Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Sionistlərin və amerikalıların İslam İnqilabı ilə düşmənçiliyi azalmayıb

Kimsə unutmamalıdır ki, düşmən cəbhəsi xalqımızın və məmləkətimizin qarşısında hazır silahla dayanıb.
Cənab Rəhbər Ayətullah Xamenei çərşənbə günü sübh prezident Ruhani və nazirlərlə görüşüb. Cənab Rəhbər şəhid Rəcai və şəhid Bahünərin şəhadət günlərinin dövlət həftəsi adlandırılmasını bu iki şəxsiyyətin düşüncə və rəftarlarının meyar kimi tanınmasında bir addım sayıb. Cənab Rəhbər görüşdə dövlətə təlaşlarına, infilyasiyanın azaldılmasına, iqtisadi sabitliyə, səhiyyə sahəsində işlərə, nüvə müzakirələrinə görə təşəkkür edərək bildirib: Ölkənin ümumi hərəkətində düşmənin öz düşmənçiliyini davam etdirməsinə kamil diqqət, biganələrin ara qarışdırması və nüfuzu qarşısında oyaqlıq, qeyri-zəruri məsələlərə yer verilməməsi, elmi inkişaf, imam və inqilabın prinsipləri və şüarları əsasında mədəniyyətin idarə olunması, inkişaf yolunda ədalətə diqqət, xarici ticarətin düzgün idarə olunması, hərtərəfli proqramın hazırlanması, müqavimət iqtisadiyyatının həyata keçirilməsində zaman bölgüsü məsulların diqqət mərkəzində olmalıdır...
İnqilab Rəhbəri Ayətullah Xamenei bu görüşdə, dövlət həftəsi münasibəti ilə keçirilən tədbirdə İmam Rizanın (ə) doğum ildönümü münasibəti ilə təbrikini bildirib, dövlət həftəsinin bu miladla eyni vaxta düşməsini mübarək sayaraq buyurub: 8-ci məsum imamın pak məzarının İranda yerləşməsi bizim məmləkətin iftixarlarındandır, bu yerin məqamına ehtiram istiqamətində bacardığımızı etməliyik...
Ayətullah Xamenei şəhid Rəcai və Bahünərin xatirəsinin əziz tutulması ilə bağlı buyurub: Bu həftənin dövlət həftəsi adlandırılmasının məqsədlərindən biri o böyük şəhidlərin əxlaq və rəftarlarının meyar kimi qəbul olunmasıdır...
Cənab Rəhbər İmamın ideallarına etiqad, ixlas, xidmətçilik ruhiyyəsi, xalqa yaxınlıq, xalqla ünsiyyət, dövlət məsuliyyətinin şəxsi rifah üçün vasitə seçilməməsi, inqilabın məqsədlərinə bağlılığı Rəcai və Bahünərin bariz xüsusiyyətləri kimi yada salaraq buyurub: Məsullar diqqətli olmalıdırlar ki, onların rəftarları, həyatları, münasibətləri cəmiyyətdə mədəniyyət yaradır...
Cənab Rəhbər bu müqəddimədən sonra ötən 2 ildəki fəaliyyətlərinə görə prezident və nazirlərə təşəkkürünü bildirib, nazirlərin bu görüşdəki hesabatlarını yada salaraq buyurub: Bugünkü hesabatlar yaxşı və münasib idi, bunu xalqın nəzərinə çatdırmaq lazımdır...
Ayətullah Xamenei belə bir nöqtəni də nəzərə çatdırıb ki, məsulların hesabatları xalqın real həyatına uyğun, xalq tərəfindən təsdiqlənən şəkildə olmalıdır. 
Cənab Rəhbər dövlətin bəzi müsbət addımlarına işarə ilə buyurub: İnfilyasiyanın azalması, nisbi sabitlik, iqtisadiyyatda sabitlik, sürətli eniş-yoxuşların cilovlanması dövlətin müsbət addımlarındandır və davam etdirilməlidir...
Cənab Rəhbər xatırladıb: Təbii ki, biz ikirəqəmli infilyasiya ilə razı deyilik, illik infilyasiya 10 faizdən aşağıya çatdırılmalıdır...
