Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

İnqilab tərəfdarlarının çox olması zərərdir?!

Əli Əsğər Purməhəmmədi Ayətullah Xameneinin sürgün dövrünü xatırlayır
Seyid Əli Xameneinin İranşəhrə sürgün hökmü şəmsi 1356-cı il, azər ayının 20-də SAVAK rəisi tərəfindən təsdiqlənir. Hökm təsdiqlənəndən 8 gün sonra Cənab Xamenei üç hərbçi ilə İranşəhrə gəlir. Orada sürgün yoldaşları höccətülislam Əli Höccəti Kermani və başqalarına qoşulur. İranşəhrdə yayda istilik 60 dərəcədən yuxarı olur. Bu rejimin müxalifləri üçün sürgün zamanı çətinlik yaradan amil idi. 1357-ci il, 11 tir rəcəb ayının 27-ci gecəsinə təsadüf edirdi. Hava əvvəlki günlərdən fərqlənirdi. İranşəhr camaatı İslam Peyğəmbərinin (s) Besət bayramı mərasimində iştirak etmək üçün Ali-Rəsul məscidinə üz tutmuşdular. Ayətullah Xameneinin imaməti ilə şam namazı qılındı. Namazın ikinci rəkətində xurma ağaclarının dartılmasına bənzər bir səs eşidilir. Çox çəkmir ki, sel bütün İranşəhri qucağına alır. Bu hadisə zamanı Ayətullah Xamenei kömk üçün yerli əhalinin sorağına gəlir, sadə insanlara kömək əli uzadır. Bu hadisədən sonra xalq Cənab Xameneini daha yaxşı tanıyır. Bu hadisənin ildönümünü bəhanə edərək həmin illərdə İranşəhrə tez-tez yolu düşən Əli Əsğər Purməhəmmədinin görüşünə getdik. O Cənab Rəhbərin İranşəhrə sürgün dövrünü xatırladı.
Mənim Həzrət Ağa ilə tanışlığım 1346-1347-ci illərə təsadüf edir. Cənab Xamenei mübarək ramazan ayında təbliğ üçün Rəfsəncana gəlmişdi. Bizim qonağımız oldu. Məhz Rəfsəncana gəlməsinin səbəbi atam Şeyx Abbaspur Məhəmmədi ilə tanışlığı idi. Qonabadda, Kaxəkdə, Cənubi Xorasanda Firdövsdə zəlzələdən zərər çəkənlərə kömək zamanı tanış olmuşdular. Rəfsəncan camaatı atamın başçılığı ilə Firdövs camaatına kömək üçün bir neçə maşını yük aparmışdı. O zaman Cənab Xamenei ilə tanış olmuşdular. Həmin il ya növbəti il Həzrət Ağa Rəfsəncana gəldi. Sonra Rəfsəncana tez-tez gəlməyə başladı. Biz də Məşhəddə onun evinə gedərdik.
Rəfsəncanlıların Həzrət Ağanın söhbətlərindən çox xoşu gəlirdi. O Rəfsəncanda iki dəfə minbərdə söhbət etmişdi. Bunun biri 1349 ya 1350-ci illərdə imamət mövzusunda idi. Cənab Rəhbər söhbətlərində buyururdu ki, bizim böyük imamlar 250 yaşlı bir insan kimidir. Söhbətlər o qədər cazibədar idi ki, camaat məclisdə nə qədər oturduğunu yaddan çıxarırdı. Mən həmin söhbətləri lentə yazırdım. O zaman SAVAK gəldi, bütün lent yazılarını alıb apardı. İkinci silsilə söhbətlər yarımçılıq qaldı. Məclislər davam etdiyi zaman Məşhəddən anası xəbər göndərdi ki, qardaşını həbs ediblər. Onun Məşhəddə başqa qardaşları olsa da, buyurdu ki, anam istəyib, hökmən getməliyəm. Ata-anasına müstəsna ehtiram göstərirdi. Dəfələrlə sözarası xatırladırdı ki, yol gedəndə ehtiram göstərərək atanızın arxasınca gedin. Məşhəddə evlərində olduğumuz zaman şahid idik ki, Cənab Xamenei atasının qarşısında dizi üstə oturur, atasına ölkədə və xaricdə baş verən hadisələrdən danışır. Məşhədin əksər alimləri bilirdilər ki, ağa hər gün saat 9-10 arası atasının evində olur. Bizə tövsiyə edirdi ki, xeyir aqibət istəyirsinizsə ata-ananıza misilsiz hörmət göstərin.
