Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Şeytan və abid

Bəni-İsrail qəbiləsindən olan bir abidə deyirlər: “Filan yerdə bir ağac var ki, oranın qəbiləsi ona pərəstiş edir.”
Abid bu xəbərdən əsəbləşərək baltanı belinə atıb o ağacı kəsmək üçün yola düşür. Şeytan qoca kişi surətində onun yolunu kəsib deyir: “Hara gedirsən?”
Abid cavab verir: “İnsanların pərəstiş etdiyi ağacı kəsməyə gedirəm ki, onlar ağaca yox, bir olan Allaha pərəstiş etsinlər.”
Şeytan deyir: “Bu işdən əl çək, sənə deməli sözüm var.”
Abid: “De.”
Şeytan deyir: “Allahın peyğəmbərləri var, əgər bu ağacı kəsmək lazım olsaydı onlara bu işi tapşırardı.”
Abid deyir: “Məcburam ki, bu işi görüm.”
Şeytan deyir: “Qoymaram" - və dindarla əlbəyaxa olur.”
Abid onu yerə vurur.
Şeytan deyir: “Məni burax, sənə ayrı məsləhətim var. Sən özün yoxsul bir insansan, əgər sənin pu