Ayətullah Xamenei tənəzzüldən qurtuluş, səhiyyədə irəliləyiş, elmi hərəkat, su təchizatında qənaət, suvarma sistemlərində layihələrdən dolayi dövlətin təlaşlarını dəyərləndirərək nüvə mövzusuna da toxunaraq buyurub: Nüvə müzakirələrinin başa çatdırılması mühüm işlərdəndir. Ümid edirik ki, bu sahədə müəyyən problemlər olsa da aradan qaldırılacaq...
Cənab Rəhbər nüvə mövzusunda düşmənin məqsədlərinə diqqətsizlik ehtimalını öz nigarançılıqları sırasında qeyd edərək buyurub: İnqilabın əvvəlindən bu günə qədər sionistlərin və amerikalıların İslam İnqilabı ilə düşmənçiliyi azalmayıb, məsullar bu mövzunun əhəmiyyətini heç bir halda nəzərdən qaçırmamalıdır...
Cənab Rəhbər buyurub: Düşmənçilik üsulları, zərbə vurmaq növləri dəyişə, yeniləşə bilər, amma siyasət, iqtisadiyyat, mədəniyyət sahəsində çalışan məsullar diqqətli olmalıdırlar ki, düşmənin çəkdiyi plana aldanmasınlar, onların qərarları bilərəkdən və ya bilməyərəkdən biganələrə kömək etməsin...
Ayətullah Xamenei buyurub: Düşmənlərin qərəzli və aşkar məqsədləri onların sözlərində və yazılarında açıq görünür. Kimsə unutmamalıdır ki, düşmən cəbhəsi xalqımızın və məmləkətimizin qarşısında hazır silahla dayanıb. Biz də müxtəlif şəraitlərin tələblərinə uyğun olaraq düşmən qarşısında dəqiq mövqe tutmaqla qərar çıxarmalıyıq...
Cənab Rəhbər xatırladıb: Təbii ki, sionistlərin və amerikalıların başa çatmayan düşmənçiliyini dərk etmək zəruriyyəti təkcə dövlət məsullarına aid deyil, bütün xalq, xüsusi ilə inqilaba canı yanan qüvvələr bu məsələni diqqət mərkəzində saxlamalıdır. Dövlət məsullarının isə bu sahədə vəzifələri daha çoxdur...
Cənab Rəhbər Ayətullah Xamenei düşmənin mürəkkəb və tədrici nüfuzu qarşısında oyaqlığı ilkin zərurətlərdən sayaraq buyurub: İstənilən bir şəraitdə inqilabi mövqe seçilməsində qətiyyətli olmaq, çəkinmədən düşmən qarşısında inqilabın mövqeyini, böyük imamın məqsədlərini bildirmək, lazımdır...
Cənab Rəhbər sözünün davamında buyurub: Əgər bu sahədə diqqətsizlik edilsə, qəfildən görərik ki, düşmən müəyyən yerlərdə aranı qatışdırıb, mədəniyyət, iqtisadiyyat, siyasət sahəsində pozuculuq işlərinə məşğuldur. Çox ehtiyatlı olmaq lazımdır...
Cənab Rəhbər xalqın birliyini, vəhdəti zəruri nöqtələrdən sayaraq buyurub: 22 bəhmən yürüşlərində eyni cinah və qrupdan olmayanlar vahid mövqe nümayiş edirir. Cəmiyyətin birliyinə, eyni istiqamətdə hərəkətinə tam diqqətli olmaq lazımdır...
Cənab Rəhbər bu mövzuda buyurur: Cəmiyyətin birliyi üçün parçalanma yaradan ikinci dərəcəli məsələlərdən çəkinmək lazımdır, vəhdətə zərbə vuran sözləri dilə gətirməmək zəruridir...
Ayətullah Xamenei prioritetləri təyin edərək ölkənin elmi inkişafı mövzusu üzərində dayanaraq buyurdu: Elm ölkənin həqiqi inkişafının infrastrukturudur və bu sahəyə nə qədər xərclənilsə İranın gələcəyi üçün sərmayə yatırılır...
Cənab Rəhbər buyurub: Elə bir şəkildə proqramlaşdırılma aparıb çalışmaq lazımdır ki, elmi tərəqqi sürəti ikinci onillikdəki tempdə olsun. İnşallah, dünyanın elmi baxımdan ilk 10 ölkəsi sırasında dayanaq...
