Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

Düzgün ailə həyatı qurmaq

«Qızını şərab içən şəxsə ərə verən adam o qızından nəslini kəsmiş bilsin»
İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur. Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bəzi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə almış ana, övladının da düzgün tərbiyələnməsi yolunda çalışacaq, buna nail olmağa can atacaqdır. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişməsi gözlənilmir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də pis analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar c