Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Şeytan və abid

Bəni-İsrail qəbiləsindən olan bir abidə deyirlər: “Filan yerdə bir ağac var ki, oranın qəbiləsi ona pərəstiş edir.”
Abid bu xəbərdən əsəbləşərək baltanı belinə atıb o ağacı kəsmək üçün yola düşür. Şeytan qoca kişi surətində onun yolunu kəsib deyir: “Hara gedirsən?”
Abid cavab verir: “İnsanların pərəstiş etdiyi ağacı kəsməyə gedirəm ki, onlar ağaca yox, bir olan Allaha pərəstiş etsinlər.”
Şeytan deyir: “Bu işdən əl çək, sənə deməli sözüm var.”
Abid: “De.”
Şeytan deyir: “Allahın peyğəmbərləri var, əgər bu ağacı kəsmək lazım olsaydı onlara bu işi tapşırardı.”
Abid deyir: “Məcburam ki, bu işi görüm.”
Şeytan deyir: “Qoymaram" - və dindarla əlbəyaxa olur.”
Abid onu yerə vurur.
Şeytan deyir: “Məni burax, sənə ayrı məsləhətim var. Sən özün yoxsul bir insansan, əgər sənin pulun olsa və sən də onları ehtiyaclılara paylasan yaxşı olar, yoxsa gedib o ağacı kəsmək?! Ağacı kəsməkdən əl çəksən hər gecə balışının altına iki dinar pul qoyaram.”
Abid deyir: “Düz deyirsən, bir dinarını sədəqə verərəm, bir dinarını da özümə saxlayaram. Bu iş ağac kəsməkdən daha yaxşıdır. Məni bu işə təyin etməyiblər və mən də peyğəmbər deyiləm ki, yersiz qəm yeyim. Sonra şeytanı buraxır.
İki gün balışının altında 2 dinar görür və götürüb xərcləyir. Amma üçüncü gün bir şey görmür və narahat olur. Baltanı yenə də əlinə alıb ağacı kəsməyə gedir.
Şeytan yenə də onun yolunu kəsib deyir: “Hara gedirsən?”
Abid deyir: “Ağacı kəsməyə gedirəm.”
Şeytan deyir: “Sən heç vaxt bu işi görə bilməzsən deyib onunla əlbəyaxa olur və abidi yerə vurub deyir: Qayıt geri, yoxsa başını bədənindən ayıraram.”
Abid deyir: “Məni burax gedim. Amma de görüm keçən dəfə mən niyə səndən güclü idim?"
Şeytan deyir: “Birinci dəfə sən Allaha görə və ixlasla ağacı kəsməyə gedirdin, ona görə də məndən güclü oldun. Bu dəfə isə özünə və dinara görə əsəbləşmişdin. Buna görə də mən səndən güclü oldum."

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov