Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Bədr döyüşü

İslam tarixində ibrət dolu hadisələrdən biri də Bədr savaşıdır. Quranın bir çox ayələrində bu hadisəyə işarə olunub. (bax: “Ənfal”, 5-51; “Bəqərə”, 217, 218) Bədr savaşı müsəlmanların ilk böyük döyüşüdür. Bu döyüşdə müsəlmanlar Qüreyş kafirləri ilə vuruşurdular, Peyğəmbər (s) özü şəxsən bu döyüşdə iştirak edib və döyüşə komandanlıq edib. Müsəlmanlar bu döyüşdə düşmənə ağır zərbə vurdular. Bədr savaşında müsəlmanların qələbəsinə səbəb olan altı hərbi göstəriş barəsində Ənfal surəsinin 45, 46 cı ayələrində söz açılır. Əgər müsəlmanlar digər döyüşlərdə də bu nöqtələrə riayət etsələr qələbə onlarla olar. Aşağıda uyğun nöqtələrə işarə edəcəyik.

Müsəlmanların bu savaşdakı qələbəsi olduqca qəribə idi. Çünki müsəlmanların sayı düşmənin sayının üçdə birindən az və onların silah-sürsatı düşmənin silah-sürsatı ilə müqayisə olunmaz dərəcədə az idi. Lakin bu döyüşdə Allahın sonsuz lütfü müsəlmanlara nəsib oldu. “Ənfal” surəsinin 26 cı ayəsində oxuyuruq: “Yada salın o zamanı ki, siz kiçik, az və zəif bir qrup idiniz, hətta insanların sizi oğurlamasından qorxurdunuz, lakin Allah sizə pənah verib, kömək etdi.”

Bədr savaşı hicrətin 2 ci ilində baş verdi və düşmənin rüsvaycasına məğlubiyyətinə səbəb oldu. İndi isə bu qəhrəmanlıqla baş verən döyüşün xülasəsi ilə sizi tanış edirik:

“Bədr” su quyuları ilə dolu olan geniş bir məntəqədir. Karvanlar orada dayanar və oradakı quyuların suyundan istifadə edərdilər. Bədr Mədinə ilə Məkkə arasında Mədinənin cənub qərbində yerləşirdi. Bu məntəqəyə ona görə bədr deyilirdi ki, oradakı suların sahibinin adı Bədr olub.

Bədr döyüşünün səbəbi bu idi: Hicrətin 2-ci ilində Cəmadiul-əvvəl ayında Peyğəmbərə (s) xəbər çatdı ki, Kərz ibn Cabir Qüreyşdən olan bir qrupla Mədinə şəhərinə yaxınlaşıb, Peyğəmbərin dəvələrini və digər şəxslərin heyvanlarını qarət edib, Mədinənin məhsullarına zərər vurur. Allahın rəsulu (s) yubanmadan döyüş bayrağını Əliyə (ə) verir və o Həzrət bir dəstə mühacirlərlə birlikdə qarətçilərin ardıyca gedirlər, Bədr quyularına çatırlar və üç gün orada dayanırlar, hər nə qədər axtarırlarsa, bir şəxsi tapmayıb, Mədinəyə qayıdırlar. (bu kiçik döyüş və yaxud döyüş hazırlığı birinci Bədr, yaxud kiçik Bədr savaşı adlanır)

Digər bir tərəfdən də kafirlər Məkkədə mühacirlərin mülklərini müsadirə etmişdilər və ümumiyyətlə Mədinədə müsəlmanları iqtisadi mühasirənin sıxıntısında saxlamağa çalışırdılar. Aydındır ki, əgər bu sıxıntı davam etsəydi, ən azından İslamın inkişafının qarşısı alınacaq idi.

Peyğəmbər (s) bu mühasirəni sındırmaq üçün tədbirlərə əl atdı, ən böyük tədbir bundan ibarət idi ki, Məkkə müşriklərinin ticarət karvanlarının keçidini qadağan etdi. Karvanlara nəzarət üçün müsəlmanlardan 40 nəfərini savaş qəhrəmanlarından olan həzrət Həmzə ilə birlikdə lazım olan məntəqəyə yolladı. Peyğəmbər (s) onların ixtiyarına 20 dəvə verdi. Bu 40 nəfər həzrət Həmzənin komandanlığı altında Mədinə ilə Qırmızı dəniz arasındakı məntəqəyə yollandılar. Məkkə karvanlarının keçid yeri həmin məntəqə idi. Bu 40 nəfər həmin məntəqədə qarol

çəkməyə başladılar. Məntəqənin 130 kilometr eni var idi və Məkkə karvanları oradan keçməyə məcbur idilər. Bir neçə gün keçdikdən sonra bir karvan göründü, karvan yaxınlaşdıqda Qüreyş karvanlarından olduğu məlum oldu. Karvanın yanında 300 nəfər var idi. Həmzə döyüş elan etdi, lakin Həmzənin savaşdakı bacarığı və şücaətindən məlumatlı olan kafirlər sülh təklif etdilər. Həmzə də sülhün məsləhətli olduğunu nəzərə alıb döyüşdən çəkindi. Bu əhvalatın üstündən bir neçə həftə keçdi. İslam kəşfiyyatçılarının verdiyi məlumatlardan məlum idi ki, düşmən əl çəkmək istəmir, döyüş tədarükü görür və iqtisadi mühasirəni davam etdirməyə çalışır... Bir sözlə fürsət axtarır.