Cənab Rəhbər elmi hərəkatın son 10 ildə ümumi mədəniyyətə çevrilməsini elm sahəsində inkişafın zəmanəti sayaraq əlavə edir: Bu mədəniyyət təravət və hərəkət gətirən hərəkat kimi qorunmalı və gücləndirilməlidir...
Cənab Rəhbər innovasiya şirkətləri, texniki parklar mövzusunu önə çəkərək bu işləri zəruri və məşğulluq yaradan iş kimi qeyd edib buyurdu: Elə proqramlaşdırın ki, tələbələr təhsilin müxtəlif mərhələlərində iş bazarına daxil olub çalışa bilsinlər...
Cənab Ayətullah Xamenei bu zaman mərhələsində mədəniyyəti yüksək dəyərləndirərək buyurub: İqtisadi problemlər düşkünlük yaratmamalıdır. İdeoloji problemlər isə bəzən insanın yuxusunu gözündən alır...
Cənab Rəhbər sağlam ideoloji məhsulların istehsalını və zərərli ideoloji istehsalın qarşısının alınmasını məsulların iki mühüm vəzifəsi kimi qeyd edərək buyurdu: Dünyanın bütün ölkələrində ideoloji sahə ilə bağlı məhsullara diqqət ayırılır. Əgər bu sahədə istehsal olunmuş məhsullar prinsiplərlə təzad təşkil edirsə çəkinmədən onları aradan qaldırmaq lazımdır...
Mədəniyyətin başına buraxılmasını rədd edən Cənab Rəhbər buyurub: Mədəniyyət sahəsi İmam və inqilabın prinsip və şüarları əsasında idarə olunmalı, cəmiyyət üçün sağlam ideoloji qida istehsal edilməlidir...
Cənab Rəhbər iqtisadiyyatı ölkə üçün prioritet sahə sayaraq bu sahə ilə bağlı bir neçə zəruri nöqtəni bəyan edib. İlk nöqtə ədalətlə müşayiət olunan inkişafdır. Cənab Rəhbər buyurub: Ehtiyatlı olmaq lazımdır ki, iqtisadi inkişafda təbəqələrarası fasilə artmasın, yoxsullar zərbə almasın...
Cənab Rəhbər iş və fəaliyyətlərin ümumi mədəniyyətə çevrilməsi, işsizlik və tənbəlliyin cəmiyyətdə pis qarşılanması istiqamətində proqramlaşdırma ilə bağlı mühüm nöqtələrə toxunaraq buyurdu: Ölkədə iş sahələrinin açılması, sərmayə yaradılması istiqamətində təbliğatlarla yanaşı iş üçün düzgün məcra açılması diqqət mərkəzində saxlanılmalıdır. Bəzi televiziya verilişlərində məşğulluq probleminin həlli istiqamətində xalqa yollar göstərilməlidir...
Cənab Rəhbər ölkədə iqtisadi inkişaf üçün geniş potensial olduğunu dilə gətirərək buyurub: Ticarət işlərinin idarə olunması, xarici ticarət mühüm məsələlərdir...
Ticarətdə ədalətin gözlənilməsi və ölkənin xarici mal bazarına çevirilməməsi zərurətindən danışan Cənab Rəhbər müqavimət iqtisadiyyatını mühüm mövzu sayaraq dövlət proqramlarında bu nöqtələrin nəzərə alınmasını zəruri qiymətləndirdi. 
Cənab Rəhbər bu sahədə hesabatlara görə təşəkkür edərək buyurdu: Görülən işlərin bir qismi müqavimət fəaliyyətləridir. Bəziləri müqavimət iqtisadiyyatına aiddir. Dövlət qurumlarının bəzi cari işləri də müqavimət iqtisadiyyatında faəliyyətlərdən sayıla bilər...
Ayətullah Xamenei xatırlatdı: Müqavimət iqtisadiyyatı tam və möhkəm bir proqramdır, kollektiv düşüncənin məhsuludur. Onun icrası üçün də işlək proqram, yekdil fəaliyyətə ehtiyac var...
Cənab Rəhbər buyurub: Bu proqramda hər bir qurumun vəzifəsi, iş payı, eləcə də icra vaxtı müəyyənləşdirilməlidir. Problemlərin aradan qaldırılması üçün dövlət qurumlarının fəaliyyətləri araşdırılmalıdır...
