Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2015

Mərifət

Yəqin əhli arasında bəzilərinin mərifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər
Allah-Taala mərifət haqqında buyurur: “Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.” (“Ali-İmran”, 18.)
“Mərifət” fars dilində idrak mənasındadır. Burada mərifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mərifətin mərtəbələri atəşin şöləsi kimidir ki, bəziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin zi