Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Əmr be məruf

Fəthəli şah Qacarın şahlığı dövründə Yəzd şəhərində, insanların ehtiram etdiyi Molla Həsən Nahi adlı bir alim yaşayırdı.
Yəzd şəhərinin başçısı camaatla pis rəftar və zülm edərmiş. Molla Həsən Nahi onu dəfələrlə bu hərəkətinə görə məzəmmət etməsinə baxmayaraq, o yenə də insanlarla pis rəftarını davam etdirirdi. Fətəli Şaha da bu haqda şikayət məktubu yazmışdı, amma faydası olmamışdı.
Artıq əmr be məruf və nəhy əz münkərin vaxtı idi. Yəzd camaatını bir yerə toplayıb, birlikdə onu şəhərdən qovurlar.
Hadisəni Fəthəli Şaha çatdırırlar. Bu hadisədən narahat olan şah göstəriş verir ki, Molla Həsəni Tehrana gətirsinlər.
Şah alimə deyir: “Yəzddə nə hadisə baş verib?”
Molla Həsən cavabında deyir: “Sənin Yəzdəki qurbernatorun insanlara qarşı çox zülmkar olub. Şəhər başçısını qovmaqla Yəzd camaatını onun şərindən xilsa etmək istəmişəm.
Şah əsəbi halda əmr edir ki, ağac gətirib onu ayaqlarından bağlasınlar. Şahın dediyi kimi edirlər. Şah Əminəddövləyə deyir: “Onun günahı yoxdur, şəhər başçısını onun icazəsi olmadan şəhərdən qovublar.”
Molla Həsən ayağının bağlı olmasına baxmayaraq, şaha deyir: “Niyə yalan danışırsan. Onu Yəzddən camaata zülm etdiyi üçün mən qovmuşam.
Nəhayət şahın işarəsi ilə Əminəddövləni vasitəçi salıb ipi alimin ayağından açdırır.
Həmin gecə şah yuxuda Peyğəmbərin (s) mübarək ayağının iki barmağını sarılı halda görür. Şah Peyğəmbərdən (s) soruşur: “Niyə sizin ayağınız bağlıdır?”
Həzrət Peyğəmbər (s) buyurur: “Sən mənim ayağımı bağlamısan!”
Şah deyir: “Mən heç vaxt belə ədəbsizlik etmərəm.”
Buyurur: “Sən əmr etmədinmi ki, Axund Molla Həsən Yəzdinin ayağını bağlasınlar?!”
Elə bu vaxt şah vəhşət içində yuxudan ayılır.
Əmr edir ki, Molla Həsənə gözəl libaslar geyindirib vətəninə yola salsınlar. Axund şahın hədiyyə etdiyi libasları qəbul etmir və dərhal Yəzdə qayıdır.
Molla Həsən Nahi bir müddətən sonra Kərbəlaya gedir və ömrünün axırına qədər orada yaşayır.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1789 بازدید