyət intibahı yaşanıb. Biz məsumların təzyiq altında olduğu bir mədəniyyəti kamil mədəniyyət saymırıq.
Düşünürəm ki, hicri 2-5-ci əsrlər İslam mədəniyyətinin zühur dövrüdür. Bu çox mühüm bir dövrdür. Həmin dövrdə Yunan və Qərb düşüncəsi səhnədə olub. Bu düşüncələr ideoloji və siyasi mühəndislik yolu ilə İslam fəzasına daxil olub. Həmin dövrdə böyük bir iştiyaqla elm öyrənilib.
Biz həmin dövrdə Yunan düşüncəsini təkcə öyrənməmişik, həm də dərk etmişik. Yəni həmin düşüncə üzərində islahatlar aparılıb. Yunan düşüncəsində müəyyən edilən nöqsanlar aradan qaldırılıb, bu düşüncəyə nəsə əlavə edilib.

Sual: Necə ola bilər ki, məsum imam nəzarətdə saxlanıldığı dövrdə mədəniyyət yaransın?

Cavab: Məsum imamın işi təkcə sözdə deyil. Mən həmin dövrü İslam dövrü sayıram. Baxmayaraq ki, o dövrə qeyri-islami rəftarlar hakim olub. O dövrün problemləri də islami problemlərdir. Biz nəzərdə tutulan dövrdə yaşanan intibaha görə Əhli-Beytə (ə) borcluyuq. Həmin dövrü dərindən və əhatəli araşdırmaq lazımdır.

Sual: Səfəvilər dövründə mədəniyyətin hansı xüsusiyyətləri olub?

Cavab: Biz səfəvilər dövründə də növbəti dəfə bir növ olmaq hadisəsi ilə rastlaşırıq. Həmin dövrdə varlığımızın özü bir mədəniyyət kimi nəzərdən keçirilir. Səfəvilər dövründə incəsənət, elm, bütün mədəniyyət sahələri keçmişlə müqayisədə təbəddülat yaşayır. Həmin dövrdə fiqhin zühur əlamətləri müşahidə edilir. Eyni zamanda səfəvilər dövründə İslam mədəniyyətinə xaricdən idxal müşahidə olunmur. Başqa sözlə, səfəvilər dövrünün mədəniyyəti sözün həqiqi mənasında şiə mədəniyyətidir.
Həmin dövrdə dövrə görə biz Qərb və ya hər hansı xarici mədəniyyətə borclu deyilik. Müəyyən həddə sünnə əhlindən faydalanma mümkündür. Həmin dövr şiəliyin zühur dövrüdür. Həmin dövrdə zühur edən şiəlik öz işini də görüb. Həmin dövr üçün mədəniyyət nümunələri var. Din, siyasət, incəsənət və başqa sahələrdə ciddi fəaliyyətlər həyata keçib.
Mən düşünürəm ki, səfəvilər dövrünün mütaliəsi təkcə İslam mədəniyyətinə aparan yolu aydınlaşdırmır. Bu mütaliə həm də müəyyən nümunələr ortaya qoyur. Bu sahədə Cənab Rəhbərin tövsiyələri var.
Mən hicri 2-5-ci əsrlərlə müqayisədə səfəvilər dövrünü daha əhəmiyyətli görürəm. Səfəvilər dövründə mədəniyyətin əhatə dairəsi özündən əvvəlki qızıl dövrün əhatə dairəsindən kiçikdir. İlkin İslam dövrü və qızıl dövrdə yaşanan təravət də səfəvilər dövründəkindən güclü olub.
Bu əsasla biz səfəvilər dövründə əvvəlki dövrlə müqayisədə mədəniyyət ehtiyacını böyük görmürük. Həmin dövrdə tərcümə mərkəzləri çox olmayıb. Bununla belə səfəvilər dövründə müsbət və öyrəniləsi nöqtələr çoxdur və biz həmin dövrü ciddi araşdırmalıyıq.

Sual: Haqqında danışdığınız mədəniyyətlərdən əlavə də mədəniyyətlər olubmu?