1355-ci ildə təhsilimi davam etdirmək üçün Məşhəd universitetinə gəldim. Ağa mənə təklif etdi ki, onların evində qalım. Mən bir müddət ağanın evində qaldım. Ağa Tehrana gedəndə mən də Məşhədin Nəvvab mədrəsəsinə köçdüm.
Ayətullah Xamenei İranşəhrə sürgün ediləndən sonra biz ilk dəfə 1356-ci il, bəhmən ayında iki universitetdə tətil zamanı tələbə yoldaşlarla və dostlarla İranşəhrə getdik. Özümüzlə apardığımız çantada yeni elanlar və bir neçə kitab vardı. Qapıda keşikçi dayanmışdı. Soruşdu ki, kiminlə işiniz var? Dedik ki, Cənab Xamenei ilə. Dedi ki, polis idarəsinə gedib kimliyimizi bildirməliyik. Çantanı divarın başından Ayətullah Xameneinin həyətinə atıb polis idarəsinə getdik. Yolda Həzrət Ağa, Haşiminejad, Təbəsi, Höccəti Kermani və daha bir nəfərlə rastlaşdıq. Beləcə, bir həftə ağanın qonağı olduq, səfər gözəl keçdi. Biz özümüzlə yeni elanlar gətirmişdik. Bu elanları və kitabları Fürqan qrupu yazmışdı. Quran surələrini təfsir edirdilər. Cənab Rəhbər kitabı vərəqləyəndə elə ilk səhifədə səhv tutdu. Buyurdu ki, hər kimdilərsə çox savadsızdırlar, İslamdan bir şey başa düşməyiblər. Məsələn, Fürqan qrupu Abdullah ibn Übəyyi başqa bir Abdullahla səhv salırdı. Bir sözlə, yazılarında kifayət qədər səhv vardı. Cənab Rəhbər onların elanlarını da oxudu. Elanları bəyənmədi. Onlar yazırdılar ki, şahla mübarizədə tacirlər, ruhanilər, tələbələrlə birləşmək olmaz, mübarizədə təcrübəli insanlar olmalıdır. Ağa buyurdu ki, inqilabda köməkçilərimizin çox olmasının nə zərəri var?! Ağa bunu irad tutdu. Buyurdu ki, kim deyib ki, inqilabı xüsusi bir qrup etməlidir?!
Ayətullah Xamenei mübarizədə kommunistlər kimi qruplarla birləşməyə müxalif idi. Mən İqtisadiyyatın əsasları adında bir kitab hazırlamışdım, kitabın üzü qırmızı rəngli idi. Bu kitabı özümlə İranşəhrə aparmışdım, Ağaya təqdim etdim. Cənab Rəhbər kitabı vərəqlədi, buyurdu ki, bu kitab Marksın Kapital əsərinin xülasəsidir. Buyurdu ki, bizim yolumuz fərqlidir, məktəbimiz İslam məktəbidir, İslam bayrağı bizim üçün mühümdür.
Növbəti səfərimiz gələn il növruz ayında baş tutdu. Atam Zabula sürgün edilmişdi. Həm atamın görüşünə getdik, həm də Xamenei ağanın. Soyuq külək əsirdi. Məncə, cənab Raşid Yəzdi də İranşəhrə sürgün edilmişdi. Rəhimi Xürrəmabadi və Musəvi Şali də sürgündə idi.
