Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

33 günlük müharibəyə bir baxış

Hizbullah - iman müqaviməti nümunəsi!
İran İslam İnqilabının təsirlərindən biri İslam Oyanışı, o cümlədən dünya imperializmi və beynəlxalq sionizm qarşısında müqavimət cəbhəsinin formalaşması oldu. Bu arada Livan Hizbullahı müqavimət hərəkatı üçün ən gözəl nümunələrdən sayıla bilər. Livan Hizbullahının sionist rejim üzərində şəmsi 1385-ci ildə (8 il öncə) 33 günlük müharibədə qələbəsinin ildönümü münasibəti ilə Cənab Rəhbərin bəyanatlarına nəzər salırıq.
Regionda haray çəkən, bütün ərəb dünyasına öz əqidəsini diktə edən İsrail İslam Müqavimətinin əzəməti qarşısında düz çökdü. Bu gün İsrailin meydan sulaması müsəlman və ərəb xalqların acizliyinin bir nümunəsidir. Əgər İslam dünyasının potensial imkanlarının kiçik bir hissəsi işə salınsa sionist rejimin məhvinə şahid olarıq. İsrail Livanın Cənubunda bir neçə min nəfərlik müqavimət qüvvələrinə məğlub oldu. Doğrudur ki, hizbullah xalqa güvənir və lazım gələndə 10 minlərlə insan bu sıralara qatılır. Amma bir təşkilat olaraq Livan Hizbullahı işğalçılara qarşı bir neçə minlik qüvvə ilə çıxış edib. Dünyanın modern hərbi texnologiyalarına sahib olan İsrail imanlı hizbullah qarşısında diz çöküb. Təbii ki, onların ən güclü silahı iman silahı olub. Qarşımızda müqavimət və mübarizə nümunəsi dayanıb. Bu müqavimət və mübarizə ilə müəyyən qurbanlar da versək qələbəyə çatırıq. (şəmsi 1380-cı ildə bəyanat)
Sionist rejim uzun illər Livanın bir hissəsini işğal edib. Dünya imperializmi, başda Amerika bu işğala göz yumub. Onların sükutunda bir razılıq olub. Sonradan fədakar möminlərdən ibarət müqavimət hərəkatı yarandı, və bu Livan Hizbullahıdır. Livan Hizbullahı dünya miqyasında ən dəyərli və mübariz qrupdur. Belə pak, imanlı, fədakar və müvəffəq müqavimət qrupu az olar. Dünya onların qətlinə susayıb. Onları terrorda ittiham edirlər. Hizbullah terrorçudurmu? Livanın milli mənafelərini qoruyan insanlar terrorçudurmu? Bu müqavimətin adı terrordurmu? Siz avropalılar Fransa və başqa ölkələrdə öz vətəninizin müdafiəsi ilə iftixar edirsiniz. Sizin öz ölkənizi müdafiə etməyiniz terrordur? Təcavüzkarın qarşısında dayanmaq, imperializmə müqavimət göstərmək terrordur? Belə bir vəziyyətdə uşaqqatili olan sionist cinayətkarları özünüzə dost sayırsınız. Budur Qərb ölkələrinin siyasəti.
Bizim Livan Müqavimətini dəstəkləməyimizin səbəbi budur ki, onlar sözün həqiqi mənasında öz vətənlərini qoruyan qəhrəman insanlardır. Əgər onlar olmasaydı, İsrail Beyruta qədər irəliləyərdi, bütün Livan işğal olunardı. Onların qarşısında dayanan Müqavimət, Hizbullahdır. (şəmsi 1394-cü ildə bəyanat)
Mən Livanın Cənubundakı təcrübələri bir nümunə adlandıra bilərəm. Livanın mömin və qəhrəman gəncləri sionistlərə qarşı ən üstün şəkildə müqavimət göstərdilər. Onlar İslam dünyasına müqavimət və fədakarlıq nümunəsini tanıtdırdılar. Düşmən heyrətə gəldi. İslam dünyası başa düşdü ki, Livanın Cənubunda müqavimət nəyə qadirdir, nə iş görə bilər. O zaman faydalı təbliğat getdi. Düşmənin ruhiyyəsi zəiflədi. Biz həmişə belə olmalıyıq. İslam dünyası həmişə mübarizə əzmində olmalıdır. (şəmsi 1380-cü ildə bəyanat)