Bu vəziyyətdə Peyğəmbərə (s) xəbər gəlib çatır: “2000 dəvə ilə gələn böyük bir karvan yoldadır, karvanda 50.000 dinarlıq mal var. Karvan Mədinəyə yaxınlaşır və Məkkəyə doğru gedir, karvanın başçısı Əbu-Süfyandır; 40 nəfər onu qoruyur və həmin ticarətdə şərik olan Məkkə əhalisinin əksəri karvanla birlikdədir.”

Peyğəmbər (s) səhabələrə üz tutub buyurur: “Bu Qüreyşin karvanıdır, ona doğru hərəkət edin, bəlkə Allah bu vasitə ilə sizin işlərinizi asanlaşdıra.”

Hicrətin 2-ci ilinin ramazan ayında 313 nəfər müsəlman Peyğəmbərlə (s) birlikdə Mədinədən Bədrə doğru hərəkət etdilər. Bu şəxslərdən 77 si mühacirlərdən, qalanları isə Ənsardan idi. Toplam 70 dəvə və üç at var idi.

Əbu-Süfyan öz casusları vasitəsi ilə Peyğəmbərin (s) və müsəlmanların qərarından xəbərdar oldu. Ağlına iki fikir gəldi: 1-ci si bu idi ki, kəsə yolla bir şəxsi çox tez bir zamanda Məkkəyə göndərsin və Məkkə əhalisini karvanın təhlükədə olmasından xəbərdar etsin. 2-ci si bu idi ki, karvanı kəsə yolla Məkkəyə doğru aparsın.

Əbu-Süfyanın elçisi Zəmzəm Məkkəyə tələsdi və Məkkə müşriklərini hadisədən xəbərdar etdi. Çox çəkmədi ki, təqribən 1000 nəfər tam döyüş təchizatı ilə karvanın xilası üçün Məkkədən xaric oldular.

Əbu-Süfyan kömək gələnədək müsəlmanların gəlib, onlara çatacağını bildiyi üçün yolunu dəyişir və kəsə yolla qaçaraq, karvanı Məkkəyə çatdırır.

Karvanın qaçması xəbəri Məkkə ordusuna çatır. Ordu başçılarının döyüş barəsində müxtəlif fikirləri var idi, bəzilərinin fikri bu idi ki, karvan xilas olduğu üçün onlar geri qayıtsalar yaxşıdır, lakin bir qrup yola davam etməkdə israrlı idi.

Əbu-Cəhl döyüş tərəfdarı idi və digərlərini də buna çağırırdı. Nəhayətdə döyüş qərarı aldılar. Peyğəmbər (s) 313 nəfər müsəlmanlar ilə birlikdə Bədrdə idi, bu vaxt Əbu-süfyanın öz karvanı ilə birlikdə qaçması xəbərini həzrətə çatdırırlar. Digər bir tərəfdən xəbər verirlər ki, düşmən ordusu Bədr təpələrinin arxasınadək gəlib çatıb. Sabahında Bədr döyüşü baş verəcək gecə müsəlmanlar sübhədək namaz, dua ilə məşğul oldular. Ramazan ayının 17-si cümə günü sübh Qüreyş ordusu tam döyüş təchizatı ilə təpələrin arxasından Bədr məntəqəsinə doğru irəlilədilər. Hələ də Qüreyş arasında döyüş barəsində fikir ayrılığı var idi. Lakin bir məsələ döyüşü qətiləşdirdi və o məsələ bundan ibarət idi:

Qüreyş ordusundakılardan Əsvəd Məxzumi adlı biri (kobud bir insan idi) müsəlmanların hazırladığı su hovuzunu görür, hovuzu gördükdən sonra üç işdən birini görməyi qərara alır: Ya hovuzun suyundan içəcək, ya onu məhv edəcək, ya da bu yolda öləcək. Bu qərarını həyata keçirtmək üçün müşriklərin sırasından xaric olur və hovuza yaxınlaşır. Orada həzrət Həmzə, İslamın şücaətli döyüşcüsü ilə qarşılaşır, Həmzə onun qıçına bir zərbə endirir və qıçı bədənindən ayrılır, o sürünərək özünü hovuza çatdırıb onun suyundan içməyə çalışır, Həmzə digər bir zərbə ilə onu suda öldürür.

Bu hadisədən sonra ərəblərin köhnə adət-ənənələrinə əsasən təkbətək döyüş başlayır. Düşmənin şücaətli şəxslərindən üç nəfər, Ütbə, qardaşı Şəybəh (Rəbiənin övladlarından) və Vəlid (Ütbənin övladı) meydana gəlib, döyüşcü tələb etdilər.

Ənsaradan üç nəfər meydana çıxdı. Vəlid onları tanıyıb dedi: “Siz Mədinə əhalisindənsiniz, sizinlə işimiz yoxdur, bizim qövmümüzdən olanlar bizlə döyüşə çıxsınlar.”

Allah rəsulu (s) əmisi oğlanları Übəydə və Əlini (ə) və əmisi Həmzəni meydana göndərdi. Yaşlarına uyğun olaraq Əli (ə) Vəlidlə, Həmzə Şəybəh ilə və Übəydə Ütbə ilə döyüşə başladı. Çox qısa bir müddətdə Əli (ə) və Həmzə öz rəqiblərini məhv etdilər lakin Übəydə bir iş görə bilməmişdi. Hər biri digərinə zərbələr vururdu. Əli (ə) önə keçib Ütbəni öldürdü. Bu qayda ilə ilk hücumda müşriklər öz adlı döyüşçülərindən üçünü itirdilər. Daha sonra As ibn Səid Əli (ə) ilə mübarizə aparmaq üçün meydana çıxdı. Əli (ə) onu da öldürdü, daha sonra Əbu-Süfyanın oğlu Hənzələ və Nofəl meydana gəldi, Əli (ə) onları da öldürdü və başqa d