Cənab Rəhbər əlavə edib: Bu işçi proqram hazırlanandan sonra müqavimət iqtisadiyyatı sahəsində ikinci addım güclü komandanlıq qərargahının təşkilidir. Bu komandanlıq problemlərin həllində ayıqlıq və qətiyyətlə addım atmalıdır. Proqramların həyata keçirilməsi üçün zəmin yaradılmalı, xalqa məlumat verilməlidir...
Ayətullah Xamenei dövlət məsullarına müraciətlə buyurub: Müqavimət iqtisadiyyatı siyasətlərindən uzaq proqramları həyata keçirməyə çalışmayın. Altıncı inkişaf proqramını sürətlə və həmin əsasda hazırlamaq lazımdır...
Cənab Rəhbər qeyri-dövlət sektorunun patensial imkanlarından düzgün bəhrələnməyi, iqtisadiyyatçılardan, mütəxəssislərdən düzgün istifadəni zəruri saydı.
Ayətullah Xamenei yada salıb: Əgər müqavimət istisadiyyatı siyasətlərinin iqtisadiyyatı üçün hüquqi problemlər yaranarsa parlament və ədliyyə sistemi bu problemlərin aradan qaldırılması istiqamətində həmkarlıq etsin...
Cənab Rəhbər ölkə prezidentinin 3 faiz müsbət inkişafla bağlı hesabatını yada salaraq buyurdu: Bu inkişaf göstərir ki, tənəzzüldə müəyyən dəyişikliklər baş verib, amma tənəzzüllə ciddi mübarizə aparılmasa hazırkı iqtisadi inkişaf üçün də təhlükə yaranacaq, infilyasiya yenidən yüksələcək...
Cənab Rəhbər iqtisadi problemlər səbəbindən tənəzzül yaşayan müəssisələri yada salaraq buyurub: Bəzi istehsal sahələrinin sərmayə problemi var, bu problemlərin həllində banklar öz köməyini göstərməlidir. Amma bəzi müəssisələr iş üçün kredit alsalar da həmin krediti başqa sahəyə sərf ediblər və bu müəssisələr haqqında lazımi qaydada ölçü götürülməlidir... 
Ayətullah Xamenei buyurub: Tənəzzül probleminin həlli üçün qeyri-dövlət sektorunda müəyyən layihələr həyata keçirmək lazımdır...
Cənab Rəhbər 400000 milyard tümənlik yarımçıq layihəni yada salaraq buyurub: Əgər bu layihələrin 10 faizi xüsusi sektora həvalə olunsa 40000 milyard tümən iqtisadi dövrüyəyə daxil olar, bu da tənəzzülə öz təsirini göstərər...
Sonra Cənab Rəhbər kənd təsərrüfatı sahəsinə diqqət yetirməyin zəruriliyini yada salaraq buyurdu: Kənd təsərrüfatı sahəsində müasir tenxologiyalardan yararlanmaqla müxtəlif ustanlarda gənc mütəxəssislərin bacarıqlarından faydalanmaq lazımdır...
Cənab Rəhbər ölkəyə meyvə idxalı məsələsinə toxunaraq bu sahədə təhlükələri yada salaraq buyurdu: Kənd yerlərində, emal müəssisələrində, kənd təsərrüfatı sənayesində ciddi addımlar atmaq lazımdır...
Cənab Rəhbər mədən mövzusunu mühüm mövzulardan sayaraq buyurdu: Zalım güclərin bir işərəsi ilə məntəqədə xəbis addımlar atıldı, neft bazarında qiymət 100 dollardan 40 dollara endirildi. Biz əvəzedici tədbirlər barədə düşünməliyik. Neftdəki itkilərin yerini dolduracaq münasib sahə mədən sahəsidir...
Cənab Rəhbər buyurub: Mədən sahəsində xüsusi sektorun imkanlarından istifadə etmək, xam mal satışının qarşısını almaq lazımdır...
Cənab Rəhbər su, su təsərrüfatında qənaət, kənd təsərrüfatında sudan istifadəyə nəzarət barədə mühüm nöqtələri yada saldı. 

Vilayet.nur-az.com


1021 بازدید
در حال ارسال اطلاعات...