Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

Sualı yaxşı qarşılamaq lazımdır!

Sualı kəsmək elmi kəsməklə nəticələnir...
Elmə əsaslanan təşkilat sual doğuran, sual yaradan olmalıdır. Elmi mövzu ortaya qoyulduqda sual ortaya qoyulur. Sualı yaxşı qarşılamaq lazımdır. Necə ki, bizim dəyərli sələflərimizin elmi ənənəsində bu mövcud olmuşdur. Siz baxın, fiqhdə elmi çəkişmələr çoxdur, bəzən sərt sözlər də deyilir. Məsələn Hədaiq kitabının mərhum müəllifi Mədarik kitabının müəllifinə qarşı bəzən sərt sözlər işlədir. Qarşılıqlı olaraq Cəvahir kitabının mərhum müəllifi Hədaiq kitabının müəllifinə qarşı bəzi yerlərdə çox sərt sözlər deyir. Əvvəllər də belə olmuşdur. Mərhum Əllamə Müxtəlif kitabının çox yerində İbn İdrisə qəribə şəkildə hücum edir və çox kəskin fikir bildirir. Öz növbəsində İbn İdris Şeyx Tusi ilə eyni tərzdə rəftar etmişdir. Bu n