İranşəhrə üçüncü il səfər zamanı dostlarla qərara gəlmişdik ki, İranşəhrdən sonra Sərəvan, daha sonra Pakistana gedək. Məni Rəfsəncanda həbs etdilər, bir ay həbsdə qaldım. Ayətullah Xameneinin ata-anası ona məktub yazmışdılar və yükümün arasında həmin məktub var idi. Mənə qarşı ittihamlardan biri bu oldu ki, sürgündəkilərlə əlaqə üçün vasitəçilik edirəm. Azad olandan sonra Sərəvana getdim və orada eşitdim ki, İranşəhri sel basıb. Təcili İranşəhrə üz tutdum. Təqribən evlərin 80 faizi dağılmışdı. Həzrət Ağa seldən zərər çəkənlərə kömək üçün Ali-Rəsul məscidində mərkəz yaratmışdı. Ayətullah Səduqi Yəzddən buğda göndərmişdi. Rəfsəncandan da buğda gətirilmişdi. Xalqa ilk yardım buğda idi. Ayətullah Xamenei Pejo 404 markalı maşınla gəzib seldən zərər çəkənləri yoxlayırdı. Bizdən soruşdular ki, kimin sürücülük vəsiqəsi var? Təkcə mənim vəsiqəm vardı. Ağa buyurdu ki, yalnız vəsiqəsi olan şəxs maşın sürə bilər. O özü maşın sürməyəndə mən maşın sürürdüm. İlk gün seldən zərər çəkənlərə baş çəkdik. Bizimlə bir yerli bələdçi də vardı. Bəluç dilində soruşurduq ki, hansı evdə neçə nəfər var. Evdəki adamların sayına uyğun kupon verilir, ağa kuponu imzalayırdı.
Birinci gün bu işləri Ağa yerinə yetirirdi. İkinci gündən həmin işi mənə tapşırdı. Cənab Raşid Yəzdi və Rəhimi Xürrəmabadi ilə birlikdə gün doğandan yola çıxırdıq, gecə 11-ə qədər çalışırdıq. Bizimlə bir ruhani gedirdi ki, bu köməyin kimin tərəfindən olduğunu xalqa çatdırsın. Cənab Rəhbər özü xalqla görüşdə təkrarlayırdı ki, biz inqilabçı ruhanilərik və Ayətullah Xomeyninin (r) tərəfdarlarıyıq. Bildirirdi ki, mərkəzimiz Ali-Rəsul məscididir. İranşəhr əhalisinin əksəriyyəti sünnə əhli idi. Cənab Rəhbər çalışırdı ki, hər zaman Ali-Rəsul məscidində olsun və sünni-şiə ixtilafına yol verməsin. Ayətullah Xamenei inqilabdan əvvəl iki məzhəb arasında vəhdətə çalışır, ifratçılara etiraz edirdi. Buyururdu ki, dində parçalanma yaratmamalıyıq.
İranşəhrdə seldən zərər çəkənlərə Qumdan da kömək gəlirdi. Bu köməklərə Ayətullah-Üzma Gülpayiqani rəhbərlik edirdi. Yəzddən gələn köməklərdə Ayətullah Səduqinin rolu çox idi. Kermandan, Rəfsəncandan buğda, yağ, çay gətirilirdi. Biz Ağanın göstərişi ilə 10 gün müddətində bütün İranşəhr əhalisinə yardım çatdırdıq. Hətta yoxsul adamların çox olduğu başqa şəhərlərə də kömək edirdik.
Ayətullah Xamenei ardıcıl şəkildə tapşırırdı ki, xalqla sərt rəftar etməyin, mehribanlıq göstərin. Özü İranşəhr əhlinə o qədər məhəbbət göstərmişdi ki, sünni alimləri, mövləvilər,