Siz Hizbullahın şücaətli və məzlum cihadı ilahi qələbəni ruzi etdi. Bir daha sübuta yetirdi ki, modern silahlar iman və ixlas qarşısında acizdir. İman və cihadı olan millət zalım güclər qarşısında məğlub olmur. Sizin qələbəniz İslamın qələbəsi idi. Siz Allahın yardımı və gücü ilə sübuta yetirdiniz ki, üstünlük hərbi texnika, silah, təyyarə, tank-topda deyil, iman və fədakarlıqdadır. Siz sionist rejim qarşısında hərbi üstünlüyünüzü sübuta yetirdiniz. Dünyaya mənəvi məqamınızı göstərdiniz. Sionizmin uydurma iqtidarı puç əfsanə kimi dağıdıldı. Sionist rejimin zəif olduğunu sübuta yetirdiniz. Ərəb xalqlarına izzət verdiniz, uzun illər imperializm qarşısında inkar olunan müqaviməti səhnədə göstərdiniz. (şəmsi 1385-ci ildə bəyanat)
Sionist rejimə zərbə vurulanda Amerika da öz payını aldı. İddia edirdilər ki, İsrail ordusu məntəqənin ən güclü ordusudur. Livanda böyük qürurla müharibəyə başladılar. Özü də bir dövlətlə yox, bir təşkilatla, bir cəbhə ilə. Bu müharibə 33 gün çəkdi. Tarixdə bunun nümunəsi yoxdur. İsrailin ərəblərlə müharibələri 2 həftədən çox uzanmayıb. Amma bu müharibə 33 gün çəkdi və İsrail ordusu rüsvayçı məğlubiyyətə uğradı. Kim bunu təsəvvür edirdi? Amerikalıların ağlına da gəlmirdi. Onlar Livan Hizbullahını tərki-silah etmək istəyirdilər. Amma Hizbullah nəinki tərki-silah olmadı, öz iqtidarı ilə İsrailin əfsanəvi nüfuzunu puça çıxardı. (şəmsi 1386-cü ildə bəyanat )
Sizin məzlumanə cihadınız düşməni ifşa etdi. Düşmənin əsl siması faş oldu. Dinc əhalinin, körpələrin və müdafiəsiz qadınların qətliamı, minlərlə evin, əkin sahələrinin məhv edilməsi, Livanda böyük miqdarda tikililərin viran qoyulması onların cinayətləri idi. Onların mənfur siması dünyaya göstərildi. Aydın oldu ki, onların insan haqları, azadlıq, demokratiya şüarları riyakarlıqdan başqa bir şey deyil. Dünya şahid oldu ki, ölkə başçıları mərhəmət və sədaqətə sadiq qalmayanda necə faciələr baş verir. (şəmsi 1385-ci ildə bəyanat)
Allahın qələbə vədləri Livan hadisələrində gerçəkləşdi. Böyük region ölkələri İsrail ordusu ilə vuruşmağı ağılına gətirmədiyi bir zamanda müqavimət bu ordunu darmadağın etdi. Müqavimət bütün ölkənin imkanlarından yox, təkcə müqavimətin imkanlarından faydalanmışdı. İsrail nəinki məğlub oldu, həm də ağır zərbə aldı. Bu çox heyrətamiz hadisə idi. İslam düşmənləri bu böyük qələbəni etiraf etmək istəmir. Amma ayrı-ayrı məqamlarda İsrailin məğlubiyyətini dilə gətirməyə məcburdurlar. Mücahidlərin ilahi yardımdan faydalanması ilə bu mümkün oldu. (şəmsi 1385-ci ildə bəyanat)
33 günlük müharibədə Hizbullah, Müqavimət və Livan xalqı, əslində bütün İslam ümməti qələbə qazandı. Məğlub olan tərəf İsrail, Amerika, onların regiondakı əlaltıları idi. Sionist rejimin süqutuna şahid olanlar bu gün Livan Müqavimətinə zərbə vurmaq üçün iki qat artıq çalışırlar. Hamı bilsin ki, Livan Müqaviməti cihad və şücaət, zülmə düçar olmuş övladların qanı hesabına İslam ümmətinin qəlbində özünə yer edib. Livan xalqı, Livanın bir çox siyasətçiləri Hizbullah ilə fəxr edir. (şəmsi 1385-cü ildə bəyanat)
Sionist rejimin hər gün artan zülmləri və zorakılıqları, eləcə də Amerikaya muzdurluq edən hakimlərin onlarla həmkarlığı Fələstin və Livan Müqavimətinin varlığı ilə üzbəüzdür. Livanda 33 günlük müharibədə, Qəzzədə 22 günlük müharibədə mömin gənclərin əfsanəvi qələbələri Misir, Tunis, Liviya və başqa məntəqə ölkələrində oyanış hərəkatını şölələndirən səbəblərdən oldu. Bu bir həqiqətdir ki, təpədən-dırnağa qədər silahlanmış və iddialı sionist rejim Livanla qeyri-bərabər müharibədə möminlərdən möhkəm zərbə aldı və məğlubiyyətə uğradı.

Vilayet.nur-az.com


1179 بازدید