Cavab: Qızıl dövr və səfəvilər dövrü arasındakı bir dövrü yada salmaq istəyirəm. Bu monqollar dövrüdür. Həmin dövrü İslam-Monqol mədəniyyət dövrü kimi qeyd edirik. Təəssüf ki, tarixdə monqollar haqqında elə sözlər deyilib ki, şiə düşüncəsi ilə bunu qəbul edə bilmərik. Monqollar dövrünü istənilən baxımdan araşdırdıqda görürük ki, monqolların İslam coğrafiyasına daxil olması şiəliyin xeyrinə olub. Buna şübhə yoxdur.
Monqollar fateh bir millət olublar. İslam dünyasının böyük bir hissəsini fəth ediblər. Üç cərəyan bu fatehin imkanlarından yararlanmağa çalışır. Bu mədəniyyət savaşında şiələr qalib gəlir. Digər iki mədəniyyət rəqibi məsihilik və sünnə məzhəbi olub. Monqollar 200 ildən artıq bizim ölkədə olub. Bu 200 ildə bir şiə fəqih onlara qarşı çıxmayıb.
Bizə tapşırılıb ki, qeyb dövründə qulağınız fəqihlərdə olsun. Hansı şiə fəqihi monqollara qarşı çıxıb? Hillə elm hövzəsinin rəisi Seyid ibn Tavusdan Xacə Nəsirəddin Tusiyə qədər, Əllamə Hillidən ibn Nəmay Hilliyə qədər heç bir şiə fəqihi monqollara qarşı olmayıb. Nəinki onlara qarşı çıxmayıblar hətta onlarla həmkarlıq edib məsuliyyət qəbul ediblər. Monqol hökumətində şiə fəqihləri böyük məqam kəsb edib, Əllamə Hilli baş müşavir olub. Bütün şiələrə bu hakimiyyətdə çalışmaq icazəsi verilib.
Monqolların dövründəki mədəniyyətə diqqət yetirmək lazımdır. Əvvəla fateh bir millət bizim mədəniyyətimizin təsiri altına düşüb. Onlar İslamı, ardınca şiəliyi qəbul ediblər. Bu yolda mədəniyyət inkişaf etdirilib. Monqol elxanilərin böyük bir hissəsi riyaziyyatçı və astroloq olub. Monqol Elxan Qiyasəddin Cəmşid Kaşaninin dövründə yaşayıb. Onların vasitəsi ilə rəsədxanalar, elmi mərkəzlər açılıb.
Kiçik bir dövrdə monqollarla qarşıdurma, gərginlik yaşanıb. Bu da fiqhə aidiyyatı olan məsələ deyil. Buna Sorbdaran əhvalatı deyirlər. O zaman iki fəqih bu münaqişəni yatırdıb. Şeyx Həsən Cövri və Şeyx Xəlifə bu münaqişənin güclənməsinə yol verməyiblər. Hər iki fəqih sünnə-əhlindəndir. Fiqhi baxımdan şafii, kəlam baxımından isna əşəri olublar. Onların ardınca Əli ibn Muid Səbzvari gəlir. Şəhidi-Əvvələ məktub yazan odur. Yazır ki, biz hökumət qurmuşuq, amma fiqhi bilmirik; siz buyurun gəlin, vəliyyi-fəqihimiz olun. Şəhidi-Əvvəl onların çağırışı ilə gedə bilməsə də onlar üçün kitab göndərir. Şeyx Həsən Cövri və Şeyx Xəlifə özləri monqol sərkərdələrindən olub. Əslində Sorbdaran əhvalatı monqollar yox, elxanilər dövründə baş verib. Elxanilər monqolların canişini sayılırdı.
Müsəlman monqolların fəth etdiyi ərazilərdə şiə mədəniyyəti möhkəmlənib. İrandan kənarda Tatarıstan və Hindistan monqollar tərəfindən fəth olunub və həmin monqollar sünnə məzhəbli olub. Hər iki ölkədə şiə mədəniyyətinin əsərləri kifayət qədərdir. Bu gün Rusiya dövləti sünnü məzhəbini tatarlarla sülhdə yaşayır. Amma Çeçenistan və Dağıstan müsəlmanları ilə gərginlik yaşanır. Mən Tatarıstana getmişəm. Tatarıstan mədəniyyət baxımından sünnü olsa da düşüncə baxımından şiəliyə yaxındır. Hindistanı monqol elxanilər fəth edib. Oradakı mədəniyyət nümunələrindən biri Tacməhəldir. Tacməhəll Hindistanın mədəniyyət abidəsi kimi dünyada tanınır. Onu müsəlman monqollar tikib. Hindistanda monqollara müsbət baxış var. Bombeydə məscid var. Həmin məscid şirazilərə məxsusdur. Hindlilər bu məscidə monqol məscidi deyirlər. Çünki iranlı monqollar həmin məscidi tikib. Monqol sözünü də müsbət mənada işlədirlər. Çünki monqollar hindistanda mədəniyyət abidələri yaradıb, bu ölkəyə xeyir verib. Təəssüf ki, biz bu hadisələri mütaliə etməmişik.
Baş verən hadisələrdə monqolların təbiətinə bir İslam mədəniyyəti həkk olunub. Monqollar haranı fəth edibsə, orada mədəniyyət abidələri yaradıb. Bu mirası şiə fatimilərin Misirdəki 200 illik hüzuru ilə müqayisə edin. Fatimilərdən nə qaldı? 200 illik hakimiyyətdən sonra fatimilər süqut edəndə bütün şiə əsərləri məhv edildi.
Aydın olur ki, fatimilər misirdə 200 il möhkəmlənmədən hakimiyyətdə olublar. Amma ilkin İslam dövründə Yəməndəki azsaylı şiələr elə bir iş görüblər ki, onun təsirləri bu gün də yaşayır. Necə oldu ki, fatimilər 200 ildə bir iş görə bilmədilər, amma Yəməndəki azsaylı şiələr bunu bacardılar? Hansı ki, bu gün dünyada düşüncə mərkəzi sayılan Əl-Əzhər universitetinin bünövrəsini fatimilər qoyub. Onların nəyi varsa sünnə-əhlinin xeyrinə müsadirə edilib. Çünki bünövrə möhkəm olmayıb. Amma monqolların işi bünövrəli olub. Bu hadisələrin üzərindən 800 il ötsə də onların əsərləri yaşamaqdadır.

Vilayet.nur-az.com


1099 بازدید
در حال ارسال اطلاعات...