Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

İmam Rizanın (ə) әxlaqi xüsusiyyәtlәri

Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər
Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, İbrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: İmam